“Qalib Ordunun əsgəri olmaq böyük şərəfdir!” adlı tədbir keçirilibAzərbaycan Respublikası vətəndaşlarının 2021-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamından irəli gələn vəzifələr ölkəmizdə uğurla həyata keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Vətən qarşısında müqəddəs əsgəri borcunu şərəflə yerinə yetirən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının xidmətləri yüksək qiymətləndirilir, onlar təntənəli şəkildə yola salınır və Vətənə, xalqa, dövlətə layiq, mənəvi və fiziki cəhətdən sağlam oğullar kimi mülki həyata inteqrasiya olunurlar.

Hazırda respublikanın şəhər və rayonlarının çağırış məntəqələrində qələbəlikdir. Valideynlər övladlarını fərəhlə, qürur hissi ilə hərbi xidmətə yola salır, gənclər isə onların ümidlərini doğruldacaqlarına and içərək böyük həvəslə hərbi xidmətə yollanılar.

Azərbaycan Ordusunun bütün hərbi hissələrində gənc əsgərləri qəbul etmək üçün hər cür şərait yaradılıb. Onlar “Qələbə marşı”nın sədaları altında qarşılanır, ilk gündən Vətən müharibəsinin iştirakçısı olan hərbi qulluqçuların diqqət və qayğısı ilə əhatə olunur, ordu həyatına alışır, gənc əsgərlər üçün təşkil edilən təlim və məşğələlərdə fəal iştirak edirlər.

Gənc əsgərlərin mənəvi-psixoloji hazırlığına, mədəni asudə vaxtının səmərəli təşkilinə də ciddi fikir verilir və bu istiqamətdə silsilə tədbirlər həyata keçirilir.

“N” saylı hərbi hissədə “Qalib Ordunun əsgəri olmaq böyük şərəfdir!” devizi altında keçirilən tədbirdə çıxış edən Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani gənc əsgərləri salamlayaraq onların qalib ordunun sıralarında Vətənə sədaqətlə xidmət edəcəklərinə əminliyini bildirib.

Qeyd edilib ki, bu yaxınlarda yaradılmasının 103-cü ildönümünü qeyd edən Azərbaycan Ordusu tarixinin ən şərəfli günlərini yaşayır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə xalqımızın birliyini, həmrəyliyini dünyaya nümayiş etdirməklə yanaşı, həm də ordumuzun gücünü, nüfuzunu daha da artırdı. Hər bir Azərbaycan vətəndaşı qalib bir ölkənin vətəndaşı olmaqdan, hər bir əsgər isə qalib Azərbaycan Ordusunun döyüşçüsü olmaqdan böyük qürur duyur.

Diqqətə çatdırılıb ki, Ordumuzun şəxsi heyətinin əksəriyyəti gənclərdir və ordu gəncləri böyük qüvvədir. Onlar döyüş meydanlarında öz fədakarlıqları, igidlik və şücaətləri ilə bir daha sübut etdilər ki, Azərbaycan gəncləri yenilməzdir, mübarizdir, qorxmazdır və Vətənə, dövlətə, öz Ali Baş Komandanına sadiqdir. Onlar vətənpərvərdirlər, ata-babaların, əcdadların qəhrəmanlıq ənənələrini layiqincə davam etdirirlər.

Çıxış edən gənc əsgərlər qalib ordunun ilk döyüşçüləri olmaqdan böyük qürur duyduqlarını bildirib, Vətən müharibəsində qanları ilə Zəfər dastanı yazan şəhid oğullarımızın yarımçıq ömürlərini də öz ömürlərinə qataraq ordumuzun qəhrəmanlıq salnaməsinə daha parlaq və yaddaqalan səhifələr yazacaqlarına söz veriblər.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin təqdim etdiyi “Qalib Ordunun əsgəri olmaq böyük şərəfdir!” ədəbi-bədii kompozisiya gənc əsgərlər tərəfindən böyük maraqla qarşılanıb.

“Qalib Ordunun əsgəri olmaq böyük şərəfdir!” adlı tədbir keçirilib
“Qalib Ordunun əsgəri olmaq böyük şərəfdir!” adlı tədbir keçirilib

Son xəbərlər

Novruzəli Aslanov: “Daşkənddə imzalanan sənədlər Azərbaycan-Özbəkistan əməkdaşlığının hüquqi bazasını genişləndirir”

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb

Yeni tədris ili üzrə 44 mindən çox uşaq bağçalara qəbul olub

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - YENİLƏNİB

Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar

Arvadı intihar deyirdi, polis qətl olduğunu müəyyən etdi

Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Sürəti gözümdə bitən qardaşım - FOTO

Şəki sakinləri Bakıda dənizdə batdılar

KİMİ ALDADIRSAN, AY ZALIM OĞLU?

Prezidentlə xanımı İsmayıl Samani türbəsi ilə tanış oldu

Tarixin ən böyük maliyyə hücumu - “Dan yeri söküləndə...”

Qaraciyəri fibroz və sirrozdan qoruyan möcüzəvi içki

İmişlidə toyda faciə - 25 yaşlı oğlan qəfil öldü

UKMTO: Səudiyyə Ərəbistanı sahillərində tanker vurulub

Hikmət Hacıyev Buxaradan paylaşım edib

İlham Əliyev Volodimir Zelenskini Ukraynanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

Bu il 111 minə yaxın pensiya, müavinət və təqaüd təyinatı proaktiv qaydada verilib

AVRO-2026: Azərbaycanın qadın voleybolçuları bu gün Rumıniya ilə qarşılaşacaq

Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

"Mossad" rəhbəri nazirlə gizli şəkildə görüşdü - SƏBƏB

Bu məhsulları dondurucuda saxlamayın

Super Liqa: “Beşiktaş” məğlub olub, “Trabzonspor” evində 3 xal qazanıb

Şəmkir və Qəbələ şəhid ailələri bir arada - FOTOLAR

40 dərəcə isti olacaq - Həftənin ilk iş gününün HAVASI

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31