Adil Əliyev: Şəhid ailələrinə və qazilərə qayğı göstərilməsi daim diqqət mərkəzindədir
Milli Məclis sədrinin müavini Adil Əliyev Tərtər rayonunda şəhid ailələrinə evlərin təqdim edilməsində iştirak edib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə Tərtər rayonuna gələn Adil Əliyev Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birlikdə əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər çiçəklər düzüblər. Sonra onlar Şəhidlər xiyabanına gələrək vətən uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsini yad ediblər. Daha sonra iş adamları tərəfindən Tərtər rayonunda tikilmiş dördotaqlı fərdi yaşayış evləri Vətən müharibəsində həlak olmuş iki şəhidin ailələrinə təqdim edilib.

Evlərin təqdimi zamanı Milli Məclis sədrinin müavini çıxış edib. O, çıxışında Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında göstərmiş olduğu şücaətə toxunaraq, ərazi bütövlüyümüzün bərpa olunmasında şəhid və qazilərimizin fədakarlıqlarını yüksək qiymətləndirib. Həmçinin Tərtər rayonunun qorxmazlıq simvolu olmasını qeyd edib, xain düşmənin mülki əhalini hədəfə almasına baxmayaraq, xalqımızın Prezidentin başçılığı ilə tariximizin ən parlaq Qələbəsini qazandığını vurğulayıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq şəhid ailələrinə və qazilərə qayğı göstərilməsi daim diqqət mərkəzindədir. Milli Məclis sədrinin müavini şəhid ailələrinin qayğıları ilə maraqlanmağın, habelə onları narahat edən məsələlərin yüksək səviyyədə həll edilməsinin hər birimizin vətəndaşlıq və vəzifə borcu olduğunu söyləyib. Bu istiqamətdə həyata keçirilən nəcib təşəbbüslərə dəstək olan “Çarbağ” MMC-nin direktoru Anar Həsənova minnətdarlığını bildirən Adil Əliyev, qədirbilən xalqımızın öz qəhrəmanlarına yüksək dəyər verməsindən qürur hissi ilə danışıb.

Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vətən müharibəsi zamanı Ermənistanın Tərtər rayonunu hədəf almasına baxmayaraq, rayon sakinlərinin göstərdiyi əzmdən söz açıb, eləcə də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyində şanlı Ordumuzun döyüş meydanında düşmən üzərində qazandığı tarixi Qələbədən bəhs edərək, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.

Sonra yeni tikilmiş dördotaqlı fərdi yaşayış evi Tərtər rayonu Qaradağlı kəndindən olan şəhid Aslan Hüseynovun ailə üzvlərinə təhvil verilib. Qeyd edək ki, Vətən müharibəsində Aslan Hüseynov Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub və doğulduğu kənddə torpağa tapşırılıb. Ölümündən sonra o, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Azərbaycan Bayrağı” Ordeni, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Digər dördotaqlı mənzil Yenikənd kəndindən olan şəhid Azər Qasımovun ailəsinə təqdim edilib. Qeyd edək ki, şəhid Azər Qasımov Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Mərasimdə iştirak edən şəhid ailələri və qazilər göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Son xəbərlər

"Mossad" rəhbəri nazirlə gizli şəkildə görüşdü - SƏBƏB

Bu məhsulları dondurucuda saxlamayın

Super Liqa: “Beşiktaş” məğlub olub, “Trabzonspor” evində 3 xal qazanıb

Şəmkir və Qəbələ şəhid ailələri bir arada - FOTOLAR

40 dərəcə isti olacaq - Həftənin ilk iş gününün HAVASI

“Sən Allahınla ol, Allah özü sənin işini düzəldəcək...”

"Odisseya" rekord qırdı

Hazal Kaya “Uzak şehir”dən imtina etdi

“Hacıqabulda ikinci zavod tikilir” - Prezident

“Bütün bu işlərin necə böyük zövqlə görüldüyünün şahidi olmuşam”

Məlahət Behbudqızı ✍️ : Olacaq

" Ruhların tənhalığı "

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub

Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatının son günündə iki medal qazanıblar

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 qızıl medal qazanıb

Fərqli coğrafiya, ortaq baxış: Azərbaycan və Özbəkistanın yeni şəhərsalma modeli

Prezident: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir

Prezident İlham Əliyev: Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir

Əbədi dostluq haqqında Müqavilə: Azərbaycan-Özbəkistan qardaşlığının möhkəm təməli

Azərbaycanın və Özbəkistanın Xalq artisti: Bu adı daşımaq böyük qürur olmaqla yanaşı, sənət qarşısında ciddi məsuliyyətdir

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib

Prezident İlham Əliyev: Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var

Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib

Prezident İlham Əliyev: Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub

Prezident: Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

Prezident İlham Əliyevin Özbəkistan səfəri - Bakı ilə Daşkənd arasında yeni əməkdaşlıq mərhələsi

"Bu, Azərbaycanın diplomatik təcrübəsində bir ilkdir" - Hikmət Hacıyev

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31