COP29-un gündəliyində dayanan əsas məsələlərin müzakirəsi məqsədilə məsləhətləşmələr keçirilib
COP29-un gündəliyində dayanan əsas məsələlərin müzakirəsi məqsədilə 26-27 iyul tarixlərində Şamaxıda nümayəndə heyətlərinin rəhbərləri səviyyəsində qeyri-formal məsləhətləşmələr keçirilib.

Turaztv.az APA-ya istinadən xəbər verir ki, tədbirdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Elmi və Texnoloji Məşvərət üzrə nəzarət qurumunun sədri, UNFCCC Katibliyinin təmsilçiləri və ekspertləri, Banqladeş və Barbadosun iqlim məsələlərinə məsul nazirləri, habelə ümumilikdə 40-dan artıq olmaqla, beynəlxalq danışıq qruplarına sədrliyi həyata keçirən, eləcə də iqlim danışıqlarında fəallıq nümayiş etdirən ölkələr iştirak edib.

Tədbirdə dünən açılış nitqi ilə çıxış edən COP29-un Baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Paris Sazişinin bütün sütunları üzrə tərəqqiyə nail olunmasında COP29 Sədrliyinin qətiyyətindən söz açaraq, şəffaf və məqsədyönlü danışıqların əhəmiyyətinə diqqət çəkib, cari iqlim danışıqlarında fikir ayrılığının mövcud olduğu sahələr üzrə tərəfləri konstruktivlik nümayiş etdirməyə çağırıb.

COP29-da iqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) qəbulunun Paris Sazişi üçün sınaq testi olacağını vurğulayan Baş danışıqçı Yalçın Rəfiyev danışıqlarda irəliləyişə nail olmaq baxımından COP29 Sədrliyi tərəfindən prosesin siyasi müstəviyə qaldırıldığını, COP29-a qədərki sessiyalararası dövrdə Azərbaycan tərəfinin nazirlər, nümayəndə heyətlərinin rəhbərləri və ekspertlər səviyyəsində dialoqun aparılmasını təşviq etməyə davam edəcəyini, Tərəflərlə aparılan dialoqa əlavə töhfə verilməsi məqsədilə “nazirlər cütlüyü”nün (Misir və Danimarka) müəyyən edildiyini diqqətə çatdırıb. Baş danışıqçı NCQG üzrə hazırkı mətnin daha da təkmilləşdirilməsinin vacibliyinə toxunaraq, Tərəfləri səylərini artırmağa çağırıb.

COP29 Baş danışıqçısı Paris Sazişinin 6-cı maddəsinin tam şəkildə işlək vəziyyətə gətirilməsinin COP Sədrliyimizin ikinci əsas prioriteti olduğunu qeyd edərək, fikir ayrılıqlarının mövcud olduğu məsələlərdə dövlətlər və beynəlxalq danışıqlar qrupları tərəfindən konstruktivlik nümayiş etdirilməsinin vacibliyini vurğulayıb.

Çıxışda COP28-in yekun sənədinin həyata keçirilməsi, adaptasiya və mitiqasiya məsələləri üzrə açıq qalan məsələlərin yekunlaşdırılmasının əhəmiyyətinə diqqət çəkilib.

Məsələhətləşmələrdə hazırda iqlim gündəliyində əhəmiyyətli yer tutan və Tərəflər və beynəlxalq ictimaiyyətin COP29-dan əsas gözləntiləri olan məsələlər – iqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG), Paris Sazişinin 6-cı maddəsi, adaptasiya və mitiqasiya mövzularında plenar və qruplar şəkildə müzakirələr aparılır.

Tədbirin yekun, bağlanış mərhələsinə COP29-un müəyyən olunmuş prezidenti, Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev də qatılıb. O, çıxışında Şamaxı məsləhətləşmələrində iştirak edən
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Elmi və Texnoloji Məşvərət üzrə nəzarət qurumunun sədrinə, UNFCCC Katibliyinin təmsilçiləri və ekspertlərinə, habelə Banqladeş və Barbadosun iqlim məsələləri üzrə nazirlərinə və beynəlxalq danışıq qruplarına sədrliyi həyata keçirən digər ölkələrin nümayəndələrinə COP 29-un hazırlıq sessiyaları arası keçirilən bu cür görüşləri təqdir etmələrinə və COP29 Sədrliyinin təşəbbüs və səylərini dəstəklədiklərinə görə təşəkkürünü bildirib, irəliləyiş üçün tərəflərin həmrəylik və müsbət impuls nümayiş etdirmələrindən məmnunluğunu ifadə edib.

Tədbir zamanı çıxış edən müxtəlif qonaqlar, o cümlədən UNFCCC-nin Elmi və Texnoloji Məşvərət üzrə nəzarət qurumunun sədri Harri Vreuls, eləcə də UNFCCC Katibliyinin maliyyə məsələri üzrə baş direktoru Danielle Violette, Banqladeşin Ətraf Mühit, Meşə və İqlim Dəyişikliyi Naziri Çouduri Saber Huseyn, Barbadosun Davamlı İnkişaf, Nəticələr üçün Öhdəlik və Mədəniyyət Naziri Munro Şantal Maksin danışıqlarda irəliləyişin əldə edilməsi baxımından səylərin artırılmasına diqqət çəkib, Tərəflər arasında dialoqun aparılması baxımından Şamaxıda keçirilən qeyri-formal məsələhətləşmələrin faydalı olacağını qeyd ediblər.

İştirakçılar COP29 Sədrliyinin şəffaf və bitərəf vasitəçi kimi rolunu təqdir ediblər.

Son xəbərlər

Sevinc Yunuslu : Səndən sonra hər şeyə hövsələsiz olmuşam - FOTO

Yazılarla təsəlli tapırıq

Həsənxan Əsədov : DOSTUM - FOTO

Kuryerə 200 azn bəxşiş verdi - Gündəm oldu

Tamamilə süni intellektdən istifadə edilən ilk serial yayımlandı

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Təzyiqi ölçmək üçün hansı qol daha yaxşıdır?

BİR İNSAN PORTRETİNƏ DOĞRU - FOTOLAR

Yaylaqlar daralır, sürülər azalır - Ət kəskin bahalaşacaq

Selena Qomez məhkəməyə verildi - 1,2 milyon tələb edirlər

Cəbinə XASİYEVA : 29 yaşın şeiri... - FOTO

Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı - SIRALAMA

Bakıda və rayonlarda bazar günü güclü külək əsəcək - XƏBƏRDARLIQ

Livan İsrailin ölkənin cənubundakı hərbi obyektlərə hücumunu pisləyib

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama yaydı

Özündən 15 yaş kiçik sevgilisi ilə evləndi - Fotolar

Bardənin üç kəndində qaz olmayacaq

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

ABŞ Dövlət Departamenti: Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir

Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Məhərrəmlik başa çatdı - Toylar başladı

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

TRIPP Laçın dəhlizinin analoqudur? - RƏSMİ CAVAB

Bakı Tikiş Evi: Məktəbli formaları bu il də endirimli qiymətlərlə satışa çıxarılıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31