Yerin öz oxu ətrafında hərəkətini yuxarıdan görmək mümkündürmü?
Əslində, siz Yerin fırlanması faktının yalnız təsdiqini görə bilərsiniz. Alimlər deyirlər ki, planetimiz çox yavaş fırlandığı üçün bu prosesi real vaxtda müşahidə etmək mümkün deyil. Lakin planetin bu hərəkətinin təsirini görməyin yolları var.

Əgər Yer öz oxu ətrafında hərəkət etməsəydi, biz heç vaxt nə günəşin doğuşunu, nə də qürubunu görərdik. Gecə ilə gündüzün dəyişməsi də olmazdı. Ancaq insanlar planetin fırlanmasını hiss edə və ya öz oxu ətrafında hərəkətini seyr edə bilməzlər. Bəs planetin səthində olarkən Yerin fırlanması faktını təsdiq etməyin yolları varmı? Kosmosdan Yerin hərəkətini görmək mümkündürmü?

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu sualların cavabları müşahidənin aparıldığı vaxtla yanaşı, yerindən də asılıdır. NASA alimlərinin fikrincə, planetimizin hərəkətini real vaxtda görmək olmur, çünki o, çox yavaş - 24 saatda bir dəfə fırlanır. Məsələn, planetin hələ də fırlanması faktı bir neçə il əvvəl NASA tərəfindən yaradılan Beynəlxalq Kosmik Stansiyanın yavaş hərəkətli kadrları ilə təsdiqlənib. Amma siz, məsələn, kosmosda digər obyektlərin mövqeyini müşahidə etməklə Yerin planetin səthindən hərəkətini də təsdiqləyə bilərsiniz. NASA-nın əməkdaşı Stiven Merkovitzə görə, Yerin fırlandığını görməyin ən asan yolu digər göy cisimləri üfüqə yaxın olduqda onların hərəkətini izləməkdir. Məsələn, ulduzun mövqeyi üfüqə nisbətən dəyişdikdə günəşin batmasını izləyə bilərsiniz. "Günəşin batmasını görəndə Yerdəki yeriniz yavaş-yavaş ulduzdan uzaqlaşır və belə təəssürat yaranır ki, Günəş üfüqdən aşağı düşür. Siz həmçinin Ay və ulduzlardan istifadə edərək Yerin fırlanması faktını təsdiqləyə bilərsiniz. Bu halda, üfüq statik olaraq qalır və orada haradasa parıldayan cisimlər Yer fırlandığı üçün hərəkət edirmiş kimi görünəcək”, - deyə Merkovitz bildirib.

Alimlərin fikrincə, Yerin fırlanma faktını Fuko sarqacından istifadə etməklə də təsdiqləmək mümkündür. Fizik Jan Fuko hələ 1851-ci ildə sarqac təcrübəsini nümayiş etdirdi və Yerin fırlandığını sübut edən ilk şəxs oldu. Sərbəst sarqaclar adətən eyni istiqamətdə yellənməyə davam edirlər. Bu proses yalnız digər istiqamətə itələməklə dəyişdirilə bilər. Fuko başa düşdü ki, sarqac yelləndikcə bucağını tədricən dəyişir, çünki Yer onun altında hərəkət edir. Lakin Yerin fırlanması o qədər yavaşdır ki, sarqacın yelləncəyinin dəyişməsini görmək təxminən 15 dəqiqə çəkir.

Son xəbərlər

Yeni tədris ili üzrə 44 mindən çox uşaq bağçalara qəbul olub

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - YENİLƏNİB

Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar

Arvadı intihar deyirdi, polis qətl olduğunu müəyyən etdi

Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Sürəti gözümdə bitən qardaşım - FOTO

Şəki sakinləri Bakıda dənizdə batdılar

KİMİ ALDADIRSAN, AY ZALIM OĞLU?

Prezidentlə xanımı İsmayıl Samani türbəsi ilə tanış oldu

Tarixin ən böyük maliyyə hücumu - “Dan yeri söküləndə...”

Qaraciyəri fibroz və sirrozdan qoruyan möcüzəvi içki

İmişlidə toyda faciə - 25 yaşlı oğlan qəfil öldü

UKMTO: Səudiyyə Ərəbistanı sahillərində tanker vurulub

Hikmət Hacıyev Buxaradan paylaşım edib

İlham Əliyev Volodimir Zelenskini Ukraynanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

Bu il 111 minə yaxın pensiya, müavinət və təqaüd təyinatı proaktiv qaydada verilib

AVRO-2026: Azərbaycanın qadın voleybolçuları bu gün Rumıniya ilə qarşılaşacaq

Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

"Mossad" rəhbəri nazirlə gizli şəkildə görüşdü - SƏBƏB

Bu məhsulları dondurucuda saxlamayın

Super Liqa: “Beşiktaş” məğlub olub, “Trabzonspor” evində 3 xal qazanıb

Şəmkir və Qəbələ şəhid ailələri bir arada - FOTOLAR

40 dərəcə isti olacaq - Həftənin ilk iş gününün HAVASI

“Sən Allahınla ol, Allah özü sənin işini düzəldəcək...”

"Odisseya" rekord qırdı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31