"İlkinin vəziyyəti yaxşı deyil, onu "toka" verib, dözülməz işgəncələr ediblər" - İlkinin vəkili danışdı - VİDEO
Yanvarın 23-də Sabunçu Rayon Məhkəməsində Nərminin qətlində şübhəli bilinən İlkin Süleymanovun Apelyasiya Məhkəməsi keçirilib.

KONKRET.AZ bildirir ki, Sabunçu Rayon Məhkəməsi Tovuz rayon Məhkəməsinin 2 aylıq həbs qətimkan tədbiri qərarını qüvvədə saxlayıb.

Məhkəmə prosesindən çıxan İlkin Süleymanovun vəkili Əlibaba Rzayev "Kanal 13”ün suallarını cavablandırıb:

"Məhkəmə prosesi xeyli davam elədi. Bilirsiniz ki, İlkin 2 maddə ilə təqsirləndirilir. Tovuz rayon məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmişdi. Müdafiə tərəfi həmin qərarın ləğvi ilə bağlı Apelyasiya şikayəti vermişdi. Bu gün Sabunçu rayon Məhkəməsində həmin apleyasiya şikayətinə baxılırdı. Uzun araşdırma getdi, amma məhkəmə hesab elədi ki, indiki halda həmin qərar dəyişdirilə bilməz. Ona görə də müdafiə tərəfin apelyasiya şikayətini təmin eləmədi”.

– İlkinin vəziyyəti, fiziki durumu necə idi? Çünki qohumları düşünür ki, İlkinə işgəncələr verilib, ona görə də o, cinayəti etiraf edib.
"İlkinin sağlamlıq durumu heç də yaxşı deyil. Çünki məhkəmə prosesindən əvvəl xahiş elədik ki, 10-15 dəqiqəlik bizə görüş imkanı yaradılsın və məhkəmə bizə o imkanı yaratdı. Onunla söhbət elədik, sağlamlıq durumu ilə maraqlandıq. Bədənində xeyli xəsarətlər var idi. Özü də həmin xəsarətləri bir-bir göstərdi. Həmin xəsarətləri ona hansı şəraitdə yetiriblər, bu barədə də məlumat verdi. Orda prokuror iştirak edirdi, məhkəmədə hakimlər də bunu eşidirdi. Məhkəmə araşdırması boyunca məsələ yenidən gündəmə gəldi. Eyni zamanda biz vəsatətlə çıxış elədik ki, istintaq dövründə bu məsələlər və digər pozuntuların araşdırılması ilə bağlı qərar çıxarılsın və Baş prokurorluğa göndərilsin ki, araşdırmalar bu istiqamətdə getsin”.


– İlkin bildirib ki, işgəncələr altında cinayəti boynuna alıb.

"İlkin deyir ki, mən bu cinayəti tğrətməmişəm. Amma suallar verilir ki, bəs cinayəti törətməmisənsə, onda sənin ifadən, etirafların var. İlkin də nəyə görə elə etirafedici ifadələr verdiyini bildirdi. Əslində "belə bir hadisə baş verməyib və mən məcbur oldum ki, özümdən belə bir ssenari düzəldim və deməli bu ssenari də əvvəlcədən ,bütövlükdə uydurduğu ssenari deyildi. Hər hansı sual verdikdə, o suala necə uyğun gələ bilər deyə bu formada bir ssenari uydurduğunu bildirdi. Çalışıb ki, növbəti suala uyğun ardıcıllıqla bir ssenari uydursun. Yəni qabaqcadan və başdan ayağa qədər uydurulmuş bir ssenari deyildi. Amma deyib ki, bu bir ssenaridi və mən bu hadisəni törətməmişəm”.
– İlkinə nə kimi işgəncələr verilib?

