35 saylı dairənin nəticələri ləğv edildi - XƏBƏR YENİLƏNİR
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizədlər - Hikmət Şirinov və Razim Əmiraslanovun müraciətinə baxılıb.

"Report” xəbər verir ki, məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

MSK katini bildirib ki, aktların araşdılması zamanı seçki bülletenləri əvvəlcədən kəsilib, müşahidəçilərin səsvermənin hesablanmasına komissiya tərəindən mane yaradılıb, bəzi məntəqələrdə pozuntular aşkarlanıb. Seçicilərin iradəsinin müəyyənləşməsinə yol verilmədiyi məlum olub. Sosial şəbəkələrdə pozuntularla bağlı bu dairə üzrə görüntülər paylaşılıb. Bəzi namizədlərə güzəştlərin olması halları da müəyyən edilib.

Ekspert qrupu belə bir nəticəyə gəlib ki, dairə üzrə seçkilər etibarsız hesab edilsin. Seçki Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraqfevralın 9-da keçirilən seçkilərdə namizədlərin MSk-ya müraciətləri təmin edilsin.

Məsələ səsverməyə çıxarılıb və qəbul edilib.
------------------------

ATƏT DTİHB-in müşahidə missiyasının rəhbəri, səfir Piter Tecler MSK-ya müraciət edərək müşahidə missiyasının üzvü, Türkiyənin Giresun Universitetinin rektoru Aygün Attarın akkreditasının ləğv edilməsini xahiş edib.


Publika.az xəbər verir ki, MSK sədri Məzahir Pənahov məsələnin müzakirə edilməsinə ehtiyac olduğunu bildirib. MSK üzvlərinə ardıcıllıqla söz verilib. MSK sədri deyib ki, bu məsələnin Azərbaycana qarşı hansısa tədbir görülməsinə əsas ola biləcəyini düşünmür.

O, əlavə edib ki, Aygün Atarın bu məsələdə mövqeyinin öyrənilməsi vacibdir: "Əgər Aygün Attar bizi məhkəməyə versə MSK pis vəziyyətdə qala bilər. Üstəlik artıq müşahidə missiyasının faəliyyətinin başa çatmasına bir neçə gün qalıb. Artıq səsvermə də arxada qalıb”.

MSK sədrinin müavini Rövzət Qasımovun ATƏT-in mövqeyinin nəzərə alınmalı olduğunu vurğulayıb.

Müzakirədən sonra A.Attarın akkreditasiyası ləğv olunub.

Bu dairədən lider namizəd Çingiz Qənizadə idi.


-----------

Bu barədə "Report"un iclasda iştirak edən əməkdaşı məlumat verib.


*** 15:53
Mərkəzi Seçki Komissiyasının (MSK) iclası başlayır.
"Report” xəbər verir ki, iclasda fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya daxil olan müraciətlər müzakirə olunacaq.
İclasda həmçinin ATƏT/DTİHB-nin fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar Seçki Müşahidə Missiyasının müraciətinə baxılacaq.

Son xəbərlər

İradə varsa, insan özü də vardır, yaxud əcəl tüstüsündən yaxa qurtarmaq mümkündürmü?

Azərbaycan-ABŞ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub

Macarıstan parlamenti ölkənin yeni prezidentini seçib

Bir il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib

Mədəniyyət Nazirliyinin təqaüd proqramı ilə 17 nəfər xaricdə təhsil imkanı qazanıb

Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb

DİN onlayn alış-verişlə bağlı xəbərdarlıq edib

ƏDV ödəyicilərinin sayı artıb

Tupakın qətlində 30 illik düyün açılır - O gecə nə olmuşdu?

"Sabah" – "Orhus" oyununun bütün biletləri satılıb

Sədaqət, düzlük və etibar — insanın mənəvi pasportu

Təəccübdən təbəssümə…

Səssiz ziyalılıq

Bu gün və sabah geomaqnit qasırğası gözlənilir

Sabah Azərbaycanda yağış yağacaq

Rəsmi Tehran: İran gələn ay Xəzəryanı ölkələrin konfransına ev sahibliyi edəcək

Kamran Əliyev Qubada vətəndaşları qəbul edəcək

Azərbaycan XİN Çadı Milli Günü münasibətilə təbrik edib

Bakının Binə və Nardaran qəsəbələrində qaz olmayacaq

UEFA Çempionlar Liqası: "Sabah" Danimarka təmsilçisi ilə cavab matçına çıxacaq

“Gicgahımda güllənin soyuqluğunu hiss edirdim”

Yaddaşlarda yaşayan insan

Qarpızı hər gün yemək olar? - Həkimdən bu xəstələrə XƏBƏRDARLIQ

Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - YENİLƏNİB

Deniz Seki eyvanda yıxıldı - Ombası sındı

Novruzəli Aslanov: “Laçınlıların 31 ildən sonra yenidən burda yaşamaları bu torpaqların əsil sahiblərinin kim olduğunun bariz sübutudur”

Yubileyiniz mübarək olsun əziz dost

Bir ömrün 65 yaşına yazılan sözlər...

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31