Deputatlığa namizədliyin qeydə alınması üçün zəruri seçki sənədlərinin DSK-lara təqdim edilməsi prosesi başa çatır

Bu həftə deputatlığa namizədliyin qeydə alınması üçün zəruri seçki sənədlərinin dairə seçki komissiyasına (DSK) təqdim edilməsi prosesi başa çatır.

Bu, Mərkəzi Seçki Komissiyasının "Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda öz əksini tapıb.

Sənəddə qeyd edilib ki, bu prosesə iyulun 13-dən başlanılıb və avqustun 2-si saat 18:00-dək davam edəcək.

Seçki Məcəlləsinə əsasən, irəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək müvafiq seçki komissiyasına aşağıdakı seçki sənədlərini təqdim etməlidir:

1. irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri;

2. seçici imzaları toplanmasının yekunu haqqında Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada tərtib edilmiş protokolun 2 nüsxəsi;

3. Məcəllənin 53.3-cü və 54.8-ci maddələrinə uyğun olaraq namizəd haqqında təqdim edilmiş məlumatlarda dəyişikliklər barədə bildiriş;

4. namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat;

5. mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumat;

6. namizədin ilkin maliyyə hesabatı (seçici imzaları toplanmasının təşkilinə sərf edilən vəsait haqqında məlumatlar göstərilməklə).

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.(“Report”)

Son xəbərlər

Prezident İlham Əliyevin Özbəkistan səfəri - Bakı ilə Daşkənd arasında yeni əməkdaşlıq mərhələsi

"Bu, Azərbaycanın diplomatik təcrübəsində bir ilkdir" - Hikmət Hacıyev

Prezident vəzifəsinə yenidən seçilmək hüququm var - Tokayev

Prezidentlə xanımı Ümummilli Liderin memorial kompleksini ziyarət etdilər

"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO

Məşhur serialda rol alacaq

“Özbəkistana dövlət səfərindən gözəl xatirə” - Foto

Çindən avtomobillərlə bağlı görünməmiş geri çağırış - 3 milyon maşında qüsur var

Bir günə Ukraynaya 11 859 kamikadze-dron atdılar

Universitetlər xarici dil müəllimliyində yerləri AZALDIR: Nə baş verir?

Prezident xanımı ilə Özbəkistandadır

BIR SƏSİN UŞAQLIĞI (OÇERK) - FOTOLAR

RƏNGLƏRİN VƏ MÖCÜZƏLƏRİN NAĞIL DÜNYASI

Bu qidalar prostat xərçəngi riskini 29 faiz artırır

Altun Süleymanov: Fidan Hacıyevanın gənclərə verdiyi dəstək böyük əhəmiyyət daşıyır

“Azərbaycan-Özbəkistan əlaqələri strateji xarakter daşıyır” - Kamaləddin Qafarov

Qərbi Abşeron yatağında platformada qaldırıcı qurğu aşıb, ölən var

Bu gün Qobustan rayonunun Bədəlli kəndindən olan şəhid Orxan Müstəcəbovun anası Şəhla Ananın doğum günüdür - FOTO

Gəlinlik seçməyə getmişdi, maşının altında qalıb öldü - Toyu günü dəfn olundu

Onların pensiyaları yenidən hesablanaraq artırıla bilər

Yaponiyanın mərkəzində zəlzələ oldu

Əsir düşmüş azərbaycanlı şok faktları açıqladı

Bu gün Azərbaycanda xüsusi dövlət mühafizəçilərinin günüdür

Arzum budur - ucaldıqca, ucal sən

SEVİNC YUNUSLU : Ölsəm bir məktub yazacam - FOTO

YARADICILIĞI İLƏ AZƏRBAYCANA YEDDİ BEYNƏLXALQ SERTİFİKAT QAZANDIRMIŞ NİCAT ƏRTÜRK

XURAMAN İSMAYIL QIZI MURADOVA — İNSANA XİDMƏTƏ HƏSR OLUNMUŞ ÖMÜR

Müəllif: Gülnarə Məhəmmədqızı : ÖZÜMƏ TƏRƏF - FOTO

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31