– İlkinin bildirdiyinə görə, ona çox ağır işgəncələr verilib. Çox detalları ilə danışmayıb, amma ümumi şəkildə danışdı ki, ayağına döyüblər, hətta elektrik cərəyanından da istifadə olunub. Yəni deməsinə görə, dözülməz işgəncələr veriblər.
Məhkəmə araşdırma üçün kifayət qədər imkan yaratdı. Bizə də öz mövqeyimizi ətraflı şəkildə ifadə edə bilməyimiz üçün şərait yaradıldı, suallarımızı verdik. Məhkəmə özü də kifayət qədər araşdırdı. Amma biz hesab elədik ki, məhkəmənin qərarı qanun əsaslı qərar deyil. Əslində bizim apelyasiya şikayətimiz təmin olunmalı idi. Çünki həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə yetərli sübutlar təqdim olunmamışdı”.

– Ailəsi ilə əlaqə saxlaya bilməsi, görüşməsi, telefonla zəng etməsi üçün İlkinə qarşı hər hansı məhdudiyyət varmı?

– Mən soruşdum ki, sən buna cəhd göstərmisən? Bildirdi ki, xüsusi cəhd göstərməmişəm. Ona izah etdim ki, harda saxlanmağın barədə telefonla zəng edib məlumat vermək hüququn var idi, eyni zamanda həftədə ən azı 2 dəfə telefonla danışmaq hüququn var. Soruşdum ki, sən buna cəhd göstərmisən? Bildirdi ki, "xeyr, cəhd etməmişəm”. Başa saldım ki, sən bu imkanlardan istifadə edə bilərsən, əlaqələr qura bilərsən.
İlkin özünü günahkar hesab eləmir. İlkin açıq şəkildə bildirir ki, hadisəni mən törətməmişəm”.

Son xəbərlər

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşır

UEFA Çempionlar Liqası: "Sabah" Buxarestdə "Hapoel"lə qarşılaşacaq

O, NECƏ XATIRLANIR? (Səmimi sətirlər çələngi)

"Rufo Gəncinski"yə qarşı sui-qəsd cəhdi oldu - Killerin silahı...

19 yaşlı Zeynəbin qətlinin təfərrüatı

Motsartı kim öldürdü? - 35 yaşlı dahinin müəmmalı ölümü və şübhəli dost

Afiq Göyçəli : „Cavan nəsilə yer verməyənlərə“

Zaxarova Bakının axtarışa verdiyi rusiyalı jurnalistlərdən danışdı

ÇL: “Fənərbaxça” İstanbulda “Lion”a məğlub olub

Ən zərərli meyvə və giləmeyvələrin adları - Açıqlandı

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər

Türkiyədə zəlzələ olub

ELM və TƏHSİLƏ HƏSR OLUNMUŞ MƏNALI və ŞƏRƏFLİ ÖMÜR YOLU

VƏTƏN HİSSİ VƏ ŞƏHİD MƏQAMI: "VƏTƏNƏ YAZILAN ÖMÜR" KİTABI SUMQAYITDA TƏQDİM OLUNDU

Nura - Nur : Yavaş - yavaş bitən FOTO

Azərbaycan güləşçisi yenidən dünya çempionatının finalına yüksəlib

Hazırda 4 minədək uşağa sosial xidmət və reabilitasiya dəstəyi göstərilir

Yerdə maqnit qasırğası başladı: 3 gün davam edəcək

Məşhur aktrisa vəfat etdi

"Yeraltı"da daha bir dəyişiklik - FOTO

"Hansısa brendə 5 min avro vermərəm" - Seda Sayan

Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət edib və Azərbaycanın Milli Qəhrəmanının xatirəsini anıb

İlham Əliyev Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Rezidenturaya qəbul üzrə keçirilmiş müsabiqənin nəticələri elan olunub

Ukrayna Rusiyaya məxsus 6 PUA idarəetmə məntəqəsini vurub

İmran Xan həbsxanadan xəstəxanaya köçürülür

IJF İlham Zəkiyevin 10-cu dəfə Avropa çempionu olmasını əsas simvolik məqam kimi qiymətləndirib

Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 107 il ötür

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31