Azərbaycanda kino ittifaqları birləşir - İkitirəliyə son verilir...

Martın 5-də Azərbaycanda olan kino ittifaqlarının – Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşmiş konfransı baş tutacaq. Konfransın gündəliyində duran məsələlərə ittifaqların rəsmi birləşməsi, sədrinin və idarə heyətinin seçilməsi daxildir.

Yenixeber.org: Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci ildə yaradılıb və ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Şəfiqə Məmmədovadır. Azərbaycan Kinematoqrafçılar İttifaqı isə 1963-cü ildən fəaliyyət göstərir, ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Rasim Balayevdir.

İki qurum ötən il birləşmək barədə qərar qəbul ediblər. Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından birləşmiş kino ittifaqının sədri postuna namizəddir. AKİ-nin namizədi isə xalq artisti Rasim Balayevdir. O, yerli mətbuata açıqlamasında başqa namizədlərin də çıxa biləcəyini istisna etməyib.

Bəs kino ittifaqlarının birləşməsi nə vəd edir? Bu birləşmə Azərbaycan kinosuna nə verəcək?
Azərbaycanda kino ittifaqları birləşir - İkitirəliyə son verilir...

Mövzu ilə bağlı açıqlama verən Xalq artisti Rasim Balayev bildirib ki, yeni yaradılan ittifaqa kimin seçiləcəyini səsvermədə iştirak edən üzvlər təyin edəcək:

“Hər iki ittifaq kino sahəsinə dəstək məqsədilə birləşib. Prezident seçkilərindən sonra keçirməyi qərarlaşdırmışdıq. Bu yaxınlarda konfrans keçiriləcək. Səsvermədir, kim istəyir iştirak edə bilər. Nələr vəd edəcəyim gələcəyin işidir. Belə bir seçim olarsa, mən seçilərəmsə, o zamana bu barədə danışa bilərəm”.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, şair Baba Vəziroğlu bu addımın Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə baş tutduğunu söyləyib.

“Bir neçə ay öncə birləşdirmə konfransı oldu. Hər iki ittifaq yığışdı, bəyanat qəbul olundu ki, bu iki ittifaqlar birləşsinlər. Bu addım kinonun inkişafı üçün səylərin birləşməsinə, bir ittifaqda cəmlənməsinə yönəlib. Qismət oldu ki, biz bunu martın 5-i gözəl bir vaxtda, yazın gəlişi ərəfəsində qeyd edəcəyik. Namizədlər verilib, dəqiq olaraq kimlərin namizəd olduğunu bilmirəm. Bizim namizədimiz milli kinomuzun siması, kinomuzun brendi Rasim Balayevdir. Azərbaycan Kinematoqrafçılar İttifaqının idarə heyətinin iclasında onun namizədliyini yekdilliklə təsdiq etdik. Yeni ittifaqın təsis konfransına da o namizədlə gedirik. Ona da səs verəcəyik. Əlbəttə, bu ittifaqların birləşməsi inkişafa səbəb olacaq. Bir var ki, bir yerdə ikitirəlik olsun, hərə bir yana çəksin. Düzdür, ittifaqlar arasında belə ziddiyət olmayıb. Ancaq bir ölkədə iki ittifaqın olması o qədər də normal deyil. Bir ittifaq olması yaxşıdır ki, bütün kinematoqrafçılar bir yerdə cəmləşsin, bir mehriban ailə kimi olsun. Təbii ki, bu daha yaxşıdır. Biz də bu yolu tutmuşuq. Mədəniyyət Nazirliyinin də birləşmə təklifinə çox müsbət reaksiya verib. İnşallah martın 5-i bunu reallaşdıracağıq”.

Azərbaycan Kinematoqrafçılar İttifaqının idarə heyətinin üzvü rejissor, ssenarist, aktyor Rövşən İsax da məsələyə münasibət bildirib:

“Əlbəttə, ölkədə bir kino ittifaqı olar. Ona görə düşünürəm ki, ittifaqların birləşməsi yaxşı şeylər vəd edir. İstər Rasim Balayev , istər də Şəfiqə xanım sənət adamlarıdırlar. Onlar sənət adamlarını yaxşı başa düşürlər. Ümid edirəm ki, birləşmənin nəticəsi yaxşı olacaq. Yetər ki, ittifaqın sözü keçərli olsun, sözünün dəyəri olsun. İttifaqın çıxardığı qərarlar təbii ki, sənətin kinonun, xeyrinə atılan addımlardır”.(Modern)

Son xəbərlər

Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi

Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var

Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb

Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq

İmişlidə qəza - 3 nəfər xəsarət aldı

"Toppuş bacı"nın atası da vəfat etdi

Paşinyan İlham Əliyevə zəng etdi - Bu məsələlər müzakirə edildi

Sabirabadda məktəbli qızın meyiti tapıldı

Cəlilabadda "Nar Bağı" ailəvi-uşaq parkı... - FOTO

Misralarda zaman və insan.

Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb

Rusiyanın iki neft emalı zavoduna dron hücumu olub, güclü yanğın başlayıb

Xocavənddə traktor minaya düşüb

Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!

Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto

“Odissey”i pulsuz izləmək istəyənlərə - Xəbərdarlıq

Haci Əkbər Rüstəmovun “Xatirələr yaşadır məni” kitabının ən kədərli səhifələrindən biri də Xocalının işğalı gecəsi Əkbər müəllimin keçirdiyi hisslərdir.

Əmtəə bazarlarında qızılın qiyməti 4 400 dollara yaxınlaşıb

Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə tam dəstəyini bir daha təsdiqləyib

17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı

Məmməd Qədir : Azad oldu deyin mənə... - FOTO

"Amerika niyə buraya gəlib hərbi bazalar qurmalıdır?" - Pezeşkian

9-cu dəfə əməliyyat olunacaq

ƏBƏDİ MUĞAMIN GƏNC NƏFƏSİ - FOTOLAR

RƏŞAD BAXŞƏLİYEV DASTANI - FOTO

Rusiya və İrana “Cəhənnəm sanksiyaları”nı tətbiq edəcəklər

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31