Xəbərlər
8.06.2022, 01:21
“Norway Chess”: Şəhriyar Məmmədyarov Aniş Giriyə qalib gəlib
Norveçin Stavanger şəhərində “Norway Chess” beynəlxalq şahmat turnirində növbəti turun oyunları keçirilib.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, yeddinci turda Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov niderlandlı Aniş Giriyə qalib gəlib. Bununla da o, xalların sayını 11,5-ə çatdırıb və 10 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb. Teymur Rəcəbov isə Hindistan təmsilçisi Vişvanatan Ananda “armageddon”da uduzub. T.Rəcəbov ümumi nəticələrə görə, 5 xalla sonuncu yerdədir.
“Norway Chess” turniri iyunun 10-dək davam edəcək. Reqlamentə əsasən, qələbəyə görə şahmatçılara üç xal verilir. Heç-heçə olacağı təqdirdə iştirakçılar qalibi “armageddon”da müəyyənləşdirirlər.

Son xəbərlər
| « Sentyabr 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 | ||||
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay