Enerji içkiləri ilə bağlı yeni qaydalar qüvvəyə minib
Azərbaycanda enerji içkiləri ilə bağlı yeni qaydalar bu gündən qüvvəyə minib.
Bu, Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının təsdiq etdiyi “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”nda əksini tapıb.

Qeyd edək ki, “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları” bu məhsulların minimum keyfiyyət göstəricilərinin və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qablaşdırılmasına, etiketlənməsinə, daşınmasına və saxlanmasına, habelə həmin məhsulların istehsalında istifadə olunan xammal və materiallara dair məcburi tələbləri əks etdirir.

Sanitariya normaları və qaydalarının layihəsi Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən hazırlanıb və 15 İyul 2019-cu il tarixli iclasda İnstitutun Qida Təhlükəsizliyi üzrə Elmi Komitəsi tərəfindən bəyənilib.

Sanitariya normaları və qaydalarının məqsədi bu məhsulların insan həyatı və sağlamlığı üçün təhlükəsizliyinin, istehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsidir. Sanitariya normaları və qaydaları tərkibində insanın mərkəzi sinir sisteminə stimullaşdırıcı və/və ya antisedativ təsir göstərən enerji içkilərinə şamil edilir.

Sanitariya normaları və qaydaları təbii çay, qəhvə, habelə təbii çay və qəhvə ekstraktı əsasında hazırlanan içkilərə, idmançılar üçün nəzərdə tutulan xüsusi içkilərə şamil edilmir.

Enerji içkisi - tərkibində insan orqanizminin mərkəzi sinir sistemini stimullaşdırmaq xüsusiyyətinə və / və ya antisedativ təsirə malik aşağıda sadalanan maddələrdən ən azı ikisi mövcud olan alkoqolsuz içki: kofein, taurin, qlükoronolakton, inozitol, amin turşuları, B qrupu vitaminlər, quarana, maça kökü, yerba mate, jenşen, dəniz yosunu, şizandra, eleuterokokk, ginkgo biloba kimi bitkilərin ekstraktları. Tərkibində yuxarıda sadalanan maddələrdən yalnız kofein istifadə edildiyi halda, onun miqdarı 15 mq/100 ml-dan artıq olduqda həmin içkilər də enerji içkisi hesab edilir. Tərkibində yuxarıda sadalanan amin turşuları, B qrup vitaminlər və bitki ekstraktları kimi qrup maddələrdən eyni qrupa daxil olan hər hansı iki maddə istifadə edildikdə, həmin içkilər də enerji içkisi hesab edilir.

Enerji içkilərinin 100 ml-də kofeinin maksimum miqdarı 32 mq, taurinin maksimum miqdarı 200 mq, inozitol 20 mq, qlükoronolakton 200 mq, kreatinin maksimum miqdarı 1 mq müəyyən edilib. Həmçinin enerji içkilərinin 100 ml-də Vitamin B2-nin maksimum miqdarı 0.34 mq, Vitamin B3 1.4 mq, Vitamin B5 1 mq, Vitamin B6 0.04 mq və Vitamin B12-nin maksimum miqdarı 0.0004 mq-dan çox olmamalıdır.

Qaydalarda göstərilir ki, enerji içkilərinin istehsalında hər hansı növ etil spirtinin istifadəsinə yol verilmir. Enerji içkilərinin tərkibində karbohidratların kütlə payı 11%-dən artıq olmamalıdır.

Enerji içkilərinin tərkibində bu sanitariya normaları və qaydalarının 4-cü hissəsində sadalanan maddələrdən kənar digər maddələr istifadə olunduğu halda, onun mərkəzi sinir sistemini stimullaşdırmaq xüsusiyyəti və / və ya antisedativ təsiri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən elmi araşdırmalar əsasında qiymətləndirilir və həmin qiymətləndirmə əsasında məhsulun enerji içkisi olub-olmaması müəyyən edilir.

Enerji içkilərinin qablaşdırma vahidində məhsulun həcmində yol verilən mənfi kənaraçıxmalar 3%-dən çox olmamalıdır.

Enerji içkilərinin etiketlərində mütləq istehsalçının adı, ünvanı və əmtəə nişanı (əgər varsa); içkinin adı, növü və tərkibi; içkinin qida və enerji dəyərliliyi; içkinin tərkibindəki maddələrin miqdarı; içkinin miqdarı (çəkisi); saxlanma şərtləri; istehsal tarixi və yararlılıq müddəti (istehlak tarasının üzərində); içkinin istifadə qaydaları;- “Enerji içkisi” yazısı; "Alkoqol ilə qarışdırılaraq və ya birlikdə istifadə edilməməlidir" yazısı; “18 yaşdan aşağı şəxslərə satışı qadağandır” yazısı; "Yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur” yazısı; "Gündəlik olaraq 500 ml-dən çox istifadə olunması tövsiyə edilmir” yazısı qeyd edilməlidir.(apa)

Son xəbərlər

Cəlilabadda maşın aşıb - Yaralılar var

Anomal istilər Avropada nə qədər insanın həyatına son qoyacaq?

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

Etibarın siması

Lilpar CƏMŞİDQIZI : QƏZƏL - FOTO

“Sadəcə bir səhv...” - Qurban Qurbanov

16 yaşa qədər sosial şəbəkələrə məhdudiyyət: Valideynlərə mühüm çağırış

Əzizə Ağahüseynqızı : Suraxanı rayonu Heydər Əliyev mərkəzində Dilimizlə bağlı maraqlı tədbir keçirildi.. - FOTOLAR

Bənizə 10 il 3 ay həbs cəzası verildi

BAĞIŞLA MƏNİ, ROMEO!

“Yutub” bu süni intellekt videolarına pul verməyəcək

Yeni “Ceyms Bond” kim olacaq?

Kiberhücumçular brauzer yeniləməsi adı ilə virus yayırlar

Hər gün dondurma yeyənləri nə gözləyir? - VACİB XƏBƏRDARLIQ

50 illik Yubileyin mübarək Şəhla xanım! - FOTO

Rusiya XİN: Ermənistan Aİ-yə yaxınlaşmanı diversifikasiya adlandırmamalıdır

Rəşad Məcidin etirazı TikTok-a deyil, səthi düşüncə mədəniyyətinədir

Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətini bombalayıb, 5 nəfər ölüb

Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan - ŞƏRH

Ceyhun Bayramov: Rusiya və Ukrayna arasındakı hərbi əməliyyatlar ən qısa zamanda dayandırılmalıdır

Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH

Ceyhun Bayramov: Azərbaycan zərurət olsa Ukraynaya qaz tədarük etməyə hazırdır

Sibiqa və Bayramov Cənubi Qafqazı, Ukrayna üzrə sülh prosesini müzakirə ediblər

7 yaşlı oğlan qıcolmadan öldü

Bu gün çimərliyə getmək istəyənlərin diqqətinə!

Bu qəsəbənin illərlə bitməyən avtobus dərdi: AYNA hökuməti ittiham etdi

Ali təhsil iş tapmağa kifayət edirmi?

Pensiya alanların nəzərinə

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31