İtaliya Əfqanıstandan təxliyə prosesini yekunlaşdırıbİtaliya Əfqanıstandan təxliyə işlərini avqustun 28-də Kabildən Romaya təşkil edilən son aviareyslə tamamlayıb.

AZƏRTAC xəbər verir ki, təyyarəni qarşılayan İtaliyanın xarici işlər naziri Luici Di Maio ümumilikdə 5000 əfqanın təxliyəsində iştirak edən hər kəsə təşəkkür edib.

İtaliya bir müddətdir ki, Kabil-Küveyt-Roma marşrutu ilə təxliyə əməliyyatlarını həyata keçirirdi. Avqustun 28-də İtaliya Hərbi Hava Qüvvələrinə məxsus “Boeing 767” təyyarəsi 58-i əfqan olmaqla 110 nəfəri Romanın Fiumicino Hava Limanına gətirib.

Luici Di Maio həm özünün, həm də Baş nazir Mario Draqinin İtaliyanın G20-yə sədrliyi çərçivəsində Əfqanıstanla bağlı məsələnin müzakirəsi üçün çalışdıqlarını bildirib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Son xəbərlər

Ana-oğuldan sonra ata da öldü - Toya hazırlaşırdılar... - Foto

O da “Kızılcık şerbeti”ndən getdi

Daşdəmir ƏJDƏROĞLU : Əziz dostum, qələmi səmimiyyət, xisləti nur olan Xəyalə xanım! Doğum günün mübarək olsun!

Simran HƏSƏNOV - 70 - FOTOLAR

İradə varsa, insan özü də vardır, yaxud əcəl tüstüsündən yaxa qurtarmaq mümkündürmü?

Azərbaycan-ABŞ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub

Macarıstan parlamenti ölkənin yeni prezidentini seçib

Bir il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib

Mədəniyyət Nazirliyinin təqaüd proqramı ilə 17 nəfər xaricdə təhsil imkanı qazanıb

Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb

DİN onlayn alış-verişlə bağlı xəbərdarlıq edib

ƏDV ödəyicilərinin sayı artıb

Tupakın qətlində 30 illik düyün açılır - O gecə nə olmuşdu?

"Sabah" – "Orhus" oyununun bütün biletləri satılıb

Sədaqət, düzlük və etibar — insanın mənəvi pasportu

Təəccübdən təbəssümə…

Səssiz ziyalılıq

Bu gün və sabah geomaqnit qasırğası gözlənilir

Sabah Azərbaycanda yağış yağacaq

Rəsmi Tehran: İran gələn ay Xəzəryanı ölkələrin konfransına ev sahibliyi edəcək

Kamran Əliyev Qubada vətəndaşları qəbul edəcək

Azərbaycan XİN Çadı Milli Günü münasibətilə təbrik edib

Bakının Binə və Nardaran qəsəbələrində qaz olmayacaq

UEFA Çempionlar Liqası: "Sabah" Danimarka təmsilçisi ilə cavab matçına çıxacaq

“Gicgahımda güllənin soyuqluğunu hiss edirdim”

Yaddaşlarda yaşayan insan

Qarpızı hər gün yemək olar? - Həkimdən bu xəstələrə XƏBƏRDARLIQ

Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - YENİLƏNİB

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31