Ulu Öndərin siyasətinin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan 30 illik işğala son qoydu
Şamaxıda rayon icra hakimiyyətinin və AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Naqif Həmzəyev, Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru Nəriman İsmayılov, AMEA Mərkəzi Elmi Kitabxanasının baş direktoru Məmməd Əliyev, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbiri açan Rəsədxananın icraçı direktoru Nəriman İsmayılov Milli Qurtuluş Gününün Azərbaycanın dövlətçilik tarixində əhəmiyyəti barədə məruzə ilə çıxış edib.

İcra başçısı Tahir Məmmədov çıxışında müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 15 İyun - Milli Qurtuluş Gününün müstəqillik tariximizin ən şərəfli səhifələrindən biri olduğunu söyləyib. Qeyd edib ki, həmin tarixdən sonra Azərbaycan sürətli iqtisadi inkişaf yoluna qədəm qoydu, dünya birliyinə inteqrasiya olundu, beynəlxalq aləmdə layiqli yer tutdu. Ulu Öndərin siyasətinin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan 30 illik işğala son qoydu, Vətən müharibəsində şanlı Zəfər qazandı.

Milli Məclisin deputatı Naqif Həmzəyev, professor Məmməd Əliyev, YAP Şamaxı və Yasamal rayon təşkilatlarının sədrləri Tural Qasımlı, Bəxtiyar Nəbiyev və başqaları çıxışlarında Vətənin dar günündə ictimaiyyətin, ziyalıların xahişi ilə Bakıya gələn ulu öndər Heydər Əliyevin uğurlu siyasi fəaliyyətindən danışıb, onun hakimiyyətə qayıdışının dövlətimizin xilası üçün müstəsna əhəmiyyət daşıdığını vurğulayıblar.

Tədbirdə AMEA Mərkəzi Elmi Kitabxanası tərəfindən ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası ilə bağlı hazırlanmış videoçarx nümayiş olunub.
Ulu Öndərin siyasətinin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan 30 illik işğala son qoydu
Ulu Öndərin siyasətinin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan 30 illik işğala son qoydu
Ulu Öndərin siyasətinin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan 30 illik işğala son qoydu
Ulu Öndərin siyasətinin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan 30 illik işğala son qoydu
Ulu Öndərin siyasətinin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan 30 illik işğala son qoydu
Ulu Öndərin siyasətinin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan 30 illik işğala son qoydu

Son xəbərlər

Mədəniyyət Nazirliyinə Aparat rəhbəri təyin olunub

Sabah bəzi rayonlarda leysan olacaq

Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycan səfiri etimadnaməsini Tokayevə təqdim etdi

Masazırda kişi qətlə yetirildi - 43 yaşlı arvadı saxlanıldı

Rusiyada yüzlərlə ticarət mərkəzi bağlanacaq: Azərbaycanlıları nə gözləyir?

Rusiya və Ukrayna "103-ün 103-ə" formulu ilə hərbi əsirlərin mübadiləsini həyata keçirib

Həkimin məsuliyyəti hansı hallarda yaranır? – Ali Məhkəmədən mühüm açıqlama

NİFTALI RZAYEV – ÖMRÜN YETMİŞİNDƏN BOYLANAN İNSANLIQ

Milli Məclisin deputatları Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər

Məşhur müğənnilərin yeni albomları yolda qəzaların sayını artırırmış - Alimlər maraqlı əlaqə aşkarladılar

Daha 5 itkin-şəhid dəfn olunacaq - Siyahı

“Hörümçək Adam” daha bir rekorda imza atdı

17 il sonra ekranlara qayıdır - Rekord qonorar alacaq

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşır

UEFA Çempionlar Liqası: "Sabah" Buxarestdə "Hapoel"lə qarşılaşacaq

O, NECƏ XATIRLANIR? (Səmimi sətirlər çələngi)

"Rufo Gəncinski"yə qarşı sui-qəsd cəhdi oldu - Killerin silahı...

19 yaşlı Zeynəbin qətlinin təfərrüatı

Motsartı kim öldürdü? - 35 yaşlı dahinin müəmmalı ölümü və şübhəli dost

Afiq Göyçəli : „Cavan nəsilə yer verməyənlərə“

Zaxarova Bakının axtarışa verdiyi rusiyalı jurnalistlərdən danışdı

ÇL: “Fənərbaxça” İstanbulda “Lion”a məğlub olub

Ən zərərli meyvə və giləmeyvələrin adları - Açıqlandı

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər

Türkiyədə zəlzələ olub

ELM və TƏHSİLƏ HƏSR OLUNMUŞ MƏNALI və ŞƏRƏFLİ ÖMÜR YOLU

VƏTƏN HİSSİ VƏ ŞƏHİD MƏQAMI: "VƏTƏNƏ YAZILAN ÖMÜR" KİTABI SUMQAYITDA TƏQDİM OLUNDU

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31