Türk dünyasının birliyi möhkəmlənir - RƏY
Türk dünyasının birliyinin yüksək zirvəyə çatdığı tarixi məqamları yaşayırıq. Bu gün böyük əminliklə bildiririk ki, Naxçıvandan başlayan missiya uğurla davam edir. Bu mühüm məqam Azərbaycanın Türk dünyasının birliyinə töhfələrinin aydın mənzərəsini yaradır. Belə ki, 2009-cu ilin oktyabrında türkdilli ölkələrin dövlət başçılarının Naxçıvan Zirvə görüşündə saziş imzalandı və türkdilli dövlətlər arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Təşkilatın Naxçıvandan başlanan inkişaf yolu bu gün qlobal siyasətdə mühüm amilə çevrilir. Həmin Sazişə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradıldı. O zaman sənədi dörd ölkənin - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin prezidentləri imzalamışdılar. İllər keçdikcə, xüsusilə Azərbaycanın və Türkiyənin liderliyi sayəsində quruma üzv ölkələr arasında əlaqələr daha da genişləndi. 2021-ci ilin noyabrında İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü mühüm məqamları ilə diqqətdə oldu. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının Türk Dövlətləri Təşkilatına dəyişdirilməsi haqqında, Türkmənistana təşkilatda müşahidəçi statusunun verilməsi haqqında, Azərbaycan Prezidentinin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında, “Türk dünyasına baxış - 2040” sənədinin qəbulu ilə bağlı Qərar qəbul edildi. Azərbaycan Şuraya sədrlik etdiyi 2019-2021-ci illərdə təşkilatın fəaliyyətinin gücləndirilməsinə, türkdilli ölkələr və xalqlar arasında dostluğun, qardaşlığın daha da möhkəmləndirilməsinə səy göstərdi. Bu müddətdə türkdilli dövlətlərin birliyinin daha da dərinləşdirilməsinə xidmət edən konfranslar, Zirvə görüşləri keçirildi, mühüm qərarlar qəbul edildi. Ölkəmizin quruma sədrliyi dövrü dünyanı bürüyən koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi, həmçinin 44 günlük İkinci Qarabağ müharibəsinin yaşandığı dövrə təsadüf etdi. Azərbaycanın, Prezident İlham Əliyevin təşəbbüsü ilə COVID-19 pandemiyası ilə bağlı Türk Şurasının Zirvə görüşünün keçirilməsi qlobal problemin həllində səylərimizin daha da birləşdirilməsinə böyük töhfə oldu. 44 günlük İkinci Qarabağ müharibəsi Türk dünyasının birliyini daha da möhkəmləndirdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyev təşkilatın gələcəyinə böyük inamını ifadə edib. Tariximiz, mədəniyyətimiz, ənənələrimiz, adət-ənənələrimiz bu birliyi diktə edir. Türk dünyasını böyük bir ailə kimi dəyərləndirən dövlətimizin başçısı belə bir çağırışı səsləndirib ki, bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.

M.Həsənov noyabrın 3-də Astanada keçirilən Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşünün türkdilli dövlətlər arasında əlaqələrin inkişafında əhəmiyyətli rolundan danışaraq deyib: “Dövlətimizin başçısı quruma üzv və müşahidəçi dövlətlər arasında əlaqələrin inkişafında mühüm rol oynayan qarşılıqlı səfərlərə diqqəti yönəldərək bu statistik rəqəmi açıqladı ki, son iki ildə bu ölkələrə 20 səfər edib. Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər. Təbii ki, hər bir səfər münasibətlərdə yeni səhifənin başlanğıcı kimi dəyərləndirilir. Günün aktual məsələləri ətrafında aparılan müzakirələr fonunda ümumi mövqenin ortaya qoyulması, müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması əməkdaşlığın möhkəmləndirilməsində öz sözünü deyir”.

Deputat yubiley Zirvə görüşünün mövzusunun özündə bütün məqamları, gələcəyimizlə bağlı çağırışları ehtiva etdiyini diqqətə çatdıraraq vurğulayıb: “Prezident İlham Əliyev tədbirdəki çıxışında bu məqamı təəssüf hissi ilə vurğuladı ki, bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur. Müharibələr, qanlı münaqişələr alovlanır. Belə vəziyyətdə, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Bunun üçün üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır”.

M.Həsənov bildirib ki, hər bir Zirvə Görüşü dünənə baxış əsasında qarşıdakı dövrün prioritetlərinin müəyyənləşdirilməsində əhəmiyyətli rolu ilə tarixə yazılır. Keçilən yol Türk Dövlətləri Təşkilatının gələcəyi ilə bağlı böyük əminliyin ifadə edilməsinə əsas verir. Qurum təkcə üzv dövlətlərdə deyil, dünyada yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsinə yönələn siyasət həyata keçirir. Prezident İlham Əliyev ötən il Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə belə bir çağırışı səsləndirmişdi ki, TDT-nin üzv ölkələri kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatıb.

Deputat bu ümumiləşdirməni aparıb ki, dünyada cərəyan edən proseslərin fonunda Türk dövlətlərinin birliyinin möhkəmləndirilməsinə zərurət özünü qabarıq şəkildə büruzə verir. Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu daha da artacaq, böyük bir ailə olan türk dünyasının birliyini möhkəmləndirəcək.

Son xəbərlər

Bakının Binə və Nardaran qəsəbələrində qaz olmayacaq

UEFA Çempionlar Liqası: "Sabah" Danimarka təmsilçisi ilə cavab matçına çıxacaq

“Gicgahımda güllənin soyuqluğunu hiss edirdim”

Yaddaşlarda yaşayan insan

Qarpızı hər gün yemək olar? - Həkimdən bu xəstələrə XƏBƏRDARLIQ

Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - YENİLƏNİB

Deniz Seki eyvanda yıxıldı - Ombası sındı

Novruzəli Aslanov: “Laçınlıların 31 ildən sonra yenidən burda yaşamaları bu torpaqların əsil sahiblərinin kim olduğunun bariz sübutudur”

Yubileyiniz mübarək olsun əziz dost

Bir ömrün 65 yaşına yazılan sözlər...

Ukrayna ordusu Rusiyadakı neft-kimya kompleksinə hücum edib

Şahbuzda avtomobil aşıb, sərnişin ölüb

MİQ üzrə müsabiqənin ümumi vakansiya seçiminə başlanılır

Bolqarıstan XİN başçısı Ukrayna səfiri ilə PUA insidentini müzakirə edib

"Şahdəniz Kompressiya" layihəsi üçün avtomatlaşdırma üzrə müqavilə imzalanıb

Adil Kərimli Laçında vətəndaş qəbulu keçirəcək

Azərbaycan nefti cüzi bahalaşıb

Nazirlik Elnarə Canlı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi

Sabah yağış yağacaq, güclü külək əsəcək

Vətəndaşlara 122 milyon manatdan çox ƏDV geri qaytarılıb

Azərbaycan XİN Ekvadoru Milli Günü münasibətilə təbrik edib

Qızıl almaq istəyənlərin nəzərinə

Rusiya qoşunları Xarkovu atəşə tutub: 5 nəfər ölüb

Rayonlarda yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə Məsud Pezeşkiana təşəkkür edib

Balakəndə ağır qəza - 3 nəfər faciəvi şəkildə öldü

Şair Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olunacaq

Sabirabadda 59 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31