Azərbaycanda müflis elan olunan fiziki və hüquqi şəxslərə yeni tələb qoyulur

Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (fərdi sahibkarlar) müflis elan olunduğu məqamdan və iflas prosesinə xitam verildiyi tarixdən 15 gün müddətində bu barədə vergi orqanına məlumat verməli olacaqlar.

Bununla bağlı Vergi Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik olunması təklif edilir.

Sənəd Milli Məcisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünki iclasında müzakirəyə çıxarılıb.

İclasda bildirilib ki, qanun layihəsi Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin “Biznesin müflisləşməsi” indikatoru üzrə müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyaların həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”ndə iflas proseduru başlanılmış şirkətlər və fərdi sahibkarlar barədə məlumatların müvafiq olaraq hüquqi şəxslərin dövlət reyestrində və vergi ödəyicilərinin uçotu reyestrində uçotunun aparılması məqsədilə hazırlanıb. Sənəddə həmçinin hüquqi şəxsin iflas prosesində olması faktının dövlət qeydiyyatının aparılması, bununla bağlı qeydiyyat orqanına 15 gündən gec olmayaraq ərizə ilə müraciət edilməsi nəzərdə tutulur. Bankların müflisləşmə və iflas prosesində olması dövlət qeydiyyatına alınarkən “Banklar haqqında” qanunun tələbləri nəzərə alınır.

Qeyd olunub ki, qanun layihəsinin qəbul edilməsi nəticəsində barəsində iflas proseduru başlanılmış hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barədə məlumatların vergi ödəyicilərinin uçotu reyestrində uçotunun aparılması, hüquqi şəxslər barədə məlumatların isə hüquqi şəxslərin dövlət reyestrində qeydə alınması ilə bağlı məsələlər tənzimlənəcək, eləcə də iflas proseduruna məruz qalmış subyektlərin və digər şəxslərin hüquqlarının qorunması istiqamətində müsbət nəticələr əldə olunacaqdır.

İflas prosesində olma barədə vergi orqanına məlumatın verilməsi (hüquqi şəxslərə münasibətdə bu barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınması) iflas prosesində olan hüquqi və fiziki şəxsin fəaliyyətində şəffaflığın gücləndirilməsinə, risklərin düzgün idarə edilməsinə, eləcə də iflas prosesində olan şəxsin borclularının və kreditorlarının əmlak maraqlarının daha etibarlı qorunmasına xidmət edəcəkdir.

Bundan başqa, bildirilib ki, Vergi Məcəlləsinə əsasən vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, eləcə də onun vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan digər məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, vergi ödəyicisi bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində vergi orqanına məlumat verməlidir. Eyni zamanda “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna görə, hüquqi şəxslər təsis sənədlərinə edilən hər bir dəyişiklik barədə həmin dəyişikliyin baş verdiyi andan 40 gün müddətində qeydiyyat orqanına ərizə ilə müraciət etməlidirlər. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınır.

Təklif olunan dəyişikliyə əsasən hər iki halda müddətlər azaldılaraq 15 gün müəyyən olunur. Müddətlərin optimallaşdırılması vergi ödəyicilərinin məlumatlarında baş verən dəyişikliklərin onların uçot məlumatlarında daha operativ şəkildə əks etdirilməsinə, son nəticədə həm vergi uçotu, həm də hüquqi şəxslərin reyestr məlumatlarının real vəziyyətə (dəyişikliklərə) daha sürətli şəkildə uyğunlaşdırılmasına imkan yaradır. Hüquqi şəxslərə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi onların dövlət qeydiyyatına alındığı zaman verildiyindən və həmin andan onlar vergi uçotuna alınmış hesab olunduğundan dəyişiklik eyni zamanda vergi uçotu məlumatlarının da dəqiqliyinə xidmət etmiş olur.

Son xəbərlər

Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ

Paytaxtdakı yanğın zamanı 6 nəfər xəsarət alıb - TƏBİB açıqladı

Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub

Paşinyan Vardanyanın xanımı ilə görüşə razılıq verib

Kimlər adını dəyişə bilməz? - Rəsmi

Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz - RƏSMİ AÇIQLAMA

Tramp: İran razılaşma əldə etmək istəyir

Ali Məhkəmədən müəlliflik hüququ ilə bağlı - Mühüm qərar

Etibarın siması

Mütəxəssi: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

"Onsuz mən daha bədbəxt bir insana çevrilirəm" - Kerem Bürsin

Abel Məhərrəmovun səfir oğlu geri çağırıldı

BAĞIŞLA MƏNİ, ROMEO!

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

Zeynal Nağdəliyevin oğlu səfir təyin olundu

ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib

Özündən 48 yaş gənc aktrisa ilə görüntüləndi, gündəm oldu - Fotolar

Zərdabda qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...

BƏDƏLANIN ŞÖHRƏTLİ OĞLU

Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır

Azərbaycanlı tədqiqatçı Aybəniz Haşımova beynəlxalq elmi konqresdə iştirak edib

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Paşinyan: Avrasiya İqtisadi İttifaqının əsas prinsipləri praktikada tam həyata keçirilmir

Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək

Beyləqanda bir nəfər suda boğulub

Biləsuvarın bir sıra ərazilərində işıq olmayacaq

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31