Xəbərlər
16.03.2022, 23:42
Gənclər və idman naziri Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutunun fəaliyyəti ilə tanış olub
Martın 16-da gənclər və idman naziri Fərid Qayıbov Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutunun (MİTRİ) fəaliyyəti ilə tanış olub.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, institutun idarə heyətinin sədri Səbinə Xəlilova nazirə burada yaradılmış şəraitlə bağlı məlumat verib. MİTRİ-dəki mövcud müasir avadanlıq və aparılan müayinə, müalicə metodikaları ilə tanışlıq olub. Bildirilib ki, izokinetik laboratoriya, erqospirometriya testi, optik biomexanika, vakusport, Alter G, 3D analiz və digər xidmətlər ən yüksək səviyyədə müasir tibbi tələblərə uyğun aparılır.
Qeyd edək ki, Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutu federasiyalar və digər idman təşkilatları ilə qarşılıqlı əməkdaşlıq şəraitində çalışır. Burada tibbi-bərpa proseslərinə cəlb edilən idmançıların müayinə və müalicəsi ilə müasir tibbi bacarıqlara malik təcrübəli həkimlər məşğul olurlar.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay