"Şəhərsalma və Memarlıq İli" çərçivəsində təşkil olunan III Kəlağayı Festivalı Sumqayıt şəhərinin Heydər Əliyev parkında keçirildi.

Festival Sumqayıt Şəhər İcra Hakimiyyəti, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi, Kəlağayı Ev Muzeyi və “İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşdırıldı.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Mirvarid Dilbazi Poeziya Məclisi İB-nin sədri Güllü Eldar Tomarlı çıxış edərək bildirdi ki, artıq ənənəyə çevrilən Kəlağayı Festivalı milli-mənəvi dəyərlərimizin yaşadılması, təbliği və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. O, kəlağayının Azərbaycan qadınının mənəvi dünyasını, zərifliyini və milli kimliyini özündə əks etdirən nadir irs nümunəsi olduğunu vurğuladı.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin humanitar məsələlər üzrə şöbə müdiri Fərman Kazımov çıxışında qeyd etdi ki, kəlağayı Azərbaycan xalqının qədim tarixini, adət-ənənələrini və milli dəyərlərini yaşadan mənəvi sərvətlərimizdən biridir. O bildirdi ki, bu sənət nümunəsinin qorunması və gələcək nəsillərə çatdırılması hər birimizin mənəvi borcudur. Fərman Kazımov həmçinin kəlağayı sənətinin təbliğinin milli-mədəni irsimizin beynəlxalq səviyyədə tanıdılmasında mühüm rol oynadığını vurğuladı.

Festivalda Sumqayıt Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı, “İstedadları Tanıyaq və Tanıdaq” İB-nin sədri Vüsalə Qələndərli, Prezident təqaüdçüsü, Əmək Qəhrəmanı Tərlan Musayeva, şairlər Cığatel İsaqızı, Lalə İsmayıl, Elmira Mahalqızı, Leyla Camal, eləcə də aşıqlar Anar Laçınlı, Rəvanə Lerikli və Avdı Musayev öz şeirləri, musiqi nömrələri və saz havaları ilə çıxış etdilər.
Şəhid anası Maisə Səbuhi çıxışında bildirib ki, belə tədbirlər milli ruhun, vətənpərvərlik hisslərinin və mədəni dəyərlərin yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır. O qeyd edib ki, kəlağayı Azərbaycan qadınının səbrini, ləyaqətini və mənəvi gücünü simvolizə edən müqəddəs bir dəyərdir. Şəhid anası vurğulayıb ki, Vətən uğrunda canından keçmiş övladların xatirəsi hər zaman uca tutulmalı, onların qəhrəmanlığı gənc nəslə nümunə kimi çatdırılmalıdır. Çıxışının sonunda o, festival iştirakçılarını 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edərək, uşaqlara göstərilən diqqət və qayğıya görə təşkilatçılara təşəkkürünü bildirib.
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf edən festivalda uşaqlar xüsusi diqqət mərkəzində oldular. Tədbir çərçivəsində onlara kitablar hədiyyə edildi, mütaliəyə marağın artırılması və milli-mənəvi dəyərlərə bağlı ruhda yetişmələri istiqamətində xoş arzular ifadə olundu.
Festival çərçivəsində kəlağayı sənətini əks etdirən nümunələr nümayiş olundu, qədim el sənətimizin zəngin ənənələrini yaşadan eksponatlar iştirakçıların böyük marağına səbəb oldu.

Mirvarid Dilbazi Poeziya Məclisi İB-nin təşəbbüsü ilə həyata keçirilən və artıq ənənəyə çevrilən Kəlağayı Festivalı Azərbaycan xalqının zəngin mədəni irsinin ayrılmaz hissəsi olan kəlağayı sənətinin qorunmasına, təbliğinə və gələcək nəsillərə ötürülməsinə xidmət edir. Festival bir daha göstərdi ki, milli dəyərlərimizin yaşadılması və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən bu cür layihələr böyük ictimai əhəmiyyət daşıyır.
Turaztv.az

Son xəbərlər

Sibiqa və Bayramov Cənubi Qafqazı, Ukrayna üzrə sülh prosesini müzakirə ediblər

7 yaşlı oğlan qıcolmadan öldü

Bu gün çimərliyə getmək istəyənlərin diqqətinə!

Bu qəsəbənin illərlə bitməyən avtobus dərdi: AYNA hökuməti ittiham etdi

Ali təhsil iş tapmağa kifayət edirmi?

Pensiya alanların nəzərinə

Jurnalistin dənizdə batan qardaşı tələbə imiş - FOTO

Məşhur film adaya 850 milyon qazandıra bilər

Cəmil Zəbhulla Dadasov - 65

Azərbaycanda sabah 39 dərəcə isti olacaq

Süni intellektdən istifadə ona heç nə qazandırmadı...

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində yekun qərar elan olunub

“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə “Bəyaz durnalar” kitabının təqdimatı keçirildi - FOTOLAR

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilir

Ceyhun Bayramov Kiyevdə Ukrayna PUA-larının sərgisi ilə tanış olub

Şənbə günü 1350 namizəd incəsənət məktəb və mərkəzlərinə işə qəbul imtahanı verəcək

Bu şəhər və rayonlarda işıq KƏSİLƏCƏK

UEFA Konfrans Liqası: "Qarabağ" Polşada Kiyev "Dinamo"su ilə qarşılaşacaq

Bakıda yalnız üç istiqamətdə tıxac yaranıb

Tramp administrasiyası idxalçılara 100 milyard dollarlıq gömrük rüsumunu geri qaytarıb

22 milyonluq təklifi rədd etdi, “Real”la bağlı hər şeyi sildi

Azərbaycan Qızıl Aypara Cəmiyyətində görüş

"Fənərbağça" ÇL-də "Şturm"a qalib gəldi

Sulutəpədə avtoservisdə yanğın baş verib

Üç uşaq anası estetik əməliyyatdan sonra ölüb - “Bacımı torpağın altına qoydu...”

Daşdəmir ƏJDƏROĞLU : BİR ÖMRÜN İŞIĞI - FOTOLAR

Makron Ukraynanı terror törətməyə çağırıb

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31