Qarabağ erməniləri ilə bağlı MARAQLI FAKTLAR

Qarabağda yaşayan ermənilər lap əvvəldən erməni olmamış, sonradan erməniləşdirilmişdir.
“Ölkə.Az” xəbər verir ki, Qarabağın tarixində əsas dəyişikliklər Ərəb xilafətinin (VII əsrin 30-cu illəri – 1258-ci il) işğalları və bunun nəticəsində Albaniya çarlığının ləğvi ilə baş verir.
Ərəb işğallarınadək Qarabağın tarixi ərazisi etnik baxımdan eyni kökdən olduğu halda, bu dövrdə ərəblərin Azərbaycan üçün faciəvi siyasəti nəticəsində dağlıq hissədə ermənilərin dini hegemonluğunun təmin edilməsi etnik sahədə də özünü göstərdi: tarixi Qarabağ bölgəsi əhalisinin qriqorianlaşdırılması və erməniləşdirilməsi baş verdi. (Bu prosesiəhn səbəbləri, gedişi və erməni-ərəb əməkdaşlığının mahiyyəti və b. problemlər, onun tarixi ədəbiyyatda əksi akad. Z.Bünyadov tərəfindən xüsusi tədqiqat obyekti olmuşdur).

Erməni tarixçisi S.T. Yeremyanın yazdığına görə VIII əsrin əvvəlləri üçün “ermənilər alban vilayətləri Arsaxın və Utinin böyük bir hissəsinin əhalisini artıq assimilasiya etmişdilər”. Təbii ki, qriqorianlaşdırmaya nisbətən erməniləşdirmə uzun proses olmalı idi. Ona görə də akademik Z.Bünyadov S.T.Yeremyanın “VII əsrdən (qəti olaraq VIII əsrin əvvəllərindən) Alban kilsəsinə erməni kilsəsinin bir hissəsi kimi baxılırdı və bu zaman Arran vilayətindən Sünik, Arsax, Uti və başqaları erməniləşdirildi” fikrinə etiraz edərək yazır: İki müxtəlif anlayış olan erməniləşdirmə və qriqorianlaşdırma anlayışlarının qarışdırılması diqqəti cəlb edir. Bu yerdə erməni kilsəsinin köməyi ilə Arran əhalisinin yalnız qriqorianlaşdırılmasından danışıla bilər. S.T.Yeremyanın bu barədəki nöqteyi-nəzəri o qədər də doğru deyildir, çünki Arran vilayətində Sünik vilayəti və Arsaxın xeyli hissəsi XII əsrin əvvəllərinə yaxın erməniləşdirilmişdir.

Bu fikir bir daha təsdiq edir ki, Qarabağın bu hissəsində yaşayan ermənilər lap əvvəldən erməni olmamış, sonradan erməniləşdirilmişdir. Populyasiyanın etnogenezi və onun qarşılıqlı əlaqəsi haqqında informasiya verən və müasir elmi nailiyyətlərə əsaslanan odontoloji tədqiqatlar da bu mövqedədir. Təsadüfi deyil ki, Ərəb xilafəti parçalandıqdan sonra Sünik və Arsax-Xaçın knyazlıqları yarandı. Azərbaycan tarixində (yeddi cilddə, II cild) deyildiyi kimi, “XII əsrin sonlarına yaxın Sünik padşahlığı dağıldı, buradakı hakim sülalə 1166-cı ildən knyaz Qriqorun və Smbatın ölümü ilə kəsilmiş oldu.

XII əsrin sonu – XIII əsrin əvvəllərində Arsax ərazisində təşəkkül tapan Xaçın knyazlığı İ.A. Orbelinin (1887- 1961) [SSRİ EA akademiki, Ermənistan EA akademiki və onun ilk prezidenti, Ermitajın direktoru olmuşdur] sözləri ilə “qədim Albaniyanın bir hissəsi” idi. Kirako Qandzaketsinin (XIII əsr) yazdığı kimi, “onların (albanların) rəislərinin əksəriyyəti erməni dilini bilirdi”.

Qafqazşünas V.L.Veliçko da bu fikri təsdiq edərək yazırdı ki, Qarabağın “erməni adlarıdırılan sakinləri 3-4 əsr bundan əvvəl erməniləşdirilmişdir. Bu proseslərin baş verdiyi IX-XIII əsrin əvvəlləri, xüsusilə Atabəylər- Şirvanşahlar dövrü (XII-XIII əsrin əvvəlləri) Azərbaycanın qüdrətinin xeyli artdığı bir vaxt idi. Atabəylər faktiki olaraq Azərbaycanı siyasi cəhətdən birləşdirmişdir.

Xaçın knyazlığı Mehranilərə mənsub olan Həsən Cəlalın dövründə (1215-1261) yüksək inkişaf mərhələsinə çatmışdı. Dövrün narrativ və epiqrafik abidələrində o, “Xaçın ölkələri knyazı”, “Xaçın və Arsax ölkələrinin əzəmətli knyazı”, “Albaniya hökmdarı” və bu kimi titullarla anılır. Onun zamanında Alban memarlığının ən mühüm əsərlərindən olan Gəncəsər (Qanzasar) monastırı tikilir.

“Qarabağ (suallar, faktlar)” (Bakı, 2005) kitabından.

Son xəbərlər

QƏLBLƏRDƏ QALACAQ XATİRƏN, İZİN

"Qalatasaray" 60 milyonluq təklifi rədd etdi

Pezeşkian: Milli Təhlükəsizlik Şurasının bütün üzvləri İslamabad memorandumunu dəstəkləyir

Fransa xüsusi xidmət orqanları xəbərdarlıq edir: Hibrid müharibənin məqsədi döyüşmədən ölkələri təslim etdirməkdir

İstanbul hava limanı sərnişin sayına görə Avropa rekordunu qırıb

Bu ölkələr İrana qarşı müharibəyə qoşulmayacaq

Məşhur türk aktrisası Özge Gürel “44” filminin baş rolunda - Fotolar

Leyla Əliyeva qardaşını bu şəkillərlə təbrik etdi - Fotolar

Əziz nəvələrim – Nərmin xanım və Nicat bəy!

Bir inci saflığı varsa da suda...

Sənubər Səhər : Yazılar mütləqdir

“Roma” Endrik üçün hərəkətə keçdi

TARİXİN ACI TƏKRARI – ŞİRAZDAN ŞUŞAYA UZANAN XƏYANƏT - FOTO

Eldost Bayramın 80 illiyinə

Pedri üçün 90 milyon avro

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 21 nəfər xəsarət alıb

Azərbaycan velosipedçiləri Kahramanmaraş turunda yarışacaqlar

BİR ŞEİRİN TƏHLİLİ (Atlaz Rzayinin "Çox sağ ol" şeirinin ədəbi təhlili)

“Güllü”nün qızına ömürlük həbs tələbi - Anasını balkondan o atıbmış...

Bu ərazilərdə işıq olmayacaq

Kartdan-karta əməliyyatlara limit qoyuldu

Xalq artistinə ağır itki - Foto

Tanınmış aktyor evində ölü tapıldı

Nəriman Həsənzadə Birinci Fəxri xiyabanda dəfn olundu

Kəlbəcərdə dağda köməksiz qalan şəxs xilas edildi

FHN əlilliyi olan şəxslər üçün maarifləndirmə tədbiri keçirdi - Fotolar

Nəriman Həsənzadə ilə vida mərasimi keçirildi - Prezident və xanımı əklil göndərdi+Fotolar

Paşinyan istefa verdi - Yeni hökumət formalaşdırılır

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31