PA rəsmisi partiya rəhbərləri ilə görüşdü


Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin siyasi partiya rəhbərləri və ictimai fəallar ilə görüşləri davam edir.

APA-nın məlumatına görə, növbəti görüşlər Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Fəttayev, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, ReAL Partiyasının sədri İlqar Məmmədov və Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə ayrı-ayrılıqda videokonfrans formatında təşkil olunub.

Görüşlər zamanı bir çox məsələlərlə yanaşı, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən Müharibəsində qazanılmış böyük qələbə və bu qələbəyə Azərbaycan xalqının verdiyi qiymət, xalq və ordu birliyi, qazilərə dövlət qayğısı və onların reabilitasiyası, Vətən Müharibəsi kontekstində Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətləri, işğaldan azad olunmuş ərazilərdə görüləcək işlər və əhalinin məskunlaşması, Azərbaycana qarşı intensiv şəkildə aparılan informasiya təzyiqləri fonunda milli və siyasi həmrəyliyin qorunmasının əhəmiyyəti və bu işdə siyasi partiyaların rolu müzakirə edilib.

Həmçinin siyasi partiyalar haqqında yeni qanun layihəsi, Prezidentin dövlət quruculuğu məsələləri ilə bağlı təşəbbüsləri, vətəndaş cəmiyyəti institutlarının inkişafı üçün birgə reallaşdırıla biləcək layihələr, Azərbaycanda multikulturalizm ənənələri, ölkəmizdə yaşayan və yaşayacaq ermənilərə münasibət, eləcə də COVID-19 pandemiyası ilə mübarizədə maarifləndirmə işlərinin əhəmiyyəti və bir sıra digər önəmli mövzular ətrafında müzakirələr aparılıb.

Müasir tariximizin ən parlaq səhifələrindən olan Vətən Müharibəsi ətrafında fikir mübadiləsi aparılaraq bildirilib ki, əldə edilən zəfərin əsas səbəbi Azərbaycan xalqının qələbəyə olan inamı idi.

Prezident Administrasiyasının rəsmisi siyasi partiyaların rəhbərləri ilə görüşlərində xalqın ordumuza göstərdiyi dəstəyi xüsusi vurğulayıb.

Milli və siyasi birliyin əhəmiyyətini vurğulayan Ə.Vəliyev bildirib ki, Azərbaycanın hər bir vətəndaşı mövcud həmrəyliyin qorunmasına öz töhfəsini verməlidir. Bu mənada müharibədən sonrakı dövrdə ölkəmizə qarşı mümkün informasiya təzyiqləri ilə mübarizədə qalib gəlmək üçün Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyalar həmrəylik nümayiş etdirərək öz potensialını səfərbər etməlidir.

Ölkənin siyasi fəalları ilə təşkil olunan görüşlər çərçivəsində son bir il ərzində görülmüş işlər haqqında məlumat verən Ə.Vəliyev qeyd edib ki, siyasi partiyalarla əməkdaşlıq fəaliyyətin əsas istiqamətlərindəndir. Məhz bu əməkdaşlığın genişlənməsi və şaxələnməsi nəticəsində siyasi proseslərin iştirakçıları arasında etibarlı münasibətlərin qurulması mümkün olub.

Müzakirələr zamanı İqbal Ağazadə, Mirmahmud Fəttayev, Sərdar Cəlaloğlu, İlqar Məmmədov və Hafiz Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətimizin inkişafı və beynəlxalq nüfuzunun artmasına yönəlmiş siyasətinə daim dəstək göstərəcəklərini və konstruktiv əməkdaşlığa hazır olduqlarını bildiriblər.

Görüşlərdə iştirak edən siyasi partiyaların rəhbərləri “Zəfər Günü”, “Anım Günü”, həmçinin Vətən Müharibəsində Qələbə ilə bağlı müvafiq orden və medalların təsis olunması, habelə Bakı şəhərində Vətən Müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması barədə Prezidentin qərarlarını yüksək qiymətləndirib və bu ali təşəbbüslərin bilavasitə milli birliyə xidmət etdiyini vurğulayıblar.

Görüşə görə təşəkkürlərini bildirən partiya rəhbərləri dövlətçiliyimizin, iqtidar-müxalifət arasında dialoqun və demokratik ənənələrin inkişafına xidmət edən bütün təşəbbüslərə hər zaman dəstək olacaqlarını söyləyiblər.

Son xəbərlər

Sevinc Yunuslu : Səndən sonra hər şeyə hövsələsiz olmuşam - FOTO

Yazılarla təsəlli tapırıq

Həsənxan Əsədov : DOSTUM - FOTO

Kuryerə 200 azn bəxşiş verdi - Gündəm oldu

Tamamilə süni intellektdən istifadə edilən ilk serial yayımlandı

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Təzyiqi ölçmək üçün hansı qol daha yaxşıdır?

BİR İNSAN PORTRETİNƏ DOĞRU - FOTOLAR

Yaylaqlar daralır, sürülər azalır - Ət kəskin bahalaşacaq

Selena Qomez məhkəməyə verildi - 1,2 milyon tələb edirlər

Cəbinə XASİYEVA : 29 yaşın şeiri... - FOTO

Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı - SIRALAMA

Bakıda və rayonlarda bazar günü güclü külək əsəcək - XƏBƏRDARLIQ

Livan İsrailin ölkənin cənubundakı hərbi obyektlərə hücumunu pisləyib

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama yaydı

Özündən 15 yaş kiçik sevgilisi ilə evləndi - Fotolar

Bardənin üç kəndində qaz olmayacaq

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

ABŞ Dövlət Departamenti: Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir

Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Məhərrəmlik başa çatdı - Toylar başladı

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

TRIPP Laçın dəhlizinin analoqudur? - RƏSMİ CAVAB

Bakı Tikiş Evi: Məktəbli formaları bu il də endirimli qiymətlərlə satışa çıxarılıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31