
Xəbərlər
13.11.2019, 10:34
İsrail Qəzzaya zərbələr endirdi: 10 ölü, 45 yaralı var

İsrail ordusunun Qəzza sekoruna endirdiyi hava zərbələri nəticəsində 10 nəfər həlak olub.
Bizimyol.info xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə yerli Səhiyyə Nazirliyinin mətbuat katibi Vafaa Yaqi məlumat verib.
Daha əvvəl hava zərbələri nəticəsində 7 nəfərin öldüyü bildirilirdi.
Səhiyyə Nazirliyinin rəsmisi qeyd edib ki, hava zərbələri nəticəsində daha 45 nəfər yaralanıb.
Bundan əvvəl isə İsrail öz ərazisinin Qəzzadan atəşə tutulduğunu xəbər verib. Bildirilib ki, Fələstin anklavından bu ölkəyə 190 raket atılıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












