May ayının 21-də Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Müşahidəçi statusunda olan dövlətin sammit keçirməsi asan olmadığı qədər də maraqlı hadisədir. Bu proses məhz Azərbaycan Prezidentinin strateji gedişi ilə Şuşada başladılıb. İkinci qeyri-rəsmi zirvə görüşünün müşahidəçi statusu olan dövlətdə keçirilməsi ilə təşkilatın fəaliyyətində yeni dövr başlandı və təşkilatın digər müşahidəçi üzvləri üçün də “qapılar açıldı”.

Bu fikirləri Milli Məclisin deputatı Tamam Cəfərova AZƏRTAC-a açıqlamasında söyləyib.

Deputat bildirib ki, Türk dünyası ölkələrinin güclənməsi, nüfuzunun artması türk dövlətlərinin bir təşkilat altında birləşməsi və qarşılıqlı əlaqələrini daha da möhkəmləndirməsi dünyada gedən mürəkkəb proseslərin fonunda tarixi əhəmiyyətə malikdir. Azərbaycanın xarici siyasətində türkdilli dövlətlərlə əməkdaşlığa xüsusi əhəmiyyət verildiyini vurğulayan T.Cəfərova deyib: “Tədbirin Budapeştə baş tutması Macarıstanın Türk dünyasına münasibətinin əyani göstəricisidir. Macarıstanın bu proseslərdə fəal iştirak etməsi türk kimliyinə və ortaq tarixə verdiyi əhəmiyyəti göstərir. Azərbaycan isə bu birliyin təşəbbüskar və aparıcı gücüdür. Azərbaycan ilə Macarıstan arasında əlaqələrin inkişafı məmnunluq doğurur.

Hər iki ölkə rəhbərinin qarşılıqlı səfərlərinin intensiv olduğunu qeyd edən deputat Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Macarıstanın nüfuzunun artdığını bildirib: “Görüşdə 71 bənddən ibarət Bəyannamə imzalanarkən dövlət başçıları bir daha Naxçıvan Sazişinin prinsiplərinə sadiqliklərini ifadə ediblər. Bununla, Türk Dövlətləri Təşkilatının əsasını qoyan Naxçıvan Sazişinin tarixi əhəmiyyəti bir daha vurğulanıb. Bəyannamədə Türk dövlətləri arasında əlaqələrin inkişafı baxımından bütün istiqamətlər nəzərə alınmaqla yanaşı, TDT-nin beynəlxalq münasibətlər sistemində yerinin və rolunun daha da gücləndirilməsi baxımından bir çox vacib nüanslar öz əksini tapıb.

Həmçinin Bəyannamədə qeyd olunub ki, “tərəflər Türk dövlətləri arasındakı böyük potensialdan və imkanlardan istifadə edərək, bütün sahələrdə həmrəyliyi, əməkdaşlığı və koordinasiyanı daha da gücləndirmək əzmində olduqlarını bildirir, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi qismində təşkilatın işinə dəyərli töhfələrini alqışlayırlar. Eyni zamanda, Kipr məsələsinin danışıqlar yolu ilə, qarşılıqlı məqbul və həyat qabiliyyətli həllinə nail olunmasının zəruriliyi qeyd edilir. Üzv dövlətlərin birliyini və həmrəyliyini pozmağa yönəlmiş hər hansı hərəkət və təhdidlərin qarşısının alınmasının vacibliyi diqqətə çatdırılır. Bu vurğulanan məqamlar Türk dövlətlərinin birliyinin daha da möhkəmlənməsi və xarici təhdidlərə qarşı həmrəyliyin nümayiş olunması baxımından mühüm əhəmiyyət kəsb edir”, - deyə T.Cəfərova qeyd edib.

Deputatın fikrincə, Türk xalqlarının birliyi naminə sərf edilən əməyin məntiqi nəticəsidir ki, türkdilli dövlətlər arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu müşahidə edirik. Lakin əldə edilən nailiyyətlərlə yanaşı, strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində atılacaq bir çox addım var.

“Əminliklə deyə bilərik ki, əldə edilən nailiyyətlər gələcəkdə bu və digər hədəflərə çatmaqda baza rolunu oynayacaq”, - deyə Tamam Cəfərova vurğulayıb.

Son xəbərlər

Bakının Binə və Nardaran qəsəbələrində qaz olmayacaq

UEFA Çempionlar Liqası: "Sabah" Danimarka təmsilçisi ilə cavab matçına çıxacaq

“Gicgahımda güllənin soyuqluğunu hiss edirdim”

Yaddaşlarda yaşayan insan

Qarpızı hər gün yemək olar? - Həkimdən bu xəstələrə XƏBƏRDARLIQ

Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - YENİLƏNİB

Deniz Seki eyvanda yıxıldı - Ombası sındı

Novruzəli Aslanov: “Laçınlıların 31 ildən sonra yenidən burda yaşamaları bu torpaqların əsil sahiblərinin kim olduğunun bariz sübutudur”

Yubileyiniz mübarək olsun əziz dost

Bir ömrün 65 yaşına yazılan sözlər...

Ukrayna ordusu Rusiyadakı neft-kimya kompleksinə hücum edib

Şahbuzda avtomobil aşıb, sərnişin ölüb

MİQ üzrə müsabiqənin ümumi vakansiya seçiminə başlanılır

Bolqarıstan XİN başçısı Ukrayna səfiri ilə PUA insidentini müzakirə edib

"Şahdəniz Kompressiya" layihəsi üçün avtomatlaşdırma üzrə müqavilə imzalanıb

Adil Kərimli Laçında vətəndaş qəbulu keçirəcək

Azərbaycan nefti cüzi bahalaşıb

Nazirlik Elnarə Canlı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi

Sabah yağış yağacaq, güclü külək əsəcək

Vətəndaşlara 122 milyon manatdan çox ƏDV geri qaytarılıb

Azərbaycan XİN Ekvadoru Milli Günü münasibətilə təbrik edib

Qızıl almaq istəyənlərin nəzərinə

Rusiya qoşunları Xarkovu atəşə tutub: 5 nəfər ölüb

Rayonlarda yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə Məsud Pezeşkiana təşəkkür edib

Balakəndə ağır qəza - 3 nəfər faciəvi şəkildə öldü

Şair Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olunacaq

Sabirabadda 59 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31