Xəbərlər
23.12.2022, 01:12
Putin “Şimal axını”na hücumu terror aktı adlandırıb
Rusiya Prezidenti Vladimir Putin “Şimal axını”na hücumun maraqlı dövlətlərin dəstəyi ilə təşkil edildiyini bildirib.
AZƏRTAC bu barədə xarici KİV-lərə istinadla məlumat yayır.
“Bu, terror aktıdır. Hadisə göz qabağındadır və bunu hamı etiraf edib. Bu, beynəlxalq, həm də deyərdim ki, dövlət terrorizmidir", - Rusiya lideri qeyd edib və əlavə edib ki, dövlət strukturlarının dəstəyi olmadan heç kim bu təxribatı təşkil edə bilməz.
“Belə hallarda onlar adətən deyirlər: “Görün kimə maraqlıdır”, - deyə Putin sözlərinə əlavə edib.
Xatırladaq ki, sentyabrın 26-da “Nord Stream AG” şirkəti “Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərlərində əsaslı dağıntıların baş verdiyinə dair məlumat yayıb. Dağıntı və sızmalara səbəb olan partlayışlar təxmini olaraq eyni anda İsveç və Danimarkanın sahil sularında, Baltik dənizinin dibindən keçən 4 fərdi qaz borusunda baş verib.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay