
Xəbərlər
26.09.2025, 23:06
ƏLİ VAHİD ÇAYLI : Əməllər ələnir, insalar çaşır - FOTOLAR
Bilirsənmi səndən niyə küsmüşəm.?
Sənin sədaqətin, əhdin yoxdu, yox.!
Bilirsənmi səndən niyə bezmişəm.?
Sənin məhəbbətin, bəndin yoxdu, yox.
Diqqətlə baxıram üzünə sənin,
Çay olub axıram düzünə sənin.
Alışıb yanıram közünə sənin,
Məni söndürməyə fəndin yoxdu, yox.
Günahkar saymırsan özün özünü,
Deyə də bilmirsən sözün düzünü.
Hicablayirsan o dəyqə üzünü,
Sanki el içində dərdin yoxdu, yox.!
Allahın əmriylə təbiət çoşur,
Dağları titrədir, qayalar aşır--
Əməllər ələnir, insalar çaşır,
Daha and içməyə andın yoxdu, yox.
Çaylıyam, can deyənlərim çox olub,
Yerli-yersiz öyənlərim çox olub.
Düz haqqımı yeyənlərim çox olub,
Şəkərli diabet qəndin yoxdu, yox.!
Sənin sədaqətin, əhdin yoxdu, yox.!
Bilirsənmi səndən niyə bezmişəm.?
Sənin məhəbbətin, bəndin yoxdu, yox.
Diqqətlə baxıram üzünə sənin,
Çay olub axıram düzünə sənin.
Alışıb yanıram közünə sənin,
Məni söndürməyə fəndin yoxdu, yox.
Günahkar saymırsan özün özünü,
Deyə də bilmirsən sözün düzünü.
Hicablayirsan o dəyqə üzünü,
Sanki el içində dərdin yoxdu, yox.!
Allahın əmriylə təbiət çoşur,
Dağları titrədir, qayalar aşır--
Əməllər ələnir, insalar çaşır,
Daha and içməyə andın yoxdu, yox.
Çaylıyam, can deyənlərim çox olub,
Yerli-yersiz öyənlərim çox olub.
Düz haqqımı yeyənlərim çox olub,
Şəkərli diabet qəndin yoxdu, yox.!
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay
















