Oruc tutmaq bu şəxslər üçün TƏHLÜKƏLİDİR


"Oruc tutarkən bir sıra xəstəlikləri olan şəxslər diqqətli olmalı, dərman qəbulu qaydalarına düzgün əməl etməlidirlər".

Bunu Bakı Baş Səhiyyə Mərkəzinin Zirə Müalicə-Diaqnostika Mərkəzinin həkim-endokrinoloqu Elza Əsgərova deyib. O bildirib ki, əks halda həmin insanların səhhətində ciddi problem yarana bilər:

“Məsələn, zob xəstələri ənənəvi olaraq L-Tiroksin və ya Eutiroks dərmanı qəbul edirlər. Bu dərmanın yaxşı mənimsənilməsi üçün onun acqarına qəbul edilməsi vacibdir. Bunun üçün də həmin dərmanın imsak zamanı qida qəbulundan yarım saat əvvəl acqarına qəbul edilməsi məqsədəuyğundur. Əgər şəxs bunu həmin vaxt edə bilmirsə, bu zaman iftar vaxtı başlayan kimi 1 stəkan su ilə qəbul edib, ən azı yarım saat gözlədikdən sonra yemək yeməlidir. Əgər bu da mümkün deyilsə, oruc tutan şəxs iftar vaxtı yetişəndə dərhal qida qəbuluna başlayırsa, bu zaman iftarda qida və maye qəbulunu tamamilə dayandırdıqdan 3-4 saat sonra dərmanı qəbul edə bilər. Bütün hallarda dərmanın sovrulması üçün 3-4 saat aclıq mütləqdir və bunu sistemli şəkildə davam etmək lazımdır”.

Həkim-endokrinoloq oruc tutmağın şəkərli diabet xəstələrinin sağlamlığı üçün də təhlükə ola biləcəyini istisna etmir. Lakin bu hər şəkərli diabet xəstəsinə şamil olunmur:

“Bildiyiniz kimi şəkərli diabet xəstələri 2 tipə ayrılır: insulindən asılı olan I tip və insulindən asılı olmayan II tip insanlar. İnsulindən asılı olmayan xəstələr də bəzən insulin tələbli olurlar. Nəzərinizə çatdırırıq ki, I tip şəkərli diabet xəstələrinə oruc tutmaq qətiyyən məsləhət görülmür. Belə ki, gün ərzində 2-3 dəfə insulin qəbulu baş verməzsə, belə xəstələrdə hipoqlikemiya (şəkərin düşməsi) baş verə, bu isə xəstə üçün koma ilə nəticələnə bilər.

II tip şəkərli diabet xəstələri isə oruc tutmağa başlamazdan əvvəl öz poliklinikalarında həkim-endokrinoloqa müraciət etməli, özlərinin 3 aylıq şəkərini (qlikohemoqlobini) yoxlatdırmalıdırlar. Əgər xəstələrdə qlikohemoqlobin 8-dən aşağıdırsa, bu zaman onlara oruc tutmağa icazə verilir, əgər bu göstərici 8-dən yuxarıdırsa, həmçinin şəkərli diabet xəstələri öz müayinə və müalicələrinə etinasız yanaşırsa, həmin xəstələrin də oruc tutması onların sağlamlığı üçün təhlükə yarada bilər”.

E. Əsgərova bəzi ürək-qan damar xəstələrinə də oruc tutmağın tibbi cəhətdən məqsədəuyğun olmadığını qeyd edib.

Son xəbərlər

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb

Yeni tədris ili üzrə 44 mindən çox uşaq bağçalara qəbul olub

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - YENİLƏNİB

Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar

Arvadı intihar deyirdi, polis qətl olduğunu müəyyən etdi

Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Sürəti gözümdə bitən qardaşım - FOTO

Şəki sakinləri Bakıda dənizdə batdılar

KİMİ ALDADIRSAN, AY ZALIM OĞLU?

Prezidentlə xanımı İsmayıl Samani türbəsi ilə tanış oldu

Tarixin ən böyük maliyyə hücumu - “Dan yeri söküləndə...”

Qaraciyəri fibroz və sirrozdan qoruyan möcüzəvi içki

İmişlidə toyda faciə - 25 yaşlı oğlan qəfil öldü

UKMTO: Səudiyyə Ərəbistanı sahillərində tanker vurulub

Hikmət Hacıyev Buxaradan paylaşım edib

İlham Əliyev Volodimir Zelenskini Ukraynanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

Bu il 111 minə yaxın pensiya, müavinət və təqaüd təyinatı proaktiv qaydada verilib

AVRO-2026: Azərbaycanın qadın voleybolçuları bu gün Rumıniya ilə qarşılaşacaq

Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

"Mossad" rəhbəri nazirlə gizli şəkildə görüşdü - SƏBƏB

Bu məhsulları dondurucuda saxlamayın

Super Liqa: “Beşiktaş” məğlub olub, “Trabzonspor” evində 3 xal qazanıb

Şəmkir və Qəbələ şəhid ailələri bir arada - FOTOLAR

40 dərəcə isti olacaq - Həftənin ilk iş gününün HAVASI

“Sən Allahınla ol, Allah özü sənin işini düzəldəcək...”

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31