ABŞ-ın İraqdakı hərbi bazası raket atəşinə tutulub

İraqın Kərkük şəhəri yaxınlığında ABŞ ordusunun yerləşdiyi bazaya bir neçə raket atılıb.
RİA Novosti-nin verdiyi məlumata görə, atəş nəticəsində bir amerikalı podratçı həlak olub, bir neçə əsgər yaralanıb.
Adı açıqlanmayan amerikalı rəsmilərdən biri xəbəri təsdiqləyib.(apa)