Hafiz Hacıyev: "Şortik geyinmək ən böyük tərbiyəsizlikdir""Şortik geyinənlərin qıçlarına kislata töküb yandırmaq lazımdı".

Bunu HİT.Az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. O, şortik geyinməyin Azərbaycan mentalitetinə uyğun bir hal olmadığını bildirib:

"Biz müsəlmanıq. Müsəlman dövlətlərində də belə hallar çox az hallarda olur. Qaldı ki, şortiklə imtahan verməyə. Bu, böyük əxlaqsızlıqdı. Görünür azərbaycanlı olmadıqlarınımı demək istəyirlər, yoxsa özlərini Avropadakılar kimi hesab edirlər?! Heç Avropada da belə bir şey yoxdur. Görünür kimdisə ailəsində o cür tərbiyə alıb. O ki qaldı deyirlər qadınlar şortikdə imtahan gedə bilər, onu deyənlər də qələt edir, başlarını daşa döyürlər. Qadınlar daha abırlı, ismətli olmalıdırlar. Azərbaycanı bu hala salmaqdan ötəri, milli qururu, milli qeyrəti öldürməkdən ötrü çalışırlar ki ən pis ənənələri ölkəyə gətirsinlər, sırısınlar. Ona görə mən buna yaxşı baxmıram və zamanında da demişəm ki, şortik geyinənlərin qıçlarına kislata töküb yandırmaq lazımdı. Bu insanların da valideynləri gərək düşünsünlər ki, bu dərəcədə əxlaqsızlıq olmaz. Bunlar Azərbaycan əxlaqına nəyi aşılamaq istəyirlər? Nə demək istəyirlər?

Partiya sədri bu tip ənənələrin ölkəyə gətirilməsinə görə Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sədri Ramiz Mehdiyevi ittiham edib:

"Artıq ölkədə rusdilli məktəblərin inkişafı, digər vaxtilə FETÖ-yə aid məktəblərin Ramiz Mehdiyev tərəfindən açılması, təbliğatı, yayılması... Balıq başdan iylənir. Ona görə Ramiz Mehdiyev kimi Azərbaycanın aparıcısı, qurucusu, ideyavericisi olubsa, belə də olmalı idi. Yaxşı ki, bunlar hələ tursikdə gəzmirlər. Bu, tərbiyəsizlikdir. Ona görə də mən həmişə buna qarşı mübarizə aparmışam. Azərbaycan xalqının öz adət ənənələri var, o ənənələrə də hamımız riayət etməli, öz dinimizi, dilimizi qoruyub saxlamalıyıq".

Çingiz Səfərli

Son xəbərlər

Sevinc Yunuslu : Səndən sonra hər şeyə hövsələsiz olmuşam - FOTO

Yazılarla təsəlli tapırıq

Həsənxan Əsədov : DOSTUM - FOTO

Kuryerə 200 azn bəxşiş verdi - Gündəm oldu

Tamamilə süni intellektdən istifadə edilən ilk serial yayımlandı

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Təzyiqi ölçmək üçün hansı qol daha yaxşıdır?

BİR İNSAN PORTRETİNƏ DOĞRU - FOTOLAR

Yaylaqlar daralır, sürülər azalır - Ət kəskin bahalaşacaq

Selena Qomez məhkəməyə verildi - 1,2 milyon tələb edirlər

Cəbinə XASİYEVA : 29 yaşın şeiri... - FOTO

Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı - SIRALAMA

Bakıda və rayonlarda bazar günü güclü külək əsəcək - XƏBƏRDARLIQ

Livan İsrailin ölkənin cənubundakı hərbi obyektlərə hücumunu pisləyib

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama yaydı

Özündən 15 yaş kiçik sevgilisi ilə evləndi - Fotolar

Bardənin üç kəndində qaz olmayacaq

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

ABŞ Dövlət Departamenti: Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir

Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Məhərrəmlik başa çatdı - Toylar başladı

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

TRIPP Laçın dəhlizinin analoqudur? - RƏSMİ CAVAB

Bakı Tikiş Evi: Məktəbli formaları bu il də endirimli qiymətlərlə satışa çıxarılıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31