Ermənistana bir qərinə bağlı qalan qapılar – İrəvanın sərhəd sınağı - ŞƏRH

İrəvanın vaxtilə yürütdüyü işğalçı siyasət səbəbindən Türkiyə Ermənistanla sərhədi bağlayıb. Bu məsələnin həlli iki ölkə arasında münasibətlərin normallaşması üçün başlıca amillərdən sayılır.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, rəsmi İrəvanın qiymətləndirməsinə görə, Ermənistan və Türkiyə ortaq sərhədin açılmasına hazırdır. Onun sözlərinə əsasən, bu, dövrün tələbidir.

Nazir xatırladıb ki, bu yaxınlarda Türkiyənin Qars şəhərində Ermənistan nümayəndə heyətinin iştirakı ilə biznes-forum keçirilib. O bu tədbiri "çox uğurlu" hadisə olaraq xarakterizə edib: "Türkiyədən Ermənistana cavab biznes-forumunun keçirilməsi təklifi daxil olub. Biz onun tezliklə keçirilməsini planlaşdırırıq. Bu, təxminən oktyabrda keçiriləcək".

Ermənistan Xarici işlər Nazirliyi bu günlərdə onu da bildirib ki, Ermənistan - Türkiyə sərhədindəki "Marqara" buraxılış-nəzarət məntəqəsi istismara hazırdır.

Qeyd edək ki, 2026-cı il iyunun 2-də Qars şəhərində iki ölkə arasında münasibətlərin normallaşması prosesi çərçivəsində Türkiyə və Ermənistan hökumətlərinin dəstəyi ilə iki ölkənin işgüzar dairələrinin nümayəndələrinin görüşü olub. Görüşdə bir sıra sahələrdən, o cümlədən qida məhsulları və içki istehsalı, tikinti, turizm, çiçəkçilik sahələrindən olan erməni və türk sahibkarlar iştirak ediblər. Tərəflər ticarətin və iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

Görüşdə Ermənistan mallarının Axalkalaki (Gürcüstanda ermənilərin kompakt yaşadığı yer) – Qars dəmir yolu xəttinə çıxışı məsələsi də müzakirə olunub.

Türkiyə Ermənistanla sərhədləri niyə bağlamışdı? Qısaca olaraq məsələdən bəhs etməyimiz yerinə düşər. Türkiyə Ermənistanın müstəqillyini tanıyan ilk dövlətlərdəndir. Onun regional qurumlar, beynəlxalq ictimaiyyət və Qərb institutları ilə inteqrasiyası istiqamətində səy göstərmiş, hətta rəsmi Ankara onu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) qurucu üzv olaraq dəvət etmişdi. Ancaq Ermənistanın tutduğu təcavüzkar siyasət və Azərbaycan torpaqlarını işğal etməsi, habelə Türkiyəyə qarşı "erməni soyqırımı" kimi saxta iddialar irəli sürməsi ikitərəfli münasibətlərin inkişafını əngəlləmişdi. 1993-cü ildə Ermənistan Azərbaycanın Kəlbəcər rayonunu işğal etdikdən sonra Türkiyə ilə bu ölkə arasındakı sərhəd bağlanıb.

Sonrakı illərdə Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində bir təşəbbüs göstərib. İki ölkə 2009-cu ildə Sürix Protokollarını imzalasa da, Ermənistan Konstitusiya Məhkəməsinin Protokolları konstitusiyaya zidd bir şəkildə tətbiq oluna bilməyəcəyinə dair 2010-cu ildəki qərarı və Ermənistanın ovaxtkı Prezidenti Serj Sarkisyanın 2015-də ölkəsini həmin protokollardan geri çəkməsi ilə prosesin dayanması ilə nəticələnmişdi.

İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın torpaqlarını işğaldan azad etməsi Türkiyə ilə Ermənistan arasında yeni münasibətlərin yaranmasına, yaxud əlaqələrin bərpasına da yol açdı. Tərəflər normallaşma prosesi üçün ilkin şərtsiz birbaşa dialoqa başlamışlar.

Türkiyədən səfir Sərdar Kılıç və Ermənistandan isə parlamentin ovaxtkı sədr müavini, indiki sədri Ruben Rubinyan Türkiyə-Ermənistan normallaşma prosesinin xüsusi nümayəndələri olaraq təyin ediliblər. Nümayəndə heyətləri bir sıra görüşlər keçirib. Həmin görüşlər nəticəsində iki ölkə arasında birbaşa uçuşlar, hava yolu ilə yükdaşımalar başlayıb. Ermənistan və Türkiyə istifadəçilərinin vebsaytlara girşinə qoyulmuş qadağalar aradan qaldırılıb.

