COP29 Azərbaycan Əməliyyat Şirkəti və UNFCCC texniki sınaqlara başlayıb
Cari ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) müxtəlif istiqamətlərdə hazırlıq prosesləri davam edir. Tədbirin UNFCCC-nin protokol və standartlarına uyğun şəkildə təşkili üçün informasiya və kommunikasiya texnologiyaları (İKT) sistemlərinin fasiləsiz və qüsursuz təmin edilməsi məqsədilə texniki sınaq mərhələsinə start verilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Texniki Konsepsiyanın Təsdiqi (Proof of Concept – PoC) adlanan bu mərhələ COP29 Azərbaycan Əməliyyat Şirkəti və UNFCCC-nin səlahiyyətli nümayəndələrinin iştirakı ilə 19 avqust tarixində tədbir məkanı olan Bakı Stadionunda başlayıb. Sınaqların ilk günü UNFCCC nümayəndələri hazır infrastrukturlarda mövcud sistemlərlə tanış olub, iki mövcud məlumat bazası mərkəzini, eləcə də aqreqasiya və kommunikasiya otaqlarını ziyarət ediblər.

Üç həftə davam edəcək PoC mərhələsi iqlim konfransı zamanı istifadə ediləcək şəbəkə və xidmətlərin təhlükəsizliyi, funksionallığı və effektivliyi müxtəlif sınaqlar vasitəsilə yoxlanışdan keçiriləcək. Bu yoxlamalar İKT və simsiz şəbəkə xidmətlərinin təhlükəsizliyi, akkreditasiya prosesinin simulyasiya sınaqları, eləcə də kibertəhlükəsizlik sınaqları kimi bir sıra mərhələləri əhatə edəcək. Bu yoxlamalar tədbir zamanı baş verə biləcək hər hansı bir problemin qarşısının alınması üçün texniki hazırlıqların təmin edilməsinə imkan yaradaraq mümkün risklərin qiymətləndirilməsinə xidmət edir.

Qeyd edək ki, sentyabrın 8-dək davam edəcək PoC yoxlamalarına tədbir məkanında fəaliyyət göstərəcək tərəfdaş və podratçı şirkətlərin müvafiq heyətləri də cəlb olunacaq. PoC sınaq mərhələsinin yekununda COP29 konfransında tətbiq ediləcək İKT infrastrukturunun hazırlıq səviyyəsi qiymətləndirilərək təsdiqlənəcək və sistemlərin tam işlək hala gətirilməsi təmin olunacaq.
COP29 Azərbaycan Əməliyyat Şirkəti və UNFCCC texniki sınaqlara başlayıb

Son xəbərlər

Sevinc Yunuslu : Səndən sonra hər şeyə hövsələsiz olmuşam - FOTO

Yazılarla təsəlli tapırıq

Həsənxan Əsədov : DOSTUM - FOTO

Kuryerə 200 azn bəxşiş verdi - Gündəm oldu

Tamamilə süni intellektdən istifadə edilən ilk serial yayımlandı

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Təzyiqi ölçmək üçün hansı qol daha yaxşıdır?

BİR İNSAN PORTRETİNƏ DOĞRU - FOTOLAR

Yaylaqlar daralır, sürülər azalır - Ət kəskin bahalaşacaq

Selena Qomez məhkəməyə verildi - 1,2 milyon tələb edirlər

Cəbinə XASİYEVA : 29 yaşın şeiri... - FOTO

Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı - SIRALAMA

Bakıda və rayonlarda bazar günü güclü külək əsəcək - XƏBƏRDARLIQ

Livan İsrailin ölkənin cənubundakı hərbi obyektlərə hücumunu pisləyib

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama yaydı

Özündən 15 yaş kiçik sevgilisi ilə evləndi - Fotolar

Bardənin üç kəndində qaz olmayacaq

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

ABŞ Dövlət Departamenti: Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir

Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Məhərrəmlik başa çatdı - Toylar başladı

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

TRIPP Laçın dəhlizinin analoqudur? - RƏSMİ CAVAB

Bakı Tikiş Evi: Məktəbli formaları bu il də endirimli qiymətlərlə satışa çıxarılıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31