ŞƏHİDLƏR UNUDULMUR. Şəhid Rafiq Orucov
ONLARI HEÇ VAXT UNUDA BİLMƏRİK

Qarabağ müharibəsi şəhidlərinin ailəsi ölkə Prezidenti cənab İlham Əliyevə müraciət etdi

Nə qədər oğul itirdik Qarabağ hadisələri başlanandan üzü bəri... Nə qədər oğul və qızımızın ömrü yarımçıq qaldı... Nə qədər nakam ruh dolaşır indi Qarabağın səmasında... Onları heç zaman unuda bilmərik. Yüz illər keçsə də, xalqımız, başına gətirilən bu dəhşətli faciələri və ömrü yarımçıq qalmış o nakam qəhrəmanları unutmayacaq. 1988-ci ildən başlayan Vətən mücadiləmiz, qanlı döyüşlər, qanı bu torpaqda Vətənin azadlığı naminə axmış şəhidlərin ruhu bunu diktə edir...
Ermənilərin ruslarla birlikdə törətdikləri vəhşiliklər, bizə yaşatdıqları Xocalı faciəsi qanlı və həzin yara oldu Azərbaycan xalqının ürəyində. Yüzlərlə insanın faciəli şəkildə öldürülməsi, yüzlərlə insanın əsir düşərək min bir işgəncəyə məruz qalması, yüzlərlə insanın isə itkin düşməsi ilə nəticələnən qanlı Xocalı soyqırımını – dünyada misligörünməyən erməni terrorunu unutmaq olarmı?
O yara hələ də qan verir, köz bağlamayıb. Aşağıdakı videolentdə Xocalıda qəhrəmancasına döyüşərək yaralanmış və düşmən tərəfindın əsir götürülərək, döyülüb işgəncələr verilərək vəhşicəsinə, insanlığa yaramayan vəhşiliklə öldürülmüş şəhid Rafiq Orucov haqqında ailəsinin xatirələrini təqdim edirik.
Onu da qeyd eləyək ki, şəhid Rafiq Orucovun atası da Xocalının Meşəli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Şəhidin bir qardaşı isə İkinci Qarabağ müharibəsi qazisidir.
İndi isə Vətənin azadlığı uğrunda 2 şəhid və bir qazi vermiş ailə özü çətin durumdadır. Ailə darısqal və şəraitsiz yataqxanada məskunlaşmışdır.
Şəhidin həyat yoldaşı və eyni zamanda şəhid anası, onkoloji xəstə olan Ziba ana – Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan, “dəmir yumruğ”un sahibi İlham Əliyevə və aidiyyəti orqanlara müraciət edərək mənzil problemlərinin həllini və onların yaşayış şəraitlərinin yaxşılaşdırılmasını xahiş edir. Bu ümiddədir ki, cənab Prezident onun bu narahatlığına son qoyulması, şəhid ailəsinin yaşadığı sıxıntılardan çıxması üçün müvafiq qurumlara tapşırığını verəcək.

Son xəbərlər

BİR ŞEİRİN TƏHLİLİ (Atlaz Rzayinin "Çox sağ ol" şeirinin ədəbi təhlili)

“Güllü”nün qızına ömürlük həbs tələbi - Anasını balkondan o atıbmış...

Bu ərazilərdə işıq olmayacaq

Kartdan-karta əməliyyatlara limit qoyuldu

Xalq artistinə ağır itki - Foto

Tanınmış aktyor evində ölü tapıldı

Sənubər Səhər : Yazılar mütləqdir

Nəriman Həsənzadə Birinci Fəxri xiyabanda dəfn olundu

Kəlbəcərdə dağda köməksiz qalan şəxs xilas edildi

FHN əlilliyi olan şəxslər üçün maarifləndirmə tədbiri keçirdi - Fotolar

Nəriman Həsənzadə ilə vida mərasimi keçirildi - Prezident və xanımı əklil göndərdi+Fotolar

Paşinyan istefa verdi - Yeni hökumət formalaşdırılır

Dünyanın ən gözəl sözü seçildi

İran XİN: Region ölkələri ilə düşmənçilik siyasəti aparmırıq

ABŞ viza girovunu 20 min dollara qədər artırıb

Əraqçi Asim Munir və Hakan Fidanla regiondakı vəziyyəti müzakirə edib

“9 ildir ki, Bakıda, ata evimdə yaşayıram” - Sevil Əliyeva

“Onunla ilk görüşə çamadanla getdim”

Azyaşlı futbolçu faciəvi şəkildə öldü - YENİLƏNİB

Bir inci saflığı varsa da suda...

Novruzəli Aslanov: “Çolpon-Ata görüşü Türk dünyasında inteqrasiyanın dərinləşməsi mövzusunda mühüm siyasi mesajlar verdi”

Nüsrət Quliyev-65

Azərbaycan dili milli kimliyimizin və dövlətçiliyimizin əsas sütunlarından biridir

Tofiq Musayev UFC-də ikinci qələbəsini qazanıb

Alimlərdən qan təzyiqi ilə mübarizədə yeni üsul

Azərbaycan güləşçisi dünya çempionatının finalında

“Kabus körpü” yenidən üzə çıxdı

Sabiq nazir vəfat etdi

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31