12 noyabr 2025-ci il tarixdə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin və Tovuz Rayon Mərkəzi kitabxanasının birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik ili" çərçivəsində "Kəlağayı Günləri - 2025" layihəsi üzrə Tovuz yazarlarından olan şairə Brilyant Atəşin "Nənəmin kəlağayısı" kitabının təqdimatı keçirilib. Kitabda şairin son illərdə yazdığı esseləri, şəhidlərimizə həsr etdiyi şeirləri, milli dəyərlərimizin tərcümanı olan kəlağayı haqqında şeirləri cəm olub.

Turaztv.az xəbər verir Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Mirvarid Dilbazi Poeziya Məclis İctimai Birliyinin sədri, Kəlağayı ev Muzeyinin direktoru şair, publisist Güllü Eldar Tomarlı çıxış edərək bildirdi ki, Vətənə, ilahi sözə ləyaqətli xidməti olan, el-obasının sevinci, qəmi ilə nəfəs alan Brilyant Atəşin bu kitabında son illərdə yazdığı şeirlər toplanıb. Doğulduğu, boya-başa çatdığı, müəllim kimi şərəfli işlə məşğul olduğu ərazinin söz mühiti onun yaradıcılığını cilaladığını vurğulayıb.
Tovuz rayon mərkəzi kitabxanasının direktoru Güldərən İbrahimova öz çıxışında bildirdi ki, milli dəyərlərimizin təbliğatı mədəniyyətimizin inkişafına yaxşı təsir edir. Bu yöndə tədbirlər keçirilməyi çox vacibdir


Tədbirdə Nazim Əhmədoğlu, Zəkiyyə Musaqızı, Vaqif Qədirzadə, Lətif Əzizoğlu və digər şairlər, şəhid Cilingir Nəbiyevin anası Xatirə xanım Məmmədova da çıxış edərək qeyd etdilər ki, Brilyant xanım milli ruha, milli kökə, milli mənəvi dəyərlərə bağlı, onlara xüsusi önəm verən, yaşadan, mənəvi saflığı insanın ali xisləti kimi təqdim edən Azərbaycan qadınıdır. Bu kitabına “Nənəmin kəlağayısı” adınının verməsi də təsadüfi deyil. Min illərin yadigarı namus, qeyrət, abır-həya rəmzi kəlağayını vəsf edən şeirlərində əsas meyar milli baş örtüyümüzün ötürdüyü mənəviyyat dərsləridir.
Sonda Güllü Eldar Tomarlı qeyd edib ki, milli qadın geyimlərinin bir qolunu təşkil edən
kəlağayımızın geniş təbliğ etməkdə məqsədimiz onun əzəlki şan - şöhrətini özünə qaytarmaq, tarixi, istehsalı, istifadəsi haqqında gənc nəsli maarifləndirmək, beynəlxalq səviyyədə çatdırmaqdır.
Bu layihəyə Kəlağayı Ev Muzeyindən başladıq, Bakı Xətai Sənət Mərkəzində, bu gün də Tovuzda qeyd olunur. Sonra Gəncə, Qazax, Cəlilabad, Bərdə, Sumqayıt və digər bölgələrimizdə qeyd olunacaq.
Kəlağayımız 2014- cü ildə Azərbaycan Respublikasının Birinci Vitse- Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Uneskonun Qeyri Maddi- mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.
Beləliklə, Noyabrın 26 Kəlağayı Günüdü. Bu münasibətlə 26 Noyabrda Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında final konsertimiz- "Kəlağayı Bayramı" nı qeyd edəcəyik.
Güllü Eldar Tomarlı Tovuz rayon mərkəzi kitabxanasının direktoru Güldərən İbrahimovaya və tədbir iştirakçılarına təşəkkürünü bildirib.











Son xəbərlər

Ceyhun Bayramov: Rusiya və Ukrayna arasındakı hərbi əməliyyatlar ən qısa zamanda dayandırılmalıdır

Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH

Ceyhun Bayramov: Azərbaycan zərurət olsa Ukraynaya qaz tədarük etməyə hazırdır

Sibiqa və Bayramov Cənubi Qafqazı, Ukrayna üzrə sülh prosesini müzakirə ediblər

7 yaşlı oğlan qıcolmadan öldü

Bu gün çimərliyə getmək istəyənlərin diqqətinə!

Bu qəsəbənin illərlə bitməyən avtobus dərdi: AYNA hökuməti ittiham etdi

Ali təhsil iş tapmağa kifayət edirmi?

Pensiya alanların nəzərinə

Jurnalistin dənizdə batan qardaşı tələbə imiş - FOTO

Məşhur film adaya 850 milyon qazandıra bilər

Cəmil Zəbhulla Dadasov - 65

Azərbaycanda sabah 39 dərəcə isti olacaq

Süni intellektdən istifadə ona heç nə qazandırmadı...

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində yekun qərar elan olunub

“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə “Bəyaz durnalar” kitabının təqdimatı keçirildi - FOTOLAR

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilir

Ceyhun Bayramov Kiyevdə Ukrayna PUA-larının sərgisi ilə tanış olub

Şənbə günü 1350 namizəd incəsənət məktəb və mərkəzlərinə işə qəbul imtahanı verəcək

Bu şəhər və rayonlarda işıq KƏSİLƏCƏK

UEFA Konfrans Liqası: "Qarabağ" Polşada Kiyev "Dinamo"su ilə qarşılaşacaq

Bakıda yalnız üç istiqamətdə tıxac yaranıb

Tramp administrasiyası idxalçılara 100 milyard dollarlıq gömrük rüsumunu geri qaytarıb

22 milyonluq təklifi rədd etdi, “Real”la bağlı hər şeyi sildi

Azərbaycan Qızıl Aypara Cəmiyyətində görüş

"Fənərbağça" ÇL-də "Şturm"a qalib gəldi

Sulutəpədə avtoservisdə yanğın baş verib

Üç uşaq anası estetik əməliyyatdan sonra ölüb - “Bacımı torpağın altına qoydu...”

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31