Vaşinqtonda Azərbaycanın COP29 Sədrliyinə dair tədbir keçirilib - FOTO
18 iyun tarixində Vaşinqton şəhərində Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyi və Amerika Birləşmiş Ştatlarının Ticarət Palatasının birgə təşkilatçılığı ilə “COP29: Enhancing Ambition, Enabling Action” adlı hibrid formatda tədbir keçirilib.

Səfirlikdən APA-ya verilən məlumata görə tədbirdə 150-yə yaxın ABŞ dövlət qurumları, diplomatik korpus, özəl sektor, xarici və yerli media orqanlarının nümayəndələri və digər maraqlı tərəflər iştirak edib.

İlk öncə ABŞ Ticarət Palatasının baş vitse-prezidenti Xuş Çoksi qonaqlari salamlayaraq, iştirakçılara tədbirin proqramı barədə məlumat verib. Ölkəmizin ABŞ-də səfiri Xəzər İbrahim öz çıxışında dünyada iqlim dəyişmələri fonunda baş verən hadisələrdən və ölkəmizin COP29-a sədrliyi çərçivəsində görülən işlərdən danışıb. Səfir Azərbaycan və ABŞ Prezidentləri arasında son iki ay ərzində iki məktub mübadiləsinin baş tutmasını vurğulayaraq, ölkələrimiz arasında mövcud münasibətlərin yüksək səviyyəsində olmasını, məktublarda regional, enerji və təhlükəsizlik məsələlərində əməkdaşlığın qeyd olunmasından yanaşı, iqlim dəyişikliyi məsələlərində də əməklaşlığın vacibliyinin xüsusilə vurğulandığını bildirib. ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsinin baş müavini Syu Biniyaz ölkəsinin COP29-a dair məqsədlərindən bəhs edərək, İkiillik Şəffaflıq Hesabatının vaxtında təqdim olunması üçün Azərbaycan tərəfindən sıx iş aparılmasından məmnunluq duyduğunu vurğulayıb. ABŞ nümayəndəsi ölkəsinin Paris Sazişinin altıncı maddəsi çərçivəsində Azərbaycanla eyni məqsədləri paylaşdığını qeyd edib. S.Biniyaz yaxın zamanda Azərbaycanın COP29 prioritetlərini və gündəliyini elan etməsini səbirsizliklə gözlədiyini bildirib. ABŞ nümayəndəsi iqlim maliyyəsində özəl sektorun iştirakının mühüm rol oynadığını xüsusilə vurğulayıb.

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev COP29-a dair yeni inkişaflardan bəhs edərək, Bonn şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransının konstruktiv müzakirələrin aparılmasına imkan verdiyini və tərəflərin iqlim dəyişikliyi məsələlərində bir araya gəlməsi üçün əlavə platforma yaratdığını qeyd edib. Y.Rəfiyev Bonn şəhərində keçirilən BMT-nin iqlim konfransı zamanı ölkəmizin COP29 üçün nəzərdə tutduğu baxışı təqdim etdiyini vurğulayıb. Eyni zamanda, ölkə sədrliyimizin əsas məqsədlərindən birinin tərəfləri Milli Səviyyədə Müəyyən edilmiş Töhfələrində yeni və ambisiyalı iqlim maliyyəsi məqsədlərinin müəyyən edilməsinə dəstəyin göstərilməsi olduğunu bildirib. Baş danışıqçı iqlim maliyyəsi məsələlərində dövlət qurumları ilə yanaşı, özəl sektorla birgə əməkdaşlığın əhəmiyyətini də vurğulayıb.

COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Oqtay Məmmədov çıxışı zamanı ölkəmizdə keçiriləcək COP29-la bağlı iştirakçılara logistik və yerləşmə məsələlərinə dair məlumat verib.

Çıxışlardan sonra sual-cavab sessiyası baş tutub. Tədbirin sonunda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti Marti Durbin tədbir iştirakçılarına və Səfirliyimizə faydalı əməkdaşlığa görə təşəkkürünü bildirib.
Vaşinqtonda Azərbaycanın COP29 Sədrliyinə dair tədbir keçirilib - FOTO
Vaşinqtonda Azərbaycanın COP29 Sədrliyinə dair tədbir keçirilib - FOTO

Son xəbərlər

Sevinc Yunuslu : Səndən sonra hər şeyə hövsələsiz olmuşam - FOTO

Yazılarla təsəlli tapırıq

Həsənxan Əsədov : DOSTUM - FOTO

Kuryerə 200 azn bəxşiş verdi - Gündəm oldu

Tamamilə süni intellektdən istifadə edilən ilk serial yayımlandı

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Təzyiqi ölçmək üçün hansı qol daha yaxşıdır?

BİR İNSAN PORTRETİNƏ DOĞRU - FOTOLAR

Yaylaqlar daralır, sürülər azalır - Ət kəskin bahalaşacaq

Selena Qomez məhkəməyə verildi - 1,2 milyon tələb edirlər

Cəbinə XASİYEVA : 29 yaşın şeiri... - FOTO

Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı - SIRALAMA

Bakıda və rayonlarda bazar günü güclü külək əsəcək - XƏBƏRDARLIQ

Livan İsrailin ölkənin cənubundakı hərbi obyektlərə hücumunu pisləyib

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama yaydı

Özündən 15 yaş kiçik sevgilisi ilə evləndi - Fotolar

Bardənin üç kəndində qaz olmayacaq

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

ABŞ Dövlət Departamenti: Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir

Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Məhərrəmlik başa çatdı - Toylar başladı

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

TRIPP Laçın dəhlizinin analoqudur? - RƏSMİ CAVAB

Bakı Tikiş Evi: Məktəbli formaları bu il də endirimli qiymətlərlə satışa çıxarılıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31