Azərbaycan çempionatının keçirilmə yeri standartlara uyğun gəlmədiyi üçün dəyişdirildi
Basketbol üzrə Azərbaycan Super Liqasının XXI turunun dünənə planlaşdırılmış dörd oyunu texniki səbəblər üzündən təxirə salınıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Xırdalanda yerləşən Abşeron İdman Olimpiya Kompleksinin basketbol zalı standartlardan uzaq olub.

Belə ki, səbətlərdən biri kiçik olub, üç xallıq atış xətlərinin məsafəsində fərq olub. Məhz bu üzdən Azərbaycan Basketbol Federasiyası yarışı Xırdalanda keçirməmək qərarına gəlib.

Məsələ ilə bağlı federasiyanın baş katibi Vüqar Əzimovla əlaqə saxladıqda, o da dediklərimizi təsdiqlədi:

“Bildiyiniz kimi, bizim məşq bazamız Bədən Tərbiyəsi və İdman Akademiyasının, çempionat oyunlarını keçirdiyimiz məkan isə Texniki Universitetin basketbol zalıdır. Lakin Təhsil Nazirliyinin müvafiq qərarından sonra bütün təhsil müəssisələri bağlanıb. Bu səbəbdən də Texniki Universitetdə oyunlarımızı keçirə bilmirik. İstədik ki, Abşeron İdman Olimpiya Kompleksində oyunlarımızı təşkil edək, amma oranın zalı standartlara uyğun gəlmədi”.

Baş katib yarışın yeni məkanının Sumqayıt Olimpiya İdman Kompleksi olacağını da bildirdi:

“Sonuncu – XXI turun oyunlarını Sumqayıtda keçirəcəyik. Ancaq çempionat koronavirusla mübarizə tədbirləri çərçivəsində azarkeşsiz baş tutacaq”.

Qeyd edək ki, Abşeron Olimpiya İdman Kompleksi 2017-ci ilin noyabrın 15-dən fəaliyyət göstərir.

Son xəbərlər

BAĞIŞLA MƏNİ, ROMEO!

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

Zeynal Nağdəliyevin oğlu səfir təyin olundu

ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib

Özündən 48 yaş gənc aktrisa ilə görüntüləndi, gündəm oldu - Fotolar

Zərdabda qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...

BƏDƏLANIN ŞÖHRƏTLİ OĞLU

Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır

Azərbaycanlı tədqiqatçı Aybəniz Haşımova beynəlxalq elmi konqresdə iştirak edib

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Paşinyan: Avrasiya İqtisadi İttifaqının əsas prinsipləri praktikada tam həyata keçirilmir

Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək

Beyləqanda bir nəfər suda boğulub

Biləsuvarın bir sıra ərazilərində işıq olmayacaq

Cəlilabadda maşın aşıb - Yaralılar var

Anomal istilər Avropada nə qədər insanın həyatına son qoyacaq?

Etibarın siması

Lilpar CƏMŞİDQIZI : QƏZƏL - FOTO

“Sadəcə bir səhv...” - Qurban Qurbanov

16 yaşa qədər sosial şəbəkələrə məhdudiyyət: Valideynlərə mühüm çağırış

Əzizə Ağahüseynqızı : Suraxanı rayonu Heydər Əliyev mərkəzində Dilimizlə bağlı maraqlı tədbir keçirildi.. - FOTOLAR

Bənizə 10 il 3 ay həbs cəzası verildi

“Yutub” bu süni intellekt videolarına pul verməyəcək

Yeni “Ceyms Bond” kim olacaq?

Kiberhücumçular brauzer yeniləməsi adı ilə virus yayırlar

Hər gün dondurma yeyənləri nə gözləyir? - VACİB XƏBƏRDARLIQ

50 illik Yubileyin mübarək Şəhla xanım! - FOTO

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31