Kompüter və informasiya təhlükəsizliyi sahəsində azərbaycanlı mütəxəssislər üçün CTF2019 müsabiqəsi başladıAzərbaycanda informasiya təhlükəsizliyi sahəsində mütəxəssislər arasında bənzərsiz bir yarış olan CTF2019 başladı. Komandalar və fərdi iştirakçılar üçün müsabiqəyə qeydiyyat www.ctf.az saytında açıqdır. Artıq üçüncü ildir ki, təşkil olunan yarışma çərçivəsində ölkənin hər yerindən olan kibertəhlükəsizlik üzrə mütəxəssislər bir araya gələrək güclərini sınayacaqlar. CTF formatı, kompüter sistemlərinə hücum və müdafiə sahəsində mütəxəssislərin bacarıqlarını qiymətləndirməyə imkan verir.

İştirakçılara veb və binar tətbiqetmələrdə zəifliklərin istismarı, kriptoqrafiya, tərs mühəndislik və s. mövzularda tapşırıqların həllini onlayn rejimdə tapmaq təklif ediləcəkdir. Bu il yarışma əlavə müsabiqə tapşırıqlar hesabına genişlənəcəkdir.

İnformasiya təhlükəsizliyi sahəsində hazırlıq dərəcəsindən asılı olmayaraq, maraqlanan bütün mütəxəssislər iştiraka dəvət edilir.

Müsabiqənin yekun nəticəsi qaliblərinin mükafatlandırılması günündə yəni dekabrın 14-də master-klass və seminar proqramı olacadır. Müstəqil ekspertlər, həmçinin informasiya təhlükəsizliyi sahəsində ən iri şirkətlərinin aparıcı əməkdaşları iştirakçılar və qonaqların qarşısında çıxış edəcəklər.

Tədbir nəinki ölkədə olan ən perspektivli informasiya təhlükəsizliyi mütəxəssislərinin müəyyən edilməsi və qeyd edilməsinə yardım edəcəkdir, həm də görüş və fikir mübadiləsi yeri, informasiyanın qorunması istiqamətində bazarın və texnologiyaların inkişafı haqqında daha səhih məlumatın alınma mənbəyi olacaqdır.

Yarışların təşkilatçıları şəbəkə perimetrinin, məlumatların və tətbiqetmələrin müdafiəsinə fokuslanmış, həmçinin kiber-insidentlərin qarşısının alınması üzrə həllər təqdim edən SmartIT (www.smartit.az) və tətbiqetmələrin təhlükəsizlik auditi, sızmaların testi və kod auditi üzrə ixtisaslaşan Solidlab (www.solidlab.ru) şirkətləridir.

Müsabiqənin gümüş tərəfdaşı “BAKOTECH” (https://bakotech.com) şirkətidir.

Müsabiqənin bürünc tərəfdaşı “GULFSTREAM DISTRIBUTION” (www.gulfstream.az) şirkətidir
Müsabiqəyə rəsmi dəstəyi Elektron Təhlükəsizlik Mərkəzi CERT (www.cert.az) göstərir.

CTF AZƏRBAYCANIN VACİB TARİXLƏRİ:

- Müsabiqə iştirakçılarının qeydiyyatı noyabrın 26-dan start götürmüş və dekabrın 6-dək müsabiqənin saytında www.ctf.az davam edəcəkdir.

- 27 noyabr və 2 dekabr tarixləri arası ilkin tapşırıqların yerləşdirilməsi

- Müsabiqə günü, dekabrın 7 saat 11:00-dan 23:00-dək - onlayn-yarışların keçirilməsi və tapşırıqların əsas silsiləsi yerləşdirilir.

- Dekabrın 14-də müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcəkdir. İlk üç yeri tutan qaliblər açıqalanacqdır. Mərasim çərçivəsində həmçinin informasiya təhlükəsizliyi sahəsində mütəxəssislərin üçün master-klass və seminar keçiriləcəkdir.

Müsabiqənin mükafat fondu 6000 AZN ekvivalentində müəyyən edilib. Yarışların nəticələrinə əsasən, ümumi hesabda ilk üç yeri tutan qaliblər mükafatlandırılacaqdır.

Bütün maraqlanan tərəfləri tədbiri dəstəkləməyə dəvət edirik. Əlaqə telefonu + 994 12 3103335.

Son xəbərlər

ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib

Özündən 48 yaş gənc aktrisa ilə görüntüləndi, gündəm oldu - Fotolar

Zərdabda qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...

BƏDƏLANIN ŞÖHRƏTLİ OĞLU

Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır

Azərbaycanlı tədqiqatçı Aybəniz Haşımova beynəlxalq elmi konqresdə iştirak edib

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Paşinyan: Avrasiya İqtisadi İttifaqının əsas prinsipləri praktikada tam həyata keçirilmir

Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək

Beyləqanda bir nəfər suda boğulub

Biləsuvarın bir sıra ərazilərində işıq olmayacaq

Cəlilabadda maşın aşıb - Yaralılar var

Anomal istilər Avropada nə qədər insanın həyatına son qoyacaq?

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

Etibarın siması

Lilpar CƏMŞİDQIZI : QƏZƏL - FOTO

“Sadəcə bir səhv...” - Qurban Qurbanov

16 yaşa qədər sosial şəbəkələrə məhdudiyyət: Valideynlərə mühüm çağırış

Əzizə Ağahüseynqızı : Suraxanı rayonu Heydər Əliyev mərkəzində Dilimizlə bağlı maraqlı tədbir keçirildi.. - FOTOLAR

Bənizə 10 il 3 ay həbs cəzası verildi

BAĞIŞLA MƏNİ, ROMEO!

“Yutub” bu süni intellekt videolarına pul verməyəcək

Yeni “Ceyms Bond” kim olacaq?

Kiberhücumçular brauzer yeniləməsi adı ilə virus yayırlar

Hər gün dondurma yeyənləri nə gözləyir? - VACİB XƏBƏRDARLIQ

50 illik Yubileyin mübarək Şəhla xanım! - FOTO

Rusiya XİN: Ermənistan Aİ-yə yaxınlaşmanı diversifikasiya adlandırmamalıdır

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31