Ölkəyə idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan bioloji aktiv qida məhsulları üzərində nəzarət tədbirlərini davam etdirir.

AQTA-dan "Report"a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Agentliyin əməkdaşları tərəfindən Türkiyə və İtaliya respublikalarından ölkəmizə idxal olunan bioloji aktiv qida məhsullarından nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin müəyyən olunması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Belə ki, aparılan sınaq nəticələrinə əsasən, Türkiyədən "Lilit" MMC-nin idxal etdiyi "İlaçsan Medikal Sanayi və Dış Ticaret Limited" müəssisəsinin istehsalı olan ümumi sayı 5250 ədəd olmaqla "Aminopanten" əmtəə nişanlı bioloji aktiv qida məhsulunda "Sink" və "Maqnezium qlisinat", "Healthy Life" MMC-nin idxal etdiyi "Pharmanor İlaç San. Tic. LTD" müəssisəsinin istehsalı olan ümumi sayı 4500 ədəd olmaqla "Depovit New" əmtəə nişanlı və "Pharma Standart İlaç Medikal LTD ŞTİ" müəssisəsinin istehsalı olan "Desol-D3" əmtəə nişanlı bioloji aktiv qida məhsulunda "Vitamin D3" miqdarının məhsulların etiket məlumatlarında göstərilən həddən dəfələrlə aşağı olduğu müəyyən edilib.

Eyni zamanda "El Kompaniya" MMC-nin İtaliya Respublikasından idxal etdiyi "PNK Farmaceutici S.P.A." müəssisəsinin istehsalı olan ümumi sayı 1500 ədəd olmaqla "İmmunovis" əmtəə nişanlı bioloji aktiv qida məhsulunda "Sink qlükonat" miqdarının məhsulun etiket məlumatlarında göstərilən həddən yuxarı və "Vitamin D3" miqdarının isə aşağı olduğu müəyyən edilib.

Aşkarlanan uyğunsuzluqlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.


Sonxeber.az

Son xəbərlər

QƏLBLƏRDƏ QALACAQ XATİRƏN, İZİN

"Qalatasaray" 60 milyonluq təklifi rədd etdi

Pezeşkian: Milli Təhlükəsizlik Şurasının bütün üzvləri İslamabad memorandumunu dəstəkləyir

Fransa xüsusi xidmət orqanları xəbərdarlıq edir: Hibrid müharibənin məqsədi döyüşmədən ölkələri təslim etdirməkdir

İstanbul hava limanı sərnişin sayına görə Avropa rekordunu qırıb

Bu ölkələr İrana qarşı müharibəyə qoşulmayacaq

Məşhur türk aktrisası Özge Gürel “44” filminin baş rolunda - Fotolar

Leyla Əliyeva qardaşını bu şəkillərlə təbrik etdi - Fotolar

Əziz nəvələrim – Nərmin xanım və Nicat bəy!

Bir inci saflığı varsa da suda...

Sənubər Səhər : Yazılar mütləqdir

“Roma” Endrik üçün hərəkətə keçdi

TARİXİN ACI TƏKRARI – ŞİRAZDAN ŞUŞAYA UZANAN XƏYANƏT - FOTO

Eldost Bayramın 80 illiyinə

Pedri üçün 90 milyon avro

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 21 nəfər xəsarət alıb

Azərbaycan velosipedçiləri Kahramanmaraş turunda yarışacaqlar

BİR ŞEİRİN TƏHLİLİ (Atlaz Rzayinin "Çox sağ ol" şeirinin ədəbi təhlili)

“Güllü”nün qızına ömürlük həbs tələbi - Anasını balkondan o atıbmış...

Bu ərazilərdə işıq olmayacaq

Kartdan-karta əməliyyatlara limit qoyuldu

Xalq artistinə ağır itki - Foto

Tanınmış aktyor evində ölü tapıldı

Nəriman Həsənzadə Birinci Fəxri xiyabanda dəfn olundu

Kəlbəcərdə dağda köməksiz qalan şəxs xilas edildi

FHN əlilliyi olan şəxslər üçün maarifləndirmə tədbiri keçirdi - Fotolar

Nəriman Həsənzadə ilə vida mərasimi keçirildi - Prezident və xanımı əklil göndərdi+Fotolar

Paşinyan istefa verdi - Yeni hökumət formalaşdırılır

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31