AZƏRTAC Əməkdar jurnalist, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Firuzə Nadirin otuz iki ildən sonra Bakıdan Ağdama ilk sərnişin qatarının yola düşməsi ilə bağlı təəssüratlarını təqdim edir:

...Səhər tezdən evdən çıxıram. Küçələr bomboşdur. Bakı hələ yuxuludur. Dəmiryol Vağzalına tələsirəm. Ağdama gedəcəm – qatarla. 32 ildən sonra Bakı-Ağdam-Bakı qatarı ilk dəfə yurduna qayıdır. Uşaq kimi sevinirəm. Sonuncu dəfə qatarla Ağdama nə vaxt getdiyimi xatırlaya bilmirəm. İşğaldan əvvəl olub...

Bu da vağzal, bu da Bakı-Ağdam-Bakı qatarı. Qələbəlikdir. Tanış simalar, gülər üzlər. Hamı qucaqlaşıb görüşür, bir-birini təbrik edir...

Saat 7-10-da qatar yerindən tərpənir. Bu tərpəniş çox şeyi yada salır. Biz bu qatarın da yolunu çox gözləmişik. Bu ilk reysin sərnişinləri bu qatara biletlə deyil, illərlə ürəklərində əzizlədikləri xatirələrlə miniblər. Bu qatar indi, sadəcə dəmir relslər üzərində şütüyən bir nəqliyyat vasitəsi deyil, qarabağlıların, ağdamlıların ürək döyüntüsüdür. Bu, səbrin, ümidini itirməyən insanların, bir millətin haqq savaşının qələbəsidir. İndi o təkcə insanları yox, ümidi, həyatı, gələcəyi də qaytarır özü ilə. Bu, qayıdış qatarıdır! Bu, dirçəliş qatarıdır! Bu, tarixə yazılan qürur səhifəsidir, Vətənə dönüşün simvolu, haqqın zəfər çalmasıdır...

Dəmir yolların da sükutu pozulur, vaqonların da səssizliyi yoxa çıxır. Hamı danışır, deyib-gülür, yarımçıq xatirələr dilə gəlir...

...İşğal dövründə “Azmış qatarlar” adlı bir məqalə yazmışdım, qəzetdə çıxmışdı. Azərbaycan Radiosunun “Hekayə axşamı”nda da diktor, Əməkdar artist Sevil Hüseynli səsləndirmişdi onu...

“Bir vaxtlar qatarlar gedərdi Ağdama. Gedərdi və bizi də aparardı. İndi getmir, heç bizi də aparmır. Mən o qatarların birində üz tutmuşdum Bakıya. Həmişəlik gəlməmişdim. Təhsil alıb geri dönəcəkdim. Oxudum və geri qayıtmadım. O vaxt şəhərdə qalmaq da asan deyildi. Bundan ötrü dodağı yeddi yerdən çatlayanlar vardı. Məni təyinatla saxladılar. Qəribədir, nə qədər Ağdama can atsam da, bu təyinatla razılaşdım. Görünür, qismətmiş. Özüm Bakıda, ürəyim Ağdamda qaldı...

Bir vaxtlar qatarlar gedərdi Ağdama. Tez-tez bu qatarlardaca doğmalarımın görüşünə tələsərdim. Sübh tezdən qatar Ağdama çatar-çatmaz, ürəyim atlanardı. Yol yorğunluğu da vecimə gəlməzdi. Aşağıda böyük səadət gözləyərdi məni. Qatardan düşən kimi bəxtəvərcəsinə atamla qardaşımın yanına qaçardım. Əvvəlcə hansının boynuna sarılacağımın fərqinə varmadan elə ikisini də birdən qucaqlayardım. İndi heç biri yoxdu. Müharibə apardı onları...

Bir vaxtlar qatarlar gedərdi Ağdama. İndi nə qatarlar gedir, nə də biz. Hər şey xəyalmış sanki. Uçub gedib uzaqlara. Deyəsən, qatarlar da yollarını azıblar, küsüblər bizdən, perik düşüblər Ağdamdan. Üz tutublar özgə ünvanlara, nə bilim hara, hara... Nə olar, qaytarın geri o yolunu azmış, küsmüş qatarları, üzünü çevirin Qarabağa, səmtini yönəldin Ağdama, qoy qayıtsınlar, bizi də qaytarsınlar Ağdama...”

...Saat 12-də qatar Ağdama yetişir. O dayananda torpaq da dərindən nəfəs alır, təkərlərin altındakı həsrət bitir...

...Yolunu azmış, küsmüş qatarlar geri döndü. Gedənlər qayıtdı. Mən də o qayıdan xoşbəxtlərdənəm. Aşağıda yenə səadət gözləyir məni – bu dəfə azad, dirçələn, yenidən qurulan Ağdamla görüş. Bəxtəvərcəsinə qatardan düşüb Ağdamı bağrıma basıram...

Bu sevinci yaşadanlara eşq olsun!..

Son xəbərlər

Prezident İlham Əliyevin Özbəkistan səfəri - Bakı ilə Daşkənd arasında yeni əməkdaşlıq mərhələsi

"Bu, Azərbaycanın diplomatik təcrübəsində bir ilkdir" - Hikmət Hacıyev

Prezident vəzifəsinə yenidən seçilmək hüququm var - Tokayev

Prezidentlə xanımı Ümummilli Liderin memorial kompleksini ziyarət etdilər

"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO

Məşhur serialda rol alacaq

“Özbəkistana dövlət səfərindən gözəl xatirə” - Foto

Çindən avtomobillərlə bağlı görünməmiş geri çağırış - 3 milyon maşında qüsur var

Bir günə Ukraynaya 11 859 kamikadze-dron atdılar

Universitetlər xarici dil müəllimliyində yerləri AZALDIR: Nə baş verir?

Prezident xanımı ilə Özbəkistandadır

BIR SƏSİN UŞAQLIĞI (OÇERK) - FOTOLAR

RƏNGLƏRİN VƏ MÖCÜZƏLƏRİN NAĞIL DÜNYASI

Bu qidalar prostat xərçəngi riskini 29 faiz artırır

Altun Süleymanov: Fidan Hacıyevanın gənclərə verdiyi dəstək böyük əhəmiyyət daşıyır

“Azərbaycan-Özbəkistan əlaqələri strateji xarakter daşıyır” - Kamaləddin Qafarov

Qərbi Abşeron yatağında platformada qaldırıcı qurğu aşıb, ölən var

Bu gün Qobustan rayonunun Bədəlli kəndindən olan şəhid Orxan Müstəcəbovun anası Şəhla Ananın doğum günüdür - FOTO

Gəlinlik seçməyə getmişdi, maşının altında qalıb öldü - Toyu günü dəfn olundu

Onların pensiyaları yenidən hesablanaraq artırıla bilər

Yaponiyanın mərkəzində zəlzələ oldu

Əsir düşmüş azərbaycanlı şok faktları açıqladı

Bu gün Azərbaycanda xüsusi dövlət mühafizəçilərinin günüdür

Arzum budur - ucaldıqca, ucal sən

SEVİNC YUNUSLU : Ölsəm bir məktub yazacam - FOTO

YARADICILIĞI İLƏ AZƏRBAYCANA YEDDİ BEYNƏLXALQ SERTİFİKAT QAZANDIRMIŞ NİCAT ƏRTÜRK

XURAMAN İSMAYIL QIZI MURADOVA — İNSANA XİDMƏTƏ HƏSR OLUNMUŞ ÖMÜR

Müəllif: Gülnarə Məhəmmədqızı : ÖZÜMƏ TƏRƏF - FOTO

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31