Ərdoğan İsrail - Fələstin müharibəsi ilə bağlı mövqeyini açıqladı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail - Fələstin müharibəsi ilə bağlı mövqeyini açıqlayıb.

Turaztv.az AZXEBER.COM-a istinadən xəbər verir ki, bu barədə o "Facebook” hesabında yazıb.

Ərdoğan İsrail administrasiyasından Fələstin torpaqlarını, xüsusən də Qəzzəni bombardmanlarını dayandırmasını və fələstinlilərdən İsraildəki mülki yaşayış məntəqələrinə qarşı təzyiqləri dayandırmasını istəyib:

"Aydındır ki, Fələstin xalqını daim sıxışdırmaqla, can və mal təhlükəsizliyinə məhəl qoymayaraq, evlərini və torpaqlarını ələ keçirməklə, infrastrukturunu dağıtmaqla, inkişafının qarşısını almaqla bölgədəki problemi həll etmək mümkün deyil. Belə yanaşma yalnız iğtişaşların dərinləşməsi, hər iki tərəfdə davamlı qan tökülməsi nəticəsində yaranan münaqişələrin artmasına gətirib çıxaracaq və son nəticədə sülh axtarışları həmişə məyusluqla yekunlaşacaq. İsrailin Fələstin xalqının fundamental hüquqlarını heçə sayan yanaşması son hadisədə də göründüyü kimi öz xalqının təhlükəsizliyini də təhdid edir. Biz İsrail təhlükəsizlik qüvvələrinin və qeyri-qanuni məskunlaşanların fələstinlilərə etdiyi zülmə, qəddarlığa, qətllərə qarşı olduğumuz kimi, İsrail vətəndaşlarına qarşı təsadüfi hərəkətlərə də qarşıyıq. Qəzzanın qeyri-mütənasib hava və quru hücumları ilə dağıdılması, məscidlərin bombalanması, günahsız uşaqların, qadınların, qocaların və mülki şəxslərin həlak olması tamamilə qəbuledilməzdir. Əgər İsrail şəhərlərinə qarşı aksiyalarda oxşar mənzərələr baş veribsə, biz onları qətiyyən bəyənmirik. İsrail administrasiyasından Fələstin torpaqlarını, xüsusən də Qəzzəni bombardmanlarını dayandırmasını və fələstinlilərdən İsraildəki mülki yaşayış məntəqələrinə qarşı təzyiqləri dayandırmasını xahiş edirik. Bu mülayim addım həm də sülhün qapısını açacaq”.

O, hər iki dövlətin başçısı ilə mütəmmadi əlaqə yaratdığını və sülhün bərqərar olması üçün hər cür səyi göstərəcəklərini vurğulayıb:

"Gün dövlət ağlı, soyuqqanlılığı və insan vicdanı ilə hərəkət etmək günüdür. Bildirmək istərdim ki, tərəflər tələb edərsə, Türkiyə olaraq hər cür vasitəçiliyə, o cümlədən əsir mübadiləsinə hazırıq. Qəzza əhalisinin ehtiyac duyacağı humanitar yardım materiallarının tədarükü üçün də lazımi hazırlıqları görürük. Bu gün Fələstin Prezidenti cənab Abbas və İsrail Prezidenti cənab Hersoqla çox məhsuldar telefon danışıqlarım oldu. Yenə bu gün Qətər əmiri cənab Şeyx Təmim, Livanın baş naziri cənab Mikati və Malayziyanın baş naziri cənab Ənvər İbrahimlə görüşdük və axan qanı necə dayandıra biləcəyimizi müzakirə etdik. Biz ümid edirik ki, diplomatik əlaqələrimizi artırmağa davam edəcəyik və münaqişələrin tezliklə dayandırılması və sülhün bərqərar olması üçün hər cür səy göstərəcəyik”.

Ayşən

Son xəbərlər

"Şahdəniz Kompressiya" layihəsi üçün avtomatlaşdırma üzrə müqavilə imzalanıb

Adil Kərimli Laçında vətəndaş qəbulu keçirəcək

Azərbaycan nefti cüzi bahalaşıb

Nazirlik Elnarə Canlı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi

Sabah yağış yağacaq, güclü külək əsəcək

Vətəndaşlara 122 milyon manatdan çox ƏDV geri qaytarılıb

Azərbaycan XİN Ekvadoru Milli Günü münasibətilə təbrik edib

Qızıl almaq istəyənlərin nəzərinə

Rusiya qoşunları Xarkovu atəşə tutub: 5 nəfər ölüb

Rayonlarda yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə Məsud Pezeşkiana təşəkkür edib

Balakəndə ağır qəza - 3 nəfər faciəvi şəkildə öldü

Şair Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olunacaq

Sabirabadda 59 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Paytaxtın iki rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

SEVGİ DÜNYANI GÖRÜNMƏDƏN İDARƏ EDƏN QÜVVƏDİR

BAŞKƏND YOLUNDA: MUTUDƏRƏNİN SƏNGƏRLƏRİNDƏ

İSGƏNDƏR QALASI: MUTUDƏRƏNİN ZİRVƏSİNDƏ YAZILAN QƏHRƏMANLIQ

İran ABŞ ilə danışıqlar aparır?

Leysan, şimşək, dolu... - Sabahın havası

CƏMIL DADAŞOV – 65

Messidən unikal "rekord": Adı ABŞ polisinin hesabatında birincidir

Xorxe Messi vəfat etdi

İçində yüzlərlə amfora olan qədim gəmi tapıldı

Bu il nələr olacaq? - Vanqa daha nə görmüşdü?

Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu

Avropada miqrasiya böhranı yenidən kəskinləşib

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31