
Xəbərlər
3.10.2025, 16:57
Tokayev gələn həftə Azərbaycana səfər edəcək - RƏSMİ

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə oktyabrın 6-7-də ölkəmizə rəsmi səfər edəcək.
Bu barədə məlumatı Qazaxıstan Prezidentinin Mətbuat Xidməti yayıb.
Səfər çərçivəsində dövlət başçısının bir sıra ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur.
Qeyd edək ki, 6-7 oktyabr tarixlərində Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) liderlər sammiti keçiriləcək.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay





