Bakıda yay caz günləri festivalının açılış mərasimi keçirilib
İki illik fasilədən sonra Bakı yay caz günləri (Baku Summer Jazz Days) festivalı fəaliyyətini bərpa edib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, iyulun 6-da Mədəniyyət Nazirliyi və “Premier LTD” şirkətinin dəstəyi ilə təşkil edilən festivalın açılış mərasimi giriş sərbəst olmaqla Heydər Əliyev Mərkəzinin parkında açıq havada keçirilib.

Festivalı amerikalı caz pianoçu və bəstəkarı Emmet Kohen öz triosu ilə açıb.

Qeyd edək ki, trionun lideri E.Kohen caz ifaçısı, həmçinin pedaqoqdur və bütün yaş qruplarından olan tələbələrinə dinləyicilərlə ünsiyyət sənətini öyrədir. O, Nyuport, Monterey və Rotterdamda keçirilən dünyaca məşhur caz festivallarında, eləcə də Nyu-Yorkdakı “Rose Hall” və Vaşinqtondakı Kennedi Mərkəzində, bir çox məşhur musiqi məkanlarında çıxış edib. E.Kohen, həmçinin Amerika Piano Assosiasiyasının, 2019-cu il “Amerika pianoçuları mükafatı”nın sahibidir.

Həmçinin Azərbaycanın ən tanınmış gənc heyətlərindən olan “H3 Collective”in yaradıcısı və rəhbəri, caz trumpet ifaçısı və bənd lideri Firudin Həmidov öz əsrarəngiz çıxışı ilə izləyicilərə gözəl anlar bəxş edib. “H3 Collective” və F.Həmidov əsasən eysid-caz, fank-caz, hip-hop və digər müasir caz istiqamətləri üzrə çalışır.

Bakı yay caz günləri festivalının iyulun 7-də keçiriləcək növbəti proqramı məşhur İsveç-Türkiyə saksofonçusu, bəstəkar, aktyor, eləcə də prodüser İlhan Erşahinin kvarteti ilə davam edəcək. Stokholmda böyüyən və 1990-cı ildən Nyu-Yorkda yaşayan musiqiçi Wallace Rooney, Joe Lovano, Jeff Williams, Cameron Brown, Viktor Lewis kimi musiqiçilərlə birlikdə çıxış edib. O, Bakıda Türkiyədən olan cazmenlərin çıxış edəcəyi məşhur “İstanbul sessions” layihəsini təqdim edəcək.

Həmin gün, həmçinin müasir Azərbaycan caz səhnəsinin istedadlı nümayəndələrindən olan Diana Hacıyeva da öz əsrarəngiz çıxışını nümayiş etdirəcək.

Festival səhnəsi, həmçinin bizim caz qruplarımıza da aid edilib. Bu, əsl millətlərarası caz musiqisi dialoqudur.

Son xəbərlər

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Məhərrəmlik başa çatdı - Toylar başladı

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

TRIPP Laçın dəhlizinin analoqudur? - RƏSMİ CAVAB

Bakı Tikiş Evi: Məktəbli formaları bu il də endirimli qiymətlərlə satışa çıxarılıb

ƏDƏBİYYATIN SƏRHƏDSİZ COĞRAFİYASI

Bu gün İsmayıl bəy Qutqaşınlının anım günüdür - FOTO

Xalq artisti Alim Qasımovun doğum günüdür

Bu araqlar saxta imiş - FOTOLAR

Sabah 37 dərəcə isti olacaq

Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı

Bu gün dənizə gedənlərin nəzərinə!

Avqust pensiyaları ödənildi

Psixoloqlara görə telefonda danışarkən gəzməyin əsl səbəbi

"iPhone 18" hansı xüsusiyyətlərə sahib olacaq? - DETALLAR

Sabahdan metroda dəyişiklik: "Nizami" və "28 May" arasında qatar olmayacaq

9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Rusiya Sumı, Dnepropetrovsk, Xarkov və Zaporojyeyə zərbələr endirib: ölənlər və yaralananlar var

Azərbaycan neftinin qiyməti 94 dollardan aşağı düşüb

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları ilə Kluj-Napoka şəhəri arasında əlaqələrin qurulması müzakirə olunub

Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünə bu gün start verilir

Bakıda yalnız üç istiqamətdə nəqliyyatın sıxlığı yaranıb

Payız üçün ən dəbli saç rəngi açıqlandı

Yeni kəşfiyyat orqanı yaradacaqlar

Toyundan sonra saçlarını rənglədi - Foto

“Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində rəqibi bəlli olub

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31