Ölkələr arasında sərhədlərin açılması, diplomatik münasibətlərin qurulması Ermənistanla Azərbaycan arasında dayanıqlı sülh müqaviləsinin imzalanmasından asılıdır. Ankara "bir millət, iki dövlət" anlayışı ilə hərəkət etdiyini dəfələrlə vurğulayıb. Rəsmi İrəvan qarşısında bunun üçün Azərbaycana, elə Türkiyəyə qarşı da ərazi iddialarından, qondarma soyqırımı iddialarından əl çəkməsi, habelə təcavüzkar konstitusiyasını dəyişməsi şərt olaraq irəli sürülüb.

2025-ci avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannamənin imzalanması həm də Ankara-İrəvan münasibətlərinin inkişafına təkan verib.

Zəngəzur dəhlizi ilə bağlı ABŞ-Ermənistan sazişinin imzalanması Türkiyənin bu ölkəyə münasibətinə daha isti baxmasına təsir göstərib.

Ötən gün Qırğız Respublikasının paytaxtı Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı görüşdə liderlər sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında sazişin paraflanmasının əhəmiyyətini vurğulayıblar. Onlar TRIPP-dən bəhs edərək layihənin reallaşması üçün növbəti addımların atılmasını və yolboyu tikiləcək bağlantıların vacibliyini qeyd ediblər.

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması Ankara-İrəvan əlaqələrinin qurulmasına da töhfə verir. Digər tərəfdən, TRIPP layihəsinin uğuru həm də Ermənistanın Türkiyə ilə də münasibətləri normallaşdırmasından asılıdır. Bunun üçün rəsmi İrəvanın Ankaranın və Bakının şərtlərinə əməl etməsi vacibdir.

Bütün bu şərtlərə əməl olunduqdan sonra Türkiyə qapılarını Ermənistana açar, yaxud iki dövlət arasında sərhəd məsələsi həllinin tapar.

Türkiyə ilə Ermənistan arasındakı sərhədi Ermənistan tərəfindən Rusiyanın sərhəd xidməti və Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) sərhəd qoşunları birgə qoruyur.

Əsas məsələlərdən biri Ermənistanla Türkiyə arasındakı dövlət sərhədinin kimlər tərəfindən qorumasıdır. 1992-ci ildə imzalanmış müqaviləyə əsasən, iki ölkə arşında sərhədin mühafizəsini Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti həyata keçirir. 2025-ci il yanvarın 1-dən etibarən Türkiyə və İranla sərhədin mühafizəsinə Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinın sərhəd qoşunları da rəsmən qoşulub.

Türkiyə tərəfdən isə sərhədi bu ölkənin öz hərbi bölmələri və sərhəd hissələri nəzarətdə saxlayır.

Odur ki, iki ölkə arasında diplomatik münasibətlərin bərpası, sərhədlərin açılması kimi məsələnin həlli Ermənistandan asılıdır. O, Azərbaycan və Türkiyə ilə sülh, münasibətlərin normallaşması üçün təklif edilmiş şərtlərə nə qədər tez əməl etsə, proses bir o qədər sürətlə öz həllinin tapar. Hələ ki Ermənistana Azərbaycan vasitəsilə tranzit yolla yükdaşımalar, enerji daşıyıcılarının tədarükü ona etibar və etimad üçün barometr sayıla bilər.

Türkiyə ilə 33 illik bağlı qalan qapıların, sərhədlərin açılması da Ermənistanın bu sınaqlardan çıxmasına bağlıdır.(Report)

Son xəbərlər

Ermənistana bir qərinə bağlı qalan qapılar – İrəvanın sərhəd sınağı - ŞƏRH

Suriyada hərbi sursat daşıyan avtobus partlayıb, ölənlər və yaralılar var

Hərbçilərin müayinə nəticələrinə müdaxilə edəcəyini vəd edən bir nəfər həbs olunub, digəri cərimələnib

Kino Agentliyi 3 illik auditor seçib

Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub

Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edir - YENİLƏNİB

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Nepal-Çin sərhədində daşqınlarda ölənlərin sayı 1000-i ötüb

İlham Əliyev Peter Pelleqrinini təbrik edib

Zəkurə Quliyeva — qələmi Qarabağın yaddaşına çevrilən qadın

"SƏMİMİ SƏTİRLƏR ÇƏLƏNGİ" LAYİHƏSİ BARƏDƏ DÜŞÜNCƏLƏRİM...

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB

İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə çıxışı gözlənilir

Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb

Bir uğurlu layihənin hesabatı...

Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi açıqlanıb

Cənubi Qafqaz - Mərkəzi Asiya ortaq təhlükəsizlik sistemi: Təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı verib

"DSports": "Sabah" müasir futbol məntiqinə meydan oxuyub

Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

Azərbaycan-ŞƏT münasibətləri: Çoxşaxəli əməkdaşlıqdan strateji tərəfdaşlığa - ŞƏRH

İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib

Kamran Əliyev: Azərbaycan və Çin Baş prokurorluqları arasında səmərəli əməkdaşlıq mövcuddur

Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq

Xüsusi icra məmuru olmaq istəyənlər üçün müsahibə mərhələsi başlayır

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930