ABŞ İran generalını öldürdü: Tehran qisas almağa hazırlaşır
İraqın paytaxtı Bağdadda beynəlxalq hava limanının yaxınlığına edilən raket zərbələri nəticəsində ən azı səkkiz nəfər ölüb.
Bu barədə “AFP” agentliyi İraq təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunur ki, üç raket yüklərin yerləşdiyi əraziyə düşüb, nəticədə iki maşın partlayıb. Raketlərdən biri uçuş-eniş zolağına düşüb ki, bu da hava limanının bağlanmasına gətirib çıxarıb.

“Əl-Ərəbiyyə”, “Əl-Cəzirə” və “Sky News” telekanallarının verdiyi məlumata görə, Bağdad hava limanına endirilən raket zərbələri nəticəsində İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” xüsusi bölməsinin rəhbəri, general Qasım Süleymani öldürülüb.

“Sky News” agentliyi bildirir ki, ABŞ Bağdadda İranla bağlı iki hədəfə zərbə endirdiyini təsdiq edib.

***

Tehran İran İnqilabı Keşikçiləri Qvardiyasının (İİKQ) “Quds” xüsusi bölməsinin rəhbəri, general Qasım Süleymaninin İraqda qətlə yetirilməsinə görə intiqam alacaq.

Bu barədə Məqsədəuyğunluq Şurasının katibi Mohsen Rezaye özünün “Twitter” hesabında bildirib.

“Şəhid kimi vəfat edən Qasım Süleymani qardaşlarına qoşulub, ABŞ-dan qisas alacağıq”, - deyə Rezaye yazıb.

Daha öncə bildirilmişdi ki, Süleymani Bağdad hava limanında İraqın şiə qoşunlarının komandan müavini əbu Məhdi əl-Muhəndislə görüşü zamanı aviazərbə nəticəsində qətlə yetirilib. Zərbəyə görə məsuliyyəti ABŞ üzərinə götürüb, Tehran yüksək rütbəli hərbçinin həlak olduğunu təsdiqləyib.

Qeyd edək ki, ABŞ tərəfi əl-Muhəndisi Amerika səfirliyinə hücumda ittiham edir. (oxu.az)

Son xəbərlər

Yeni “Ceyms Bond” kim olacaq?

Etibarın siması

Kiberhücumçular brauzer yeniləməsi adı ilə virus yayırlar

Hər gün dondurma yeyənləri nə gözləyir? - VACİB XƏBƏRDARLIQ

50 illik Yubileyin mübarək Şəhla xanım! - FOTO

Rusiya XİN: Ermənistan Aİ-yə yaxınlaşmanı diversifikasiya adlandırmamalıdır

Rəşad Məcidin etirazı TikTok-a deyil, səthi düşüncə mədəniyyətinədir

Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətini bombalayıb, 5 nəfər ölüb

Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan - ŞƏRH

Ceyhun Bayramov: Rusiya və Ukrayna arasındakı hərbi əməliyyatlar ən qısa zamanda dayandırılmalıdır

Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH

Ceyhun Bayramov: Azərbaycan zərurət olsa Ukraynaya qaz tədarük etməyə hazırdır

Sibiqa və Bayramov Cənubi Qafqazı, Ukrayna üzrə sülh prosesini müzakirə ediblər

7 yaşlı oğlan qıcolmadan öldü

Bu gün çimərliyə getmək istəyənlərin diqqətinə!

Bu qəsəbənin illərlə bitməyən avtobus dərdi: AYNA hökuməti ittiham etdi

Ali təhsil iş tapmağa kifayət edirmi?

Pensiya alanların nəzərinə

Jurnalistin dənizdə batan qardaşı tələbə imiş - FOTO

Məşhur film adaya 850 milyon qazandıra bilər

Cəmil Zəbhulla Dadasov - 65

Azərbaycanda sabah 39 dərəcə isti olacaq

Süni intellektdən istifadə ona heç nə qazandırmadı...

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində yekun qərar elan olunub

“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə “Bəyaz durnalar” kitabının təqdimatı keçirildi - FOTOLAR

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilir

Ceyhun Bayramov Kiyevdə Ukrayna PUA-larının sərgisi ilə tanış olub

Şənbə günü 1350 namizəd incəsənət məktəb və mərkəzlərinə işə qəbul imtahanı verəcək

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31