"Beynəlxalq Kitab Bağışlama Günü"ndə məktəblərə kitab hədiyyə edilib
14 fevral - "Beynəlxalq Kitab Bağışlama Günü" təqvimin ən gənc bayramı kimi dünyanın bir çox ölkələrində qeyd edilir.

Bu təşəbbüs ilk dəfə 2012-ci ildə ABŞ-da tanınmış uşaq kitabı saytı – “Delightful Children’s Books”un yaradıcısı Emmi Brodmur tərəfindən irəli sürülüb və ötən müddətdə dünyada geniş dəstək qazanıb. 2013-cü ildə Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan İngiltərəyə, Hindistandan Yeni Zelandiyaya qədər müxtəlif ölkələrdən olan bloqerlər birlikdə hərəkət edərək insanları 14 fevralda “uşaqlara kitab bağışlamağa” çağırıb. Bununla da dünyanın bir çox ölkəsində təqvimin bu tarixi “Beynəlxalq kitab bağışlama günü” kimi qeyd olunmağa başlayıb. Bu, uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan xeyirxah insanları birləşdirən bir gündür.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Mahmud Kaşqari adına Beynəlxalq Fondun Prezidenti, millət vəkili Cavanşir Feyziyevin dəstəyi və təşəbbüsü ilə bu gün Xankəndinə - Qarabağ Universitetinin tələbələrinə, Füzuli və Zəngilan rayonlarının məktəblilərinə, Naxçıvan Muxtar Respublikasının orta məktəblərinə və eləcə də respublikamızın bir sıra rayon və qəsəbələrinin orta məktəb kitabxanalarına kitab bağlamaları hədiyyə göndərilib. Qarabağ Universitetinə göndərilən kitabların əsas hissəsini ali məktəb dərslikləri və dərs vəsaitləri, məktəblilərə göndərilən bağlamaların əsasını isə daha çox dünya ədəbiyyatı, bədii oxu materialları, riyazi bilikləri, məntiqi zəkanı inkişaf etdirən mental arifmetika kitabları təşkil edir. Məqsəd yeniyetmə və gənclərdə mütaliəyə, təhsilə, elmi axtarışlara həvəs yaratmaq, onların mənəvi aləminin zənginləşməsi, dünyagörüşünün, bilgi və düşüncə dairəsinin genişləndirilməsi istiqamətində kitablara olan marağı artırmağa çalışmaqdır.

Fond rəhbərliyinin təşəbbüsü məktəblilər tərəfindən sevinc, kitabxana rəhbərləri tərəfindən alqışlarla qarşılanıb.

Son xəbərlər

QƏLBLƏRDƏ QALACAQ XATİRƏN, İZİN

"Qalatasaray" 60 milyonluq təklifi rədd etdi

Pezeşkian: Milli Təhlükəsizlik Şurasının bütün üzvləri İslamabad memorandumunu dəstəkləyir

Fransa xüsusi xidmət orqanları xəbərdarlıq edir: Hibrid müharibənin məqsədi döyüşmədən ölkələri təslim etdirməkdir

İstanbul hava limanı sərnişin sayına görə Avropa rekordunu qırıb

Bu ölkələr İrana qarşı müharibəyə qoşulmayacaq

Məşhur türk aktrisası Özge Gürel “44” filminin baş rolunda - Fotolar

Leyla Əliyeva qardaşını bu şəkillərlə təbrik etdi - Fotolar

Əziz nəvələrim – Nərmin xanım və Nicat bəy!

Bir inci saflığı varsa da suda...

Sənubər Səhər : Yazılar mütləqdir

“Roma” Endrik üçün hərəkətə keçdi

TARİXİN ACI TƏKRARI – ŞİRAZDAN ŞUŞAYA UZANAN XƏYANƏT - FOTO

Eldost Bayramın 80 illiyinə

Pedri üçün 90 milyon avro

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 21 nəfər xəsarət alıb

Azərbaycan velosipedçiləri Kahramanmaraş turunda yarışacaqlar

BİR ŞEİRİN TƏHLİLİ (Atlaz Rzayinin "Çox sağ ol" şeirinin ədəbi təhlili)

“Güllü”nün qızına ömürlük həbs tələbi - Anasını balkondan o atıbmış...

Bu ərazilərdə işıq olmayacaq

Kartdan-karta əməliyyatlara limit qoyuldu

Xalq artistinə ağır itki - Foto

Tanınmış aktyor evində ölü tapıldı

Nəriman Həsənzadə Birinci Fəxri xiyabanda dəfn olundu

Kəlbəcərdə dağda köməksiz qalan şəxs xilas edildi

FHN əlilliyi olan şəxslər üçün maarifləndirmə tədbiri keçirdi - Fotolar

Nəriman Həsənzadə ilə vida mərasimi keçirildi - Prezident və xanımı əklil göndərdi+Fotolar

Paşinyan istefa verdi - Yeni hökumət formalaşdırılır

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31