7 idmançımızın medalı əlindən alındı
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən dopinqə düşmüş idmançıların medallarının əlindən alınması ilə bağlı respublika idman federasiyalarına rəsmi məktub göndərilib. “Qafqazinfo” xəbər verir ki, bununla yanaşı, onların əvəzinə həmin nəticəyə avtomatik nail olmuş idmançıların yerləri bərpa edilməli və müvafiq medallar təqdim edilməlidir.

Qadağan edilmiş maddə və ya üsullardan istifadə edən idmançıların antidopinq qayda pozuntusu törətdikləri yarışlarda əldə edilən nəticələri ləğv edilməli və rotasiya qaydasında sıralama yenidən tərtib olunmalıdır.

Qeyd edək ki, 2019-cu ildə 5 idman növü üzrə 5 yarışda (müxtəlif Azərbaycan çempionatı, Azərbaycan birinciliyi və ölkə kuboku) 7 idmançıdan toplanmış test nümunələrinin nəticəsi müsbət çıxmış və onların barəsində sanksiya tətbiq olunması ilə bağlı qərar qüvvəyə minmişdir. Həmin idmançıların nəticələrinin ləğv edilməsi (mükafatçılar sırasında olduqları halda medalların geri alınması daxil olmaqla) barədə müvafiq respublika idman federasiyaları məlumatlandırılıb.

Həmin idman federasiyalarından AMADA-ya bildirilib ki, qaldırılan məsələ ilə bağlı müvafiq tədbirlər görülüb.
Nəticələri ləğv edilən və medalları geri alınan idmançılar siyahısı.

Həsənbəy Həsənzadə (+109 kq) 2019-cu ildə böyüklər arasında ağır atletika üzrə Azərbaycan çempionatı- I yer

Vasif Səfərov (+109 kq) 2019-cu ildə böyüklər arasında ağır atletika üzrə Azərbaycan çempionatı- II yer

Orxan Zeynalov (81 kq) 2019-cu ildə böyüklər arasında ağır atletika üzrə Azərbaycan çempionatı- II yer

Vüqar Şirinov (52 kq) 2019-cu ildə sambo üzrə Azərbaycan kuboku -I yer

Aliyə Müslümova (78 kq)2019-cu ildə keçirilmiş cüdo üzrə U-21 gənclərin Azərbaycan birinciliyi- II yer

Jalə Bayramova 2019-cu ildə keçirilmiş güllə atıcılığı üzrə Azərbaycan çempionatı -I yer

Kamran Orucov (63 kq) 2019-cu ildə keçirilmiş boks üzrə Azərbaycan çempionatı –III yer

Son xəbərlər

Bir il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib

Mədəniyyət Nazirliyinin təqaüd proqramı ilə 17 nəfər xaricdə təhsil imkanı qazanıb

Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb

DİN onlayn alış-verişlə bağlı xəbərdarlıq edib

ƏDV ödəyicilərinin sayı artıb

Tupakın qətlində 30 illik düyün açılır - O gecə nə olmuşdu?

"Sabah" – "Orhus" oyununun bütün biletləri satılıb

Sədaqət, düzlük və etibar — insanın mənəvi pasportu

Təəccübdən təbəssümə…

Səssiz ziyalılıq

Bu gün və sabah geomaqnit qasırğası gözlənilir

Sabah Azərbaycanda yağış yağacaq

Rəsmi Tehran: İran gələn ay Xəzəryanı ölkələrin konfransına ev sahibliyi edəcək

Kamran Əliyev Qubada vətəndaşları qəbul edəcək

Azərbaycan XİN Çadı Milli Günü münasibətilə təbrik edib

Bakının Binə və Nardaran qəsəbələrində qaz olmayacaq

UEFA Çempionlar Liqası: "Sabah" Danimarka təmsilçisi ilə cavab matçına çıxacaq

“Gicgahımda güllənin soyuqluğunu hiss edirdim”

Yaddaşlarda yaşayan insan

Qarpızı hər gün yemək olar? - Həkimdən bu xəstələrə XƏBƏRDARLIQ

Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - YENİLƏNİB

Deniz Seki eyvanda yıxıldı - Ombası sındı

Novruzəli Aslanov: “Laçınlıların 31 ildən sonra yenidən burda yaşamaları bu torpaqların əsil sahiblərinin kim olduğunun bariz sübutudur”

Yubileyiniz mübarək olsun əziz dost

Bir ömrün 65 yaşına yazılan sözlər...

Ukrayna ordusu Rusiyadakı neft-kimya kompleksinə hücum edib

Şahbuzda avtomobil aşıb, sərnişin ölüb

MİQ üzrə müsabiqənin ümumi vakansiya seçiminə başlanılır

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31