Arzu Yaqub qızı : Bacımız Tərlan - FOTOLAR
Bacımız Tərlan

Ürəyi güldən də gözəl bir qadın,
Şair,bəstəkarın dilində dastan.
Bərdəmin ,yurdumun zəhmətkeş qızı,
Adı tək qürurlu gözəl bir insan.

Bir vaxtlar əlində güldü ağ qızıl,
Pambıq tarlaları sirdaşın oldu,
Rahatlıq tapmadı incə əllərin
Alın tərin sənin yoldaşın oldu.

Heç vaxt yenilmədi iradən ,əzmin,
Bizə örnək oldun əməlinlə sən,
Adın əzbər oldu dildə,ağızda,
Səninlə fəxr etdi elimiz, Vətən.

Hər an dəyər verdi əziyyətinə,
Ulu öndərimiz Heydər Babamız.
Doğma övladlardan ayırmadı heç,
Səninlə fəxr etdi elim,obamız.

Elə bir kitabdır sənin həyatın,
Halal zəhmətinlə qoydun imzanı.
Əmək qəhrəmanım ,şan-şöhrətinin,
Sədası bürüdü bütün cahanı.

Pambıq tarlaları ucsuz- bucaqsız,
Gün doğmamış çıxdın tarlalara sən.
Doğma elimizin zəhmətkeş qızı,
Həmişə çox sevdi səni yurd, Vətən.

Qaraqaş,qaragöz,incə bir qızdın,
Yığıb toplayardım şəkillərini,
Aylar ötüşsə də,illər keçsə də,
Əsla unutmadım, unutmam səni.

Uşaqlıq çağından, gənclik çağından,
Hər an sevgi ilə çəkdik adını.
Bizə doğmadan da doğma olmusan,
Elimin zəhmətkeş, məğrur qadını.

Kim deyir həyatın çox asan olub,
Keçdin keşməkeşli , çətin yollardan,
Həmişə üzü ağ ucadır başın,
Nə yaxşı ki varsan bacımız Tərlan.

Arzu Yaqub qızı : Bacımız Tərlan - FOTOLAR
Arzu Yaqub qızı : Bacımız Tərlan - FOTOLAR
Arzu Yaqub qızı : Bacımız Tərlan - FOTOLAR
Arzu Yaqub qızı : Bacımız Tərlan - FOTOLAR
Arzu Yaqub qızı : Bacımız Tərlan - FOTOLAR
Arzu Yaqub qızı : Bacımız Tərlan - FOTOLAR

Son xəbərlər

Sevinc Yunuslu : Səndən sonra hər şeyə hövsələsiz olmuşam - FOTO

Yazılarla təsəlli tapırıq

Həsənxan Əsədov : DOSTUM - FOTO

Kuryerə 200 azn bəxşiş verdi - Gündəm oldu

Tamamilə süni intellektdən istifadə edilən ilk serial yayımlandı

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Təzyiqi ölçmək üçün hansı qol daha yaxşıdır?

BİR İNSAN PORTRETİNƏ DOĞRU - FOTOLAR

Yaylaqlar daralır, sürülər azalır - Ət kəskin bahalaşacaq

Selena Qomez məhkəməyə verildi - 1,2 milyon tələb edirlər

Cəbinə XASİYEVA : 29 yaşın şeiri... - FOTO

Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı - SIRALAMA

Bakıda və rayonlarda bazar günü güclü külək əsəcək - XƏBƏRDARLIQ

Livan İsrailin ölkənin cənubundakı hərbi obyektlərə hücumunu pisləyib

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama yaydı

Özündən 15 yaş kiçik sevgilisi ilə evləndi - Fotolar

Bardənin üç kəndində qaz olmayacaq

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

ABŞ Dövlət Departamenti: Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir

Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Məhərrəmlik başa çatdı - Toylar başladı

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

TRIPP Laçın dəhlizinin analoqudur? - RƏSMİ CAVAB

Bakı Tikiş Evi: Məktəbli formaları bu il də endirimli qiymətlərlə satışa çıxarılıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31