HARA GEDİRİK: Əhalinin gəlirləri azalmağa davam edir - BÖHRAN

Bu ilin yanvar-aprel aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 17 milyard 037,9 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % azdır. Son bir ildə ölkədə adambaşına düşən nominal gəlir isə 1,6 % azalaraq 1 min 702,7 manata çatıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bəs, əhalinin gəlirlərinin azalmasının səbəbləri nələrdir? Hökumət yoxsulluğun qarşısını almaq, xalqın rifahını yüksəltmək üçün hansı tədbirləri görməlidir?

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisadçı Elşad Məmmədov vəziyyəti “Press Klub”a şərh edərkən bildirdi ki, əhalinin nominal gəlirlərinin azalması hökumət üçün ciddi siqnal kimi qəbul olunmalıdır:

“Unutmamalıyıq ki, burada hələ nominal gəlirlərdən söhbət gedir. Real gəlirlər daha böyük rəqəmlərlə ifadə olunacaq qədər azalıb. Çünki inflyasiya da var və inflyasiyanın mövcudluğu real gəlirlərin bir qədər də enməsinə işarədir. Ona görə də, hesab edirəm ki, yaxın zaman ərzində iqtisadi islahatların dərinləşdirilməsinə ehtiyac var. Son illər ərzində sosial siyasət istiqamətində müsbət dəyişikliklərin olduğunu etiraf etmək lazımdır. Ölkədə milli iqtisadiyyatda formalaşan əlavə dəyərin təkrar bölgüsü ilə bağlı müsbət tendensiyalar var. Bu, sosial siyasətdə öz əksini tapmaqdadır. Çünki biz müavinətlərin, təqaüdlərin, əmək haqları və digər sosial ödənişlərin artımının şahidi oluruq. Bunlar olmasaydı, bu gün əhalinin real gəlirləri ikirəqəmli faizlərlə ölçüləcək qədər azalmış olardı. Eyni zamanda, kölgə iqtisadiyyatı ilə mübarizə də müsbət effekt verir”.

Ekspertin sözlərinə görə, bu gün iqtisadi idarəetmə ilə bağlı zəruri məsələ əlavə dəyərin daha effektiv və artan xətt üzrə formalaşması məsələsidir:

“Bunun üçün də öncə investisiyaların həcmi artırılmalıdır. Təəssüf ki, bu gün ölkə iqtisadiyyatına qoyulan kapital qoyuluşlarının həcmi çox aşağıdır. Bunu da etiraf etmək lazımdır. İnvestisiyaların ÜDM-ə nisbətini xeyli dərəcədə artırmaq lazımdır. Bu nisbəti heç olmasa, 25-30 faizə qədər çatdırmaq gərəklidir. Bu, çox ciddi çağırışlardır. Eyni zamanda, kapital qoyuluşunun effektivliyini artırmağa ehtiyac var. Dövlət başçısı tərəfindən dövlətin sistem formalaşdıran şirkətlərinin idarəedilməsi ilə bağlı qəbul edilən qərarlar əsasən buna istiqamətlənib. Çünki dövlət qurumlarının idarə edilməsində, dövlət investisiya siyasətində uzun illər ciddi problemlər var idi. Və bu problemlər mütləq şəkildə qısamüddətli dönəmdə aradan qaldırılmalıdır”.

E.Məmmədovun sözlərinə görə, investisiyaların artımı və səmərəliliyinin təmin edilməsi, pul-kredit siyasətinin yumşaldılması, iqtisadi inkişafa istiqamətləndirilməsi və eyni zamanda xarici iqtisadi siyasətdə bazarların genişlənməsi, inteqrasiya meyllərinin artması və sair istiqamətlərdə işlər görülməlidir ki, iqtisadiyyatdakı problemlər aradan qaldırılsın və əhalinin gəlirlərinin artırılması təmin olunsun”.

Son xəbərlər

Bu ölkələr “Avroviziya”ya ev sahibliyi edə bilməyəcək - Yeni qaydalar

Mabel Matiz yenə mahnısına görə məhkəməlik oldu

“600-dən çox bal toplayanların bəziləri tibbə qəbul olmayacaq”

Ankarada mikroavtobus ilə yük maşını toqquşub, ölən və yaralananlar var

Bərdədə zəncirvari qəza olub, dörd nəfər xəsarət alıb

Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb

BİR ÖMRÜN VƏFA NƏĞMƏSİ

Zərərli orqanizmlərə görə toxumluq əkinlər üçün kompensasiya ödənilməsi qaydası hazırlanacaq

Rotterdam limanında partlayış olub, ölən var

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Sabahdan 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır

"Avroviziya 2027" müsabiqəsi Bolqarıstanın Burqas şəhərində keçiriləcək

Məleykə Abbaszadə şanslı qrupu açıqladı

“Yeni ulduz” ekranlara qayıdır

Nəzakət Teymurova ilə Ceyran Rəhimova Yunanıstanda - Fotolar

Dövlət Məşğulluq Agentliyi auditor seçir

14 avqust – dünya şöhrətli xanəndə,Azərbaycan musiqi mədəniyyətinin parlaq siması, Xalq artisti Alim Qasımovun doğum günüdür - FOTO

Qeyri-sabit hava şəraitinə baxmayaraq ölkədə epidemioloji durum nəzarət altındadır - RƏSMİ

Yevlaxda avtoqəzada ölən şəxslərin kimliyi məlum olub, cinayət işi başlanılıb

UEFA Konfrans Liqası: "Qarabağ" Bakıda "Dinamo" ilə cavab matçına çıxacaq

Osmanlı Səltənətinin Dramı: "Böyüdülər, Amma Böyük Olmadılar"

Ağ Evin mətbuat katibi vəzifəsindən gedir

PSJ ardıcıl 2-ci dəfə UEFA Superkubokunun qalibi oldu

"Dicle" bu futbolçu ilə eşq yaşayır - FOTO

Süni intellektlə yaradılan ifaçılar xüsusi nişanla işarələnəcək

İkinci dəfə ata olacaq - Fotolar

AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Fotolar

Qəlbimizə hakimliyi bacarırıqmı?

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31