Aydanla Hökümə Azərbaycanın tarixinə düşdü...
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev AZAL-ın Bakı–Qroznı reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

“Qafqazinfo”nun məlumatına görə, Sərəncamla qəza zamanı sağ qalan ekipaj üzvlərindən Zülfüqar Əsədov və Aydan Rəhimli 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər.

Bununla da Azərbaycanda bu yüksək ordenlə təltif olunanların sayı 7-ə çatıb. Aydan Rəhimli isə bu ordenə layiq görülən ilk qadın kimi tarixə düşüb.

Sonuncu dəfə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə ötən il Vasif Tağıyev təltif olunub. O, 2023-cü ilin yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınması zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə görə bu ordenə dövlət başçısı tərəfindən layiq görülüb.

2017-ci ildə təsis edilmiş bu orden Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətləri olanlara verilir.

Daha əvvəl 1-ci dərəcəli “Rəşadət” ordeni ilə müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, Əlahiddə Ümumqoşun Ordusunun sabiq komandanı general-polkovnik Kərəm Mustafayev və Müdafiə Nazirliyinin sabiq baş qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov təltif olunub.

Qeyd edək ki, “Rəşadət” ordeninin dərəcələri ardıcıllıqla, Azərbaycan Silahlı Qüvvələrində hərbi qulluqçulara bir sıra hallarda verilir. Buna fövqəladə hallarda və ya ekstremal şəraitdə insanların xilas edilməsində xüsusi xidmətlər və eyni zamanda, həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcunu yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlər daxildi ki, bu qəhrəmanlığı da təyyarənin bütün ekipak üzvləri göstərib.

Qeyd edək ki, təyyarənin həlak olan digər ekipaj üzvləri - Kşnyakin İqor İvanoviç, Kalyaninov Aleksandr Georgiyeviç və Əliyeva Hökumə Cəlil qızı ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı ilə təltif olunublar.

Onu da əlavə edək ki, bu təltifdən sonra Hökümə Əliyeva Azərbaycanın üçüncü qadın Milli Qəhrəmanı oldu. Buna qədər şəhid jurnalist Salatın Əsgərova, şəhid hərbi tibb qulluqçusu, baş leytenant Gültəkin Əsgərova da bu fəxri ada layiq görülüb. Maraqlıdır ki, Gültəkin Əsgərova da Hökümə Əliyeva kimi 31 yaşında Milli Qəhrəman olub. Gültəkin, Salatın Əsgərova birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmışdısa, Hökümə Əliyeva müstəqillik tariximizin ilk qadın Milli Qəhrəmanı kimi adını yaddaşlara yazdırdı.

Emin Səfərov

Son xəbərlər

Balakəndə ağır qəza - 3 nəfər faciəvi şəkildə öldü

Şair Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olunacaq

Sabirabadda 59 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Paytaxtın iki rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

SEVGİ DÜNYANI GÖRÜNMƏDƏN İDARƏ EDƏN QÜVVƏDİR

BAŞKƏND YOLUNDA: MUTUDƏRƏNİN SƏNGƏRLƏRİNDƏ

İSGƏNDƏR QALASI: MUTUDƏRƏNİN ZİRVƏSİNDƏ YAZILAN QƏHRƏMANLIQ

İran ABŞ ilə danışıqlar aparır?

Leysan, şimşək, dolu... - Sabahın havası

CƏMIL DADAŞOV – 65

Messidən unikal "rekord": Adı ABŞ polisinin hesabatında birincidir

Xorxe Messi vəfat etdi

İçində yüzlərlə amfora olan qədim gəmi tapıldı

Bu il nələr olacaq? - Vanqa daha nə görmüşdü?

Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu

Avropada miqrasiya böhranı yenidən kəskinləşib

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

MƏNƏVİYYATININ ƏSAS ROLU

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

Cansevər dünyasını dəyişdi

Türkiyədə zəlzələ oldu

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Bolqarıstan XİN ölkənin hava məkanına dronun daxil olması ilə bağlı Ukrayna səfirini çağırıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

Mizana tutmaqdı Zeynəbin işi - FOTO

Bloomberg: ABŞ neft maqnatının Venesueladakı layihələrdən çıxmağını istəyir

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31