"TEKNOFEST Azərbaycan" festivalının bağlanış mərasimi keçirilib
Mayın 29-da Bakıda "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalının bağlanış mərasimi keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev son 4 gündə çox həyəcanlı, sevinc dolu hisslər yaşanıldığını deyib: "Bu günlərdən özümüzlə qürur hissi, gələcəyə olan inam hissi aparırıq. Bu festival bizə Azərbaycan gəncliyinin gücünü, biliyini bir daha göstərdi. Dövlətimizin başçısının diqqət və qayğısı sahəsində belə bir festivalı ərsəyə gətirdiyimiz üçün çox xoşbəxtik. Prezident İlham Əliyev başda olmaqla festivalda iştirak edən hər kəsə təşəkkür edirik".

Daha sonra "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar çıxış edib.

"Həyatımıza məna qatan "TEKNOFEST Azərbaycan"ın sonudur. Festival yekunlaşdığı üçün təəssüflənsək də, qardaşlığımız davam etdiyinə görə xoşbəxtik", - deyə "Baykar"ın texniki direktoru vurğulayıb.

Gələcəkdə "TEKNOFEST"in yenidən Bakıda, Şuşada keçiriləcəyini bildirən S.Bayraktar bildirib ki, festivalda qazanılan təcrübələr Azərbaycan gəncliyinin gələcəkdə rəhbəri olacaq, gənclər bu istiqamətdə öz fəaliyyətini bundan sonra da davam etdirəcəklər.

"Dünən Azərbaycanın Müstəqillik Gününü qeyd etdik. Bu gün də İstanbulun fəthinin 569-cu ildönümüdür. Bütün şəhidlərimizi rəhmətlə anırıq, ruhları şad olsun", - deyə S.Bayraktar söyləyib.

O diqqətə çatdırıb ki, növbəti "TEKNOFEST" avqust ayında Türkiyənin Samsun şəhərində keçiriləcək.

Sonda festivalın bağlanışı münasibətilə konsert proqramı və lazer şou təşkil olunub.

Son xəbərlər

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Məhərrəmlik başa çatdı - Toylar başladı

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

TRIPP Laçın dəhlizinin analoqudur? - RƏSMİ CAVAB

Bakı Tikiş Evi: Məktəbli formaları bu il də endirimli qiymətlərlə satışa çıxarılıb

ƏDƏBİYYATIN SƏRHƏDSİZ COĞRAFİYASI

Bu gün İsmayıl bəy Qutqaşınlının anım günüdür - FOTO

Xalq artisti Alim Qasımovun doğum günüdür

Bu araqlar saxta imiş - FOTOLAR

Sabah 37 dərəcə isti olacaq

Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı

Bu gün dənizə gedənlərin nəzərinə!

Avqust pensiyaları ödənildi

Psixoloqlara görə telefonda danışarkən gəzməyin əsl səbəbi

"iPhone 18" hansı xüsusiyyətlərə sahib olacaq? - DETALLAR

Sabahdan metroda dəyişiklik: "Nizami" və "28 May" arasında qatar olmayacaq

9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Rusiya Sumı, Dnepropetrovsk, Xarkov və Zaporojyeyə zərbələr endirib: ölənlər və yaralananlar var

Azərbaycan neftinin qiyməti 94 dollardan aşağı düşüb

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları ilə Kluj-Napoka şəhəri arasında əlaqələrin qurulması müzakirə olunub

Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünə bu gün start verilir

Bakıda yalnız üç istiqamətdə nəqliyyatın sıxlığı yaranıb

Payız üçün ən dəbli saç rəngi açıqlandı

Yeni kəşfiyyat orqanı yaradacaqlar

Toyundan sonra saçlarını rənglədi - Foto

“Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində rəqibi bəlli olub

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31