Sevdiyi qızın başını kəsdi — Azərbaycanda dəhşətli CİNAYƏT
Hacıqabul rayonunda xalası qızını öldürməkdə təqsirli bilinən 1994-cü il təvəllüdlü Ayəddin İsmayılzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Turaztv.az xəbər verir ki, o, sevgi münasibətində olduğu xalası qızı Rəvanə Məliklinin gizli olaraq başqa şəxslə telefonla danışıb, ona xəyanət etməsindən şübhələnib.

Bu səbəbdən Rəvanə ilə mübahisə edib, sonra xalası qızının xəyanət etməsini qətiləşdirib, onu öldürmək qərarına gəlib.

Bu məqsədlə Ayəddin İsmayılzadə 23 iyun 2018-ci il tarixdə, saat 23.50-də Rəvanənin müvəqqəti yaşadığı, nənəsi Nazilə Salayevaya məxsus olan Hacıqabul rayonun Muğan qəsəbəsində yerləşən evinə gəlib. O, evin yataq otağında Rəvanə ilə söhbət edərkən onu öldürmək niyyətini həyata keçirmək istəyib.

Qəflətən Rəvanənin boğazından tutaraq boğmağa başlayıb. Rəvanənin müqavimətini qırandan sonra özündə olan bıçaqla boğaz nahiyəsini kəsərək, onu qətlə yetirib.
Sevgilisini nənəsinin evində öldürən Ayəddin İsmayılzadə daha sonra evdən çıxıb və birbaşa Hacıqabul rayon polis şöbəsinə gəlib. O, törətdiyi cinayəti etiraf edib.

İstintaq orqanı tərəfindən Ayəddin İsmayılzadənin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ayəddin İsmayılzadə 17 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi, atası Məlikağa Məlikov apelyasiya şikayəti verib. O, təqsirləndirilən şəxsin barəsində ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını istəyib.

O, apelyasiya şikayəti onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsinin hökmü cəzanın yüngüllüyünə görə qanunsuzdur:

"Törədilmiş cinayət əməlinin ictimai təhlükəlilik və ağırlıq dərəcəsi təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəza verilməsini şərtləndirir. İşin hallarından göründüyü kimi, Ayəddin İsmayılzadə mərhum Rəvanə Məliklini ölməmiş vəziyyətdə başını kəsib. Bu cinayət əməli insanlığa sığmayan bir vəhşilikdir. Məhkəmə tərəfindən bu hallar nəzərə alınmayıb”.

Ayəddin İsmayılzadə də hökmdən narazı qalıb və apelyasiya şikayəti verib.

O, barəsində aşağı həddə cəza təyin olunmasını xahiş edib.

Hər iki tərəfin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Rafiq Cəfərovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Apelyasiya şikayətlərinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Tərəflərin şikayəti təmin olunmayıb.(teleqraf com)

Son xəbərlər

Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi

Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var

Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb

Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq

İmişlidə qəza - 3 nəfər xəsarət aldı

"Toppuş bacı"nın atası da vəfat etdi

Paşinyan İlham Əliyevə zəng etdi - Bu məsələlər müzakirə edildi

Sabirabadda məktəbli qızın meyiti tapıldı

Cəlilabadda "Nar Bağı" ailəvi-uşaq parkı... - FOTO

Misralarda zaman və insan.

Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb

Rusiyanın iki neft emalı zavoduna dron hücumu olub, güclü yanğın başlayıb

Xocavənddə traktor minaya düşüb

Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!

Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto

“Odissey”i pulsuz izləmək istəyənlərə - Xəbərdarlıq

Haci Əkbər Rüstəmovun “Xatirələr yaşadır məni” kitabının ən kədərli səhifələrindən biri də Xocalının işğalı gecəsi Əkbər müəllimin keçirdiyi hisslərdir.

Əmtəə bazarlarında qızılın qiyməti 4 400 dollara yaxınlaşıb

Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə tam dəstəyini bir daha təsdiqləyib

17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı

Məmməd Qədir : Azad oldu deyin mənə... - FOTO

"Amerika niyə buraya gəlib hərbi bazalar qurmalıdır?" - Pezeşkian

9-cu dəfə əməliyyat olunacaq

ƏBƏDİ MUĞAMIN GƏNC NƏFƏSİ - FOTOLAR

RƏŞAD BAXŞƏLİYEV DASTANI - FOTO

Rusiya və İrana “Cəhənnəm sanksiyaları”nı tətbiq edəcəklər

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31