Əhaliyə XƏBƏRDARLIQ - Qapınızı döyüb 15 AZN istəsələr, verməyin! - VİDEO
Bakı şəhərinin Qaradağ rayonu ərazisində dələduzlar peyda olub.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, bir neçə şəxs rayon ərazisində mənzillərin qapısını döyərək özlərini "Azəriqaz”ın əməkdaşları kimi təqdim edir və smart-kart tipli sayğacların kartlarının dəyişdirilməsi xidmətini təklif edirlər.

Məlumatda deyilir ki, onlar Nizami və Nərimanov rayonlarında hələlik bəlli olan 4 mənzildə olub və smart-kartların vaxtının bitdiyini deyərək vətəndaşlardan hər birindən 15 manat pul alıblar: "Daha sonra zərəçəkmiş abonentlər Birliyin yerli qurumlarına müraciət edərək başlarına gələnləri danışıblar”.

"Azəriqaz” qazdan istifadə edən abonentlərin nəzərinə çatdırır ki, smart-kart tipli sayğacların kartlarının istifadə müddəti yoxdur: "Zədələnmədiyi və itirilmədiyi halda daim istifadə oluna bilər. Əgər abonent kartını itiribsə və ya hansısa səbəbdən zədələnibsə, onda "ASAN Kommunal” mərkəzləri və Birliyin rayonlar üzrə xidmət sahələrinə müraciət etməklə kartın yenisini əldə etmək olar. Bunun üçün "ASAN Kommunal” mərkəzlərində bank vasitəsilə, xidmət sahələrində isə ödəniş terminalları ilə 10 manat rüsum ödəmək lazım gəlir”.

Qurum bir daha bəyan edir ki, "Azəriqaz”ın əməkdaşları abonentin yaşadığı ünvanda xidmətlərə görə hər hansı vəsait ala bilməz və belə səlahiyyət sahibi deyil: "Əgər bu kimi hallarla rastlaşarsınızsa, əvvəlcə həmin şəxsin xidməti vəsiqəsini tələb etməklə, daha sonra Birliyin 104/185 Çağrı mərkəzlərinə məlumat verə bilərsiniz”.

Son xəbərlər

Macarıstan parlamenti ölkənin yeni prezidentini seçib

Bir il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib

Mədəniyyət Nazirliyinin təqaüd proqramı ilə 17 nəfər xaricdə təhsil imkanı qazanıb

Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb

DİN onlayn alış-verişlə bağlı xəbərdarlıq edib

ƏDV ödəyicilərinin sayı artıb

Tupakın qətlində 30 illik düyün açılır - O gecə nə olmuşdu?

"Sabah" – "Orhus" oyununun bütün biletləri satılıb

Sədaqət, düzlük və etibar — insanın mənəvi pasportu

Təəccübdən təbəssümə…

Səssiz ziyalılıq

Bu gün və sabah geomaqnit qasırğası gözlənilir

Sabah Azərbaycanda yağış yağacaq

Rəsmi Tehran: İran gələn ay Xəzəryanı ölkələrin konfransına ev sahibliyi edəcək

Kamran Əliyev Qubada vətəndaşları qəbul edəcək

Azərbaycan XİN Çadı Milli Günü münasibətilə təbrik edib

Bakının Binə və Nardaran qəsəbələrində qaz olmayacaq

UEFA Çempionlar Liqası: "Sabah" Danimarka təmsilçisi ilə cavab matçına çıxacaq

“Gicgahımda güllənin soyuqluğunu hiss edirdim”

Yaddaşlarda yaşayan insan

Qarpızı hər gün yemək olar? - Həkimdən bu xəstələrə XƏBƏRDARLIQ

Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - YENİLƏNİB

Deniz Seki eyvanda yıxıldı - Ombası sındı

Novruzəli Aslanov: “Laçınlıların 31 ildən sonra yenidən burda yaşamaları bu torpaqların əsil sahiblərinin kim olduğunun bariz sübutudur”

Yubileyiniz mübarək olsun əziz dost

Bir ömrün 65 yaşına yazılan sözlər...

Ukrayna ordusu Rusiyadakı neft-kimya kompleksinə hücum edib

Şahbuzda avtomobil aşıb, sərnişin ölüb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31