Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunlar keçirilib
Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunlar keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, qadınlar arasında üç, kişilərin mübarizəsində isə bir qarşılaşma baş tutub.

Günün ilk matçında “Gəncə” doğma meydanda “Milli Aviasiya Akademiyası"nı qəbul edib. Meydan sahiblərinin üstünlüyü ilə başlayan görüşdə qonaqlar ikinci setdə qalib gəlməklə ümumi hesabı bərabərləşdiriblər. Lakin “Gəncə” növbəti hissələri aktivinə yazdırmaqla meydandan 3:1 hesablı qələbə ilə ayrılıb.

Turun digər qarşılaşması Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Abşeron” və “Murov” klubları arasında olub. Gərgin mübarizədə keçən matçda “Abşeron” 3:1 hesabı ilə qələbə qazanıb.

Qadınların mübarizəsində növbəti görüş UNEC-lə “Azərreyl” arasında baş tutub. UNEC-in idman zalında keçirilən oyunda “dəmiryolçular" rəqibini 3:0 hesabı ilə məğlub edib.

Kişilərin çempionatında isə “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” klubları qarşılaşıblar. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən matçda Şuşa təmsilçisi 3:1 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, qadınlar arasında Yüksək Liqada turnir cədvəlinə hərəyə 15 xalı olan “Abşeron” və “Azərreyl” klubları başçılıq edirlər. Hərəyə 9 xal toplayan “Murov Az Terminal” və “Gəncə” 3-4-cü yerləri bölüşürlər. “Milli Aviasiya Akademiyası” 3 xalla 5-ci, xalı olmayan “UNEC” isə sonuncu pillədədir.

Kişilərin arasında ölkə çempionatında isə xallarını 13-ə çatdıran “Xarı Bülbül Şuşa” liderliyi ələ keçirib. “Azərreyl” 11 xalla 2-ci, “Murov Az Terminal” 10 xalla 3-cüdür. “Neftçi” və “Xarı Bülbül Laçın” komandaları hərəyə 4 xalla 4-5-ci sıralarda qərarlaşıblar. Xalı olmayan MOİK isə altıncı yerdədir.

Yüksək Liqa (qadınlar)

“Gəncə” - “Milli Aviasiya Akademiyası” - 3:1 (25:16, 22:25, 25:11, 25:10)

“Abşeron” - “Murov Az Terminal” - 3:1 (25:20, 25:12, 22:25, 26:24)

UNEC - “Azərreyl” - 0:3 (12:25, 16:25, 17:25)

Yüksək Liqa (kişilər)

“Xarı Bülbül Şuşa” - “Xarı Bülbül Laçın” - 3:1 (25:18, 19:25, 25:22, 25:22)

Son xəbərlər

Ərdoğanla Tokayev arasında telefon danışığı baş tutub

Haaqada "Bosniya qəssabı" Ratko Mladiç ölüb

Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib

"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM

Sabah Sabirabadın 10 kəndində qaz kəsiləcək

Rusiya ordusu Xarkovda ticarət mərkəzini dronla vurub: 1 nəfər ölüb, 4 yaralı var

Məleykə Abbaszadə: Ötən ilin keçid balı builki keçid balının göstəricisi kimi qəbul edilməməlidir

Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub - SİYAHI

Şavkat Mirziyoyev 850-dən çox məhkumu əfv edib

İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik

Azərbaycana bu iki ölkədən daha çox turist gəlir

Nigar Fərhad saxlanıldı

Azərbaycan üçün şad xəbər: ölkənin yeni “qara qızıl”ı...

Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq

Azərbaycanda bu ad cəmi 3 uşağa verilib

Yaş insanın ürəyinə verilmiş son istifadə tarixi deyil...

Hacıyevlər ailəsində sevincli anlar - FOTO

“Evdə tək”in aktyoru vəfat etdi

Azərbaycan nefti cüzi ucuzlaşıb

FHN gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Paytaxtın üç rayonuna elektrik enerjisinin verilişində fasilə yaranacaq

Xanım jurnalistə vəzifə verildi

Prezident ailəsinin səmimi - Fotosu

Çempionlar Liqası: "Fənərbağça" 18 il sonra əsas mərhələyə vəsiqə qazanıb

Əsgərlikdən saxlatmaq üçün 24 min manat aldı

Milli Qəhrəmanın oğlu bu universitetə qəbul oldu

Əminə Ərdoğandan Mehriban Əliyevaya təbrik zəngi

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31