
Xəbərlər
17.09.2025, 14:27
Arif Musa : Qəmli haray - FOTO
Sən niyə inciyib nalə çəkirsən,
Susub, dinməyənin ağrısı yoxdu?
Qəmli xəyalımın dolaylarında
Fikir çələngimin doğrusu yoxdu?
Həsrətin gözümün nəmli harayı,
Susdurub dilimi, lal edib indi.
Ümidim, istəyim xəzana dönüb,
Qəlbimin kədərin bol edib indi.
Bilirəm, geriyə dönən deyilsən,
Bu könül dünyamı apar özünlə.
Ömür çırağımın işığı söndü,
Tapmaram, getsəm də sənin izinlə...
Susub, dinməyənin ağrısı yoxdu?
Qəmli xəyalımın dolaylarında
Fikir çələngimin doğrusu yoxdu?
Həsrətin gözümün nəmli harayı,
Susdurub dilimi, lal edib indi.
Ümidim, istəyim xəzana dönüb,
Qəlbimin kədərin bol edib indi.
Bilirəm, geriyə dönən deyilsən,
Bu könül dünyamı apar özünlə.
Ömür çırağımın işığı söndü,
Tapmaram, getsəm də sənin izinlə...
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














