ABŞ-da möhtəşəm Zəfər Günü tədbirləri davam edirDiasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ABŞ-da fəaliyyət göstərən Azərbaycan icmasının və Amerika Azərbaycanlıları Koordinasiya Şurasının üzvləri ilə görüşüb.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nyu-York ştatında baş tutan görüşdə ABŞ-ın müxtəlif ştat və şəhərlərində fəaliyyət göstərən diaspor aktivləri iştirak ediblər.


Tədbirdə çıxış edən Fuad Muradov 8 noyabr - Zəfər Günü münasibətilə bütün azərbaycanlıları təbrik edib. Vətən müharibəsi dönəmində Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq naminə nümayiş etdirdikləri birlik, həmrəylik fəaliyyətlərinə görə diaspor aktivlərinə minnətdarlığını bildirib.

Qeyd olunub ki, 27 ölkəni əhatə edən 11 Koordinasiya Şurası yaradılıb, xaricdə yaşayan azərbaycanlıların şəbəkələşməsi və vahid platformalarda birləşməsi üçün mühüm addımlar atılıb. Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının fəaliyyətindən danışan komitə sədri bildirib ki, şura Amerikadakı soydaşlarımızın və diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi işində uğurlu yol qət edib.

ABŞ-ın Nyu-York şəhərindəki Karnegi konsert zalında isə 8 Noyabr – Zəfər Günü münasibətilə bayram konserti keçirilib.

Konsert Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Florida Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri Töhfə Eminovanın və Florida Texnologiyalar Universitetinin professoru Pərvin Muradova-Dilbazinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Azərbaycanın BMT yanında nümayəndəsi Yaşar Əliyev, Amerika Yəhudi Komitəsinin Rusiya ve Avrasiya uzre direktoru Samuel Kliger, tanınmış jurnalist İrina Tsukerman, ABŞ-da yaşayan rus, türk, yəhudi icmalarının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Konsertdən öncə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iştirakçılara ötən il Azərbaycan torpaqlarının azad edilməsi və ərazi bütövlüyünün təmin olunması naminə aparılan Vətən müharibəsində xalqımızın qazandığı parlaq qələbə barədə ətraflı məlumat verib, bu zəfərin regionda sülh və sabitliyə ciddi töhfə olduğunu bildirib.

Konsertdə musiqiçilər Kamilla Məmmədova, Səmra Əmiraslan, Haoven Xiao (piano), Mişa Vitenson (violin), Sara Nordin və Soyeon Yu (vokalçı) Azərbaycanın xalq və bəstəkar mahnılarını ifa ediblər.

Tədbir çərçivəsində Azərbaycanı Zəfərə aparan hadisələri əks etdirən fotosərgi də nümayiş etdirilib.

Son xəbərlər

Kiperpolis onlayn kazino şəbəkəsinin rəhbərini Gürcüstanda saxlayaraq Azərbaycana gətirib

Mədəniyyət Nazirliyinə Aparat rəhbəri təyin olunub

Sabah bəzi rayonlarda leysan olacaq

Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycan səfiri etimadnaməsini Tokayevə təqdim etdi

Masazırda kişi qətlə yetirildi - 43 yaşlı arvadı saxlanıldı

Rusiyada yüzlərlə ticarət mərkəzi bağlanacaq: Azərbaycanlıları nə gözləyir?

Rusiya və Ukrayna "103-ün 103-ə" formulu ilə hərbi əsirlərin mübadiləsini həyata keçirib

Həkimin məsuliyyəti hansı hallarda yaranır? – Ali Məhkəmədən mühüm açıqlama

NİFTALI RZAYEV – ÖMRÜN YETMİŞİNDƏN BOYLANAN İNSANLIQ

Milli Məclisin deputatları Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər

Məşhur müğənnilərin yeni albomları yolda qəzaların sayını artırırmış - Alimlər maraqlı əlaqə aşkarladılar

Daha 5 itkin-şəhid dəfn olunacaq - Siyahı

“Hörümçək Adam” daha bir rekorda imza atdı

17 il sonra ekranlara qayıdır - Rekord qonorar alacaq

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşır

UEFA Çempionlar Liqası: "Sabah" Buxarestdə "Hapoel"lə qarşılaşacaq

O, NECƏ XATIRLANIR? (Səmimi sətirlər çələngi)

"Rufo Gəncinski"yə qarşı sui-qəsd cəhdi oldu - Killerin silahı...

19 yaşlı Zeynəbin qətlinin təfərrüatı

Motsartı kim öldürdü? - 35 yaşlı dahinin müəmmalı ölümü və şübhəli dost

Afiq Göyçəli : „Cavan nəsilə yer verməyənlərə“

Zaxarova Bakının axtarışa verdiyi rusiyalı jurnalistlərdən danışdı

ÇL: “Fənərbaxça” İstanbulda “Lion”a məğlub olub

Ən zərərli meyvə və giləmeyvələrin adları - Açıqlandı

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər

Türkiyədə zəlzələ olub

ELM və TƏHSİLƏ HƏSR OLUNMUŞ MƏNALI və ŞƏRƏFLİ ÖMÜR YOLU

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31