Biz özünümüdafiə hüququndan istifadə edərək ərazi bütövlüyümüzü güc hesabına bərpa etdik

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal çıxması tələb olunsa da, 30 ilə yaxın bir dövrdə bu tələb yerinə yetirilmədi. Bu tələbin yerinə yetirilməməsində səbəblər çox idi. Bunlardan biri ATƏT-in Minsk qrupunun mövqeyi, daha dəqiq, BMT TŞ qətnamələrinin tələblərinin yerinə yetirilməsini Ermənistandan tələb etməməsi idi. 44 günlük Vətən müharibəsində Azərbaycan Minsk qrupunun edə bilmədiyini, yaxud etmək istəmədiyini güc yolu ilə gerçəkləşdirdi. Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparırdı. Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Biz özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyümüzü güc hesabına bərpa etdik.

Azərbaycanın öz milli haqqını güc yolu ilə təmin etməsinin ortaya qoyduğu başqa bir reallıq isə ATƏT-in Minsk qrupu kimi Fransanın müharibə günlərində başda Prezident Makron olmaqla Ermənistanı müdafiə etmələri idi. Bu ölkənin ermənipərəst siyasət yürütməsi əvvəldən də məlum idi. 44 günlük Vətən müharibəsi zamanı Makronun bütün zəngləri ədalətin təmin olunmasına deyil, işğalçının müdafiəsinə xidmət edirdi. Müharibədən sonra da Fransanın siyasi dairələri Azərbaycan torpaqlarının işğaldan azad olunması faktı ilə barışa bilmədilər. Bunu Fransanın siyasi dairələrinin açıqlamaları, üçtərəfli Bəyanata qarşı çıxmaları təsdiq edirdi.

Oktyabrın 6-da keçirilən Praqa görüşləri, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ölkəmizin Vətən müharibəsindən sonra növbəti diplomatik qələbəsi oldu. Praqada vacib razılaşmaların əldə edilməsindən sonra Makronun Azərbaycana qarşı yönələn açıqlamaları tamamilə qəbuledilməz idi. Oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında bu barədə danışan Prezident İlham Əliyev Fransa Prezidentinin faktları manipulyasiya edərək dünya ictimaiyyətini çaşdırmağa səy göstərdiyini bildirib: "Lakin Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən, demək olar, bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi. Bu bəyanatlar mətbuatda var, hər kəs onları görə bilər. Bu bəyanatlarda o, Azərbaycanı dəhşətli müharibə törətməkdə günahlandırıb, bununla da faktları manipulyasiya edərək Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib".

Azərbaycanın bölgədə sülh, sabitlik və inkişafı təmin etmək, beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında münasibətləri normallaşdırmaq cəhdləri qarşılığında Fransanın birtərəfli mövqeyi və əsassız ittihamları bu ölkənin vasitəçilik səylərinin yenidən nəzərdən keçirilməsini labüd edir. “Biz isə öz tərəfimizdən belə bəyanatları qəti surətdə pisləyirik, rədd edirik və bundan sonra Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük" - deyə Prezident İlham Əliyev bildirmişdir. Prezident İlham Əliyevin dediyi kimi, Fransanın mövqeyinin, rəhbərliyinin nə deməsinin Azərbaycan üçün əhəmiyyəti yoxdur. Torpaqlarını işğaldan güc yolu ilə azad edən Azərbaycan yaranmış yeni reallıqlar fonunda da öz milli maraqlarını qətiyyətlə təmin edəcəkdir.

ADPU-nun Riyaziyyat fakültəsinin dekanı,
dosent Araz Fərəcov

Son xəbərlər

Kiperpolis onlayn kazino şəbəkəsinin rəhbərini Gürcüstanda saxlayaraq Azərbaycana gətirib

Mədəniyyət Nazirliyinə Aparat rəhbəri təyin olunub

Sabah bəzi rayonlarda leysan olacaq

Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycan səfiri etimadnaməsini Tokayevə təqdim etdi

Masazırda kişi qətlə yetirildi - 43 yaşlı arvadı saxlanıldı

Rusiyada yüzlərlə ticarət mərkəzi bağlanacaq: Azərbaycanlıları nə gözləyir?

Rusiya və Ukrayna "103-ün 103-ə" formulu ilə hərbi əsirlərin mübadiləsini həyata keçirib

Həkimin məsuliyyəti hansı hallarda yaranır? – Ali Məhkəmədən mühüm açıqlama

NİFTALI RZAYEV – ÖMRÜN YETMİŞİNDƏN BOYLANAN İNSANLIQ

Milli Məclisin deputatları Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər

Məşhur müğənnilərin yeni albomları yolda qəzaların sayını artırırmış - Alimlər maraqlı əlaqə aşkarladılar

Daha 5 itkin-şəhid dəfn olunacaq - Siyahı

“Hörümçək Adam” daha bir rekorda imza atdı

17 il sonra ekranlara qayıdır - Rekord qonorar alacaq

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşır

UEFA Çempionlar Liqası: "Sabah" Buxarestdə "Hapoel"lə qarşılaşacaq

O, NECƏ XATIRLANIR? (Səmimi sətirlər çələngi)

"Rufo Gəncinski"yə qarşı sui-qəsd cəhdi oldu - Killerin silahı...

19 yaşlı Zeynəbin qətlinin təfərrüatı

Motsartı kim öldürdü? - 35 yaşlı dahinin müəmmalı ölümü və şübhəli dost

Afiq Göyçəli : „Cavan nəsilə yer verməyənlərə“

Zaxarova Bakının axtarışa verdiyi rusiyalı jurnalistlərdən danışdı

ÇL: “Fənərbaxça” İstanbulda “Lion”a məğlub olub

Ən zərərli meyvə və giləmeyvələrin adları - Açıqlandı

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər

Türkiyədə zəlzələ olub

ELM və TƏHSİLƏ HƏSR OLUNMUŞ MƏNALI və ŞƏRƏFLİ ÖMÜR YOLU

